Ömrünü bütün türk millətinin hürriyəti və rifahına həsr etmiş LİDER... Qazi Mustafa Kamal Atatürk

Analitika 10:30 10.11.2018

Bu gün Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 80-cı il dönümüdür. Mustafa Kamal yalnız Türkiyə vətəndaşları üçün deyil, türk dünyası üçün böyük öndər və əvəzedilməz şəxsiyyətdir. Buna səbəb Qazinin bir türk millətçisi olması, ömrünü, həyatını türk millətinin rifahı və yüksəlişinə həsr etməsi və qurduğu dövlətlə özünə türk deyən bütün insanların iftixar mənbəyinə çevriməsi ilə əlaqədardır.

Atatürkün türk xalqları üçün önəmi çox böyükdür. Dünyada özünə türk deyən hər kəs Atatürk və onun qurduğu şanlı cumhuriyyətlə öyünür. Atatürkün türk dünyası üçün etdiyi ən böyük xidmət min ildən sonra yenidən türk millətininın adını təmsil edən bir dövləti, Türkiyə Cumhuriyyətini yaratması idi. Türkiyə yarandığı gündən bu günə qədər bütün dünya türklərinin son ümidi və iftixarı olmuşdur və daim olacaqdır.

Atatürk həmçinin türk dünyasının digər böyük şəxsiyyəti, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadənin dostu olmuş, iki böyük lider arasındakı dostluq bu gün Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin əsasını qoymuşdur. Atatürk Rəsulzadənin ona hədiyyə etdiyi “Azərbaycan Cumhuriyyəti” kitabının arxasındakı son vərəqdə yazır:

“Mən dünyaya səndən üç sənə öncə göz açmışam, ancaq türkün cumhuriyyət bayrağını ilk dəfə sən qaldırmısan. Bu bayraq enməsin deyə mən onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq enməyəcəkdir!!!”

Azərbaycanlıların qəlbində Atatürk sevgisi çox böyükdür. Buna səbəb həm Atatürkün Naxçıvanı “Türk qapısı” adlandırması və onun Ermənistana ilhaq edilməsinə mane olması, həm də 72 illik Sovet əsarəti dövründə daim Azərbaycanlıların Türkiyəni və Atatürkü xilaskar, son ümid kimi görməsidir.

Atatürk sevgisini Azərbaycanın bütün siyasi xadimlərində, bütün prezidentlərində görmək mümkündür. Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy Atatürkün və Atatürkçülüyün Azərbaycandakı təbliğatçılarından biri hesab edilir. Elçibəyin özünün anlatdığı başına gəlmiş bir hadisə xalqımızın Atatürk sevgisinə bir önrək kimi göstərilə bilər. O, qeyd edir ki, “Heç yadımnan çıxmaz, bir Atütürk döş nişanım vardı. Hər zaman ürəyimin üstündə gəzdirərdim. Meydan hərəkatında mitinqi dağıtmaq istəyən rus qoşunları biz tərəfə hücum edəndə çaxnaşma yarandı. Yıxıldım və Atatürk nişanını itirdim. Mənim nə həbs edilməyim, nə döyülməyim nə də sürgün edilməyim mənə bu qədər pis təsir etməmişdi, ancaq o gün Atatürk nişanını itirəndə çox kövrəlmişdim”.

Atatürk bütün dünya türkləri üçün bir öndərdir, başbuğdur. Onun və digər böyük öndərlərimizin əsasını qoyduğu yol müqəddəsdir və daim yaşayacaqdır. Bu yol Türkləri hürriyyətə, istiqlala və birliyə səsləyən yoldur. Atatürk bu yolun ilk yolbaylarından biri olaraq Türk tarixində silinməz bir iz qoymuşdur. Atatürkün şəxsiyyəti fanidir, 1938-ci ilin 10 noyabrında Qazi vəfat etmişdir. Ancaq Atatürkün mübarizəsi, Atatürkün yolu və onun ideyaları ölməzdir, dönməzdir və daim Türk xalqlarının təfəkküründə və qəlbində daim yaşayacaqdır!!!

 

Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO

Xəbər xətti

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Prezident Şarl Mişeli COP29-a dəvət edib - FOTO
Prezident Şarl Mişeli COP29-a dəvət edib - FOTO
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Hamısı