İdeal təqlidin yarımçıq ÖZSÖZƏ boyun əydiyi məqam Saakaşvili məğlubdur!

Analitika 10:58 29.11.2018

Millətlərin psixologiyası dəyişib. Narıncı rəng dəbdən düşüb. Romantika daşlaşıb. Final hissəsində qatardan atlanıb  qaça-qaça sevgilisinin üzərinə yürüyən subyektajların siyasi ilğımları da artıq kimsəyə maraqlı deyil. Məntiqin pafosu, sükutun emosiyaları yendiyi mərhələdəyik. Ona görə Saakaşvili uduzdu.

Hə, Mişa cəsurdu, fenomenal bir indivüdallığa sahib. Kimsəyə bənzəməz. Sevənləri, fanatları da yetərincə. Amma sanki artıq siyasətdə Aleksandr Rıbakı xatırladır – ilk "Eurovision"  qatılımında xaliqələr yaradıb son "Eurovision"da bütün o yığdığı nüfuz azuqəsini bir andaca xərcləyən Rıbakı.

Qəhrəmanlığın kuliminasiyası bir dəfə olur. Ya yavaş-yavaş qalxacaqsan, ya qalxdınsa düşməyəcəksən, ya da düşdünsə xatirələrdə, zehnlərdə ömürlük qəhrəman kimi pərçimlənmək üçün siyasi səhnədən birkərəmlik itəcəksən, sakitləşəcəksən. Çün zəmanə dəyişib. 21-ci əsrdə ikinci bahar şansı heç Tayqa meşələrindəki papaqlı göbələklərə belə verilmir. O ki qalsın idarəçiliyi fəsillər kimi rəngarəng olan siyasətçilərə...

Zurabişvili qalibdir. Rəqəmlər bunu təsdiq edir. Saakaşvili ha mitinq çağırsın, ha seçkini tanımasın, ha dünyaya meydan oxusun, fərq etməz. Nəticə budur. Dünya şöhrətli Labanovski bir zamanlar deyirdi ki, 20-30 ildən sonra bir adam “filan komanda baxımlı oyun oynayırdı, amma uduzdu” – söyləməyəcək. Hamı statistikaya baxacaq: udub, ya uduzub. Saakaşvili də elə. Cəsurluq bir yerə qədər. Doğru məntiq bütün abstrakt rasionallığı, dağ boyda emosiya və çılğınlığı bir kibrit qutusuna yığacaq qədər böyük gücə sahib. İndi qışqıranlar deyil, səsini qoruyanlar qalib olur. 5 zənguləni lazımsız yerdə vuranlar 1 duzgün-texniki zənguləyə uduzudlar. Tamaşada bütün alqış aktyorlara gəlir. Amma əsl qəhrəman pərdə arxasındakı rejissordur.

Saakaşvili gürcü xalqı üçün misilsiz, həmişəyaşar bir demokratiya yolu açıb. O yola hətta rus xətti belə “xəyanət” edə bilmir. Hakimi mütləq dəyişir, sistem dəyişmir. Fəqət, paralel xətdə “zəmanənin ahəngi”  deyilən bir şey var: Pul var, rəqib var, güc var. Hesablaşmalısan! Üstəlik, insanlarda, onların şüurunda ən böyük uğurlar belə “kiminsə adamı”- konfrantasiyası, silləsi ilə üzbəüz gələrkən öz dəyərini itirir. Saakaşvili gürcünün adamı olmağı Qərbin adamı olmaqdan daha üst mövqeyə çıxara bilmədi. Balans ikincinin xeyrinə daim dəyişdi və bu səbəbdən illah kiminsə adamı olmaqdırsa, daha pullu varianta üstünlük verdiyi üçün xalqı qınamağa dəyməz.

Unutmadan: Saakaşvili mifi əslində Ukrayna fiaskosu ilə dağılmışdı. Bunun da səbəbi Rusiyanı qorxutmaq, Qərbin Putinə yönəlik: “Poroşenkonu dəyişsən, səni daha böyük bəla ilə üzbəüz qoyarıq” – ritorikasında Saakaşvilinin alətə, dublyora çevrilməsi idi.

Siyasətdə yarımçıq ÖZSÖZ ideal təqliddən, yamsılamadan daha cəlbedicidir. Seçkinin birinci və ikinci turundan sonra bütün bəyanatlar Zurabışvili və Saakaşvilinin dilindən səsləndisə, bütün nəzərlər bu iki şəxsin üzərinə yönəldisə, xalq seçimi faktiki olaraq məlum personajlar arasından etdisə, o zaman Vaşadze seçki bülletenində adının yazılmasına belə şükür etsin. 42 faizlik səsi isə “min bərəkət” və “səni verənə şükür” ovqatı ilə əlində-ovcunda saxlasın...

Qalibiyyət xoşbətlik kimidir. Arzuladığın deyil, layiq olduğun zaman sahiblənirsən ona.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı