Ordumuza NATO silahları gəlir Bakı müharibə strategiyasını gücləndirir

Analitika 12:42 04.12.2018

Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri verəcək - mühüm gəlişmə, işğalçıya şok xəbər; Bakı-Paris münasibətləri ilıqlaşır?.. 

Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30, SAMP/T və “VL Mica” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə interfax.az saytı xəbər yayıb.

“Biz bu sistemlərin Azərbaycana ixracından ötrü Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və ”VL Mica" hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq", - deyə şirkətin nümayəndəsi “AzeriDefence” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur. “Bu sistemin Azərbaycanın hava hücumundan müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, - deyə o qeyd edib.

*****

“Yeni Müsavat” xatırladır ki, Azərbaycan indiyədək özünün hərbi-hava qüvvələrini gücləndirmək və daha da təkmilləşdirmək üçün Rusiya, İsrail, Türkiyə, Belarus və Pakistanla hərbi-texniki əməkdaşlıq çərçivəsində müxtəlif sistemlər və təyyarələr alıb, almaqda davam edir. Fransa bu yöndə Avropa Birliyi (AB) ölkələri arasında ilk dövlət ola bilər (Çexiya və İtaliya qismən istisna olmaqla). Aylar öncə Fransanın Azərbaycana müasir silahlar satmağa hazırlaşması haqda məlumatlar yayılmış, bu da işğalçı Ermənistanda təlaş yaratmışdı.

Sentyabrın 25-də Bakıda keçirilən üçüncü “ADEX-2018" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində isə ilk dəfə olaraq, Fransa ”Naval Group" və “Thales” şirkətləri timsalında təmsil olunmuşdu. “Naval Group” hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri sayılır. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. “Thales” isə sərgidə hava hərəkətinin idarə olunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim etmişdi.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

Sərgi çərçivəsində o da məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. “Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur”. Bunu “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirmişdi. O, məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını da demişdi.

Məlumatlara görə, “OPV-90 tipli hərbi gözətçi gəmilərinin Azərbaycanda istehsal olunması nəzərdə tutulur. Söhbət ayrı-ayrı hissələri gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. ”Həmin gəmi Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək" - deyə, Fransa şirkətinin təmsilçisi qeyd etmişdi. OPV-90 gəmiləri həmçinin gəmi vuran raketlər sistemi ilə təchiz olunub və iki 5-10 tonluq helikopteri qəbul edə bilir.

******

Virtualaz.org açıq hərbi qaynaqlara istinadən xəbər verib ki, Azərbaycanın Fransadan almağa hazırlaşdığı SAMP-T zenit-raket kompleksi qoşunların və yürüşdə olan mexanikləşdirilmiş birləşmələrin, habelə böyük əhəmiyyətə malik  stasionar obyektlərin geniş spektrdə hava hədəflərinin kütləvi aviasiya hücumunun qarşısını almaq üçündür. Bura taktiki qanadlı raketlədən tutmuş, bütün tiplərdə təyyarə və vertolyotlar, habelə müxtəlif pilotsuz uçan aparatlar (PUA) daxildir. SAMP-T onları sutkanın istənilən vaxtında, istənilən hava şəraitində aşkar edib vura bilir. Özü də düşmən tərəfinin müxtəlif tipli siqnalpozucu vasitələrdən istifadə etdiyi şəraitdə.

“Aster-30" idarəolunan zenit raketi isə ikipilləli, bərk yanacaqla işləyən yüksək dəqiqlikli raketdir. Trayektoriyanın başlanğıc və orta mərhələsində komandanı yerdən alır, trayektoriyanın sonuna doğru isə aktiv faza barmaqlıqlı radar işə düşür və raket inersiyal olaraq hədəfə yönəlir.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

VL “MİCA ”zenit-raket komplekslərinə gəlincə, bunlar yaxın mənzilli sistemlərdir və quru qoşunlarının bölmələrinin, aviabazaların, komanda məntəqələrinin və gəmilərin qanadlı raketlərin, idarəolunan aviabombaların, təyyarələrin, vertolyotların və PUA-ların hücumundan qorunması üçün nəzərdə tutulub. Kompleks sutkanın istənilən vaxtında və istənilən hava şəraitində işləyir, MİCA “hava-hava” raketlərinin bazasında MBDA firması tərəfindən işlənib hazırlanıb...

*****

Fransa ilə sıx münasibətlər sözsüz ki, Azərbaycan üçün hər şeydən öncə Qarabağ məsələsində Parisin ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olmasına görə önəm kəsb edir. Fransa eyni zamanda erməni lobbisinin ən güclü olduğu, saxta “erməni soyqırımı” məsələsində qatı ermənipərəst mövqe sərgiləyən Qərb ölkəsidir. Bu mənada Fransa ilə hərbi sahədə əlaqələrimiz prinsipial əhəmiyyət daşıyır. Başqa yandan, Azərbaycan digər həmsədr dövlətdən - Ermənistanın əsas müttəfiqi olan Rusiyadan böyük həcmdə silah-sursat alırsa, Fransa və onun hərbi-sənaye kompleksi ilə də əməkdaşlıq qurula bilər.

NATO ile ilgili görsel sonucu

Hərbi əlaqələr, ortaq iqtisadi maraqlar isə təbii ki, ortaq siyasi maraqları zəruri edir, qarşılıqlı etimada işləyir. Bu xüsusda son vaxtlar Qarabağdakı separatçı-kriminal rejimin başçısı Bako Saakyanın Fransa səfərindən dolayı Bakı-Paris münasibətlərində yaşanan gərginliyin ardınca HHM-lərlə bağlı xəbər Fransadan Azərbaycana yaxşı bir jest sayıla bilər...   

***** 

Maraqlıdır ki, Fransanın Azərbaycan HHM  sistemləri satacağı ilə bağlı xəbər Ermənistanın guya Rusiyadan 100 milyon dollar kredit çərçivəsində Su-30SM qırıcıları almağa hazırlaşması barədə müdafiə naziri əvəzi David Tonoyanın açıqlamasından iki gün sonraya təsadüf edir. Toniyanın dediyinə görə, Moskva ilə anlaşma yekunlaşmaq üzrədir. Azərbaycanlı hərbi ekspert Şair Ramaldanov isə qəzetimizə müsahibəsində erməni rəsmisinin söylədiyinə şübhə ilə yanaşaraq, bunu daha çox 9 dekabr parlament seçkiləri ilə bağlı daxili auditoriyaya ünvanlı bəyanat saydığını demişdi. Çünki onun sözlərinə görə, belə bir anlaşmanın olmasına dair ortada yetərli dəlil-sübut, sənəd yoxdur.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

Sitat: “Bu gün öz əsgərini yetərincə alt paltarları ilə belə, təmin edə bilməyən bir dövlətin bu təyyarələri almağa imkanı ola bilərmi? Bu, çox ciddi sualdır. Siyasi proseslər qabağı Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən şəxs, sadəcə, belə açıqlamalarla çıxış edir. Belə bəyanatları biz onlardan çox eşitmişik. Halva-halva deməklə ağız şirin olmur. Deyirlər ki, təyyarələrin alınması ilə bağlı son mərhələdəyik. Amma açıqlanmır. Əgər məhsul varsa, pul verilir və o alınır. Kredit varsa, bu barədə də məlumat verilir. Bütün bunları nəzərə alsaq, çox da inandırıcı gəlmir. Tutaq ki, onlar həmin silahları aldılar, unutmayaq ki, o silahlar Azərbaycanın hava məkanında üstünlük qazanacaq səviyyədə deyil. Bu gün bizim hərbi hava qüvvələrimiz ermənilərdən 6-7 dəfə üstündür. Yəni imkanlarımız çoxdur”.

*****

Azərbaycan isə üstəlik, bir ölkədən - Rusiyadan silah asılılığına düşməmək üçün özünün hərbi strategiyasını cilalamaqda, silah tədarükü siyasətini şaxələndirməyə davam edir. Ermənistandan fərqli olaraq, buna bizim maliyyə-iqtisadi potensialımız tam imkan verir. Hərbi ekspertlərə görə, havada üstün olmayan ölkənin isə müharibədə qalib gəlməsi qeyri-mümkündür. Onların qənaətincə, Azərbaycan isə postsovet məkanında Rusiyadan sonra hava hücumundan ən güclü müdafiə sistemi yaratmış ölkədir.           

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı