Ərəb dünyası hələ də Rusiya ilə Amerikanın nüfuz mübarizəsinin mərkəzindədir!

Analitika 15:50 04.12.2018

 Ərəb dünyası hələ də Rusiya ilə Amerikanın nüfuz mübarizəsinin mərkəzindədir!

Hişam əl-Hübeyşan. Yazıçı-publisist və siyasi fəal. İordaniya

Bu gün Rusiya ilə ABŞ arasında bir çox beynəlxalq məsələlərdə ixtilaflrın  kəskinləşdiyi bir zaman bir çox müşahidəçilərdə belə bir fikir formalaşmışdır ki, SSRİ-nin varisi Rusiya Federasiyası ilə NATO bloku və onun əsas zərbə qüvvəsi olan Amerika Birləşmiş Ştatları arasında çoxlarının hələ keçən əsrin 90-cı illərində bitməsi qənatinə gəldikləri soyuq müharibənin yenidən alovlanmağa başlaması ruslarla amerikalıları bir-birindən ayıran ziddiyyətləri daha da şiddətləndirir.  Bu mərhələdə aydındir ki, bu gün bu müharibə daha şiddətli bir şəkildə siyasi sahədə cərəyan edir, bunun da səbəbi Qərbin və onun əsas zərbə qüvvəsinin Rusiyanın Ərəb Şərqində və Şərqi Avropadakı nüfuz dairələrinə müdaxiləyə cəhd etməsidir.

Ruslar da öz növbəsində yaxşı bilir və dərk edirlər ki, Amerikanın “Rus nüfuzunun artmasının” qarşısını almaq adlı kompaniyası regional, hətta beynəlxalq səviyyədə geosiyasi xəritənin dəyişdirilməsinə və sabitliyin pozulmasına yönəlib ən müxtəlif şəkillərdə ABŞ-ın rəhbərliyi altında həyata keçirilən gizli müharibədən və “Amerika qasırğası”-ndan başqa bir şey deyildir. Bunun da nəticəsinində, ən azından yeni dünya düzümünün formalaşdırılması gözlənilirdi. Buna görə də ruslar tezliklə dərk etdilər ki, bu böyük qasırğa dünyanı və xüsusilə Ərəb Şərqini ağuşuna almışdır. Onun da hədəfi ümumilikdə Ərəb dünyasının qüvvələr nisbəti və nüfuz dairələri baxımından yeni bir reallığını formalaşdırmaqla bölgənin sərvət  və enerji resuslarını böyük dünya gücləri arasında  yeni nüfuz dairələri və bloklar şəklində bölüşdürməkdir. Bu da öz növbəsində, rusların vaxtilə onların nüfuz dairəsinə daxil olmuş və indi də orda qalmaqda olan, xüsusilə Ərəb dünyasının şərqində yerləşən bəzi bölgələrin itirməsinə gətirib çıxara bilərdi.

Ərəb Şərqində o qasırğa baş verəndən bəri yeni bir mərhələ və yeni bir xəritə formalaşdırıldı, nüfuz dairələri və güc mərkəzləri dəyişməyə başladı. Bu halda Qərb ölkələri və onların əsas zərbə qüvvəsi olan ABŞ belə qərara gəldilər ki, indiki halda Ərəb dünyasını öz aralarında yenidən bölüşdürmək üçün ən əlverişli bir fürsət yaranmışdır. Bununla da dünyada ərəblərə daha yaxın olan Rusiya və Çin kimi Şərq ölkələrini qəzəbləndirdilər. Bu qasırğanın adı “Ərəb baharı” idi. Bu ölkələr bölgədə qüvvələr nisbətini və nüfuz dairələrini yeni reallığa uyğun bir şəkildə formalaşdırmağa başladılar. Bununla da Qərb və Şərq ölkələri arasında Ərəb Şərqində qüvvələr nisbəti və nüfuz dairələri baxımından yeni ziddiyyətlər doğurdular.

Ərəb baharı və güc mərkəzləri ilə bağlı Qərblə Rusiya arasında ilk ziddiyyət özünü Liviyada biruzə verdi. Burada Qərb dövlətləri Rusiyanın kürəyinə bıçaq zərbəsi endirdilər. O zaman Rus ayısı Liviya ilə birlikdə  Ərəb Qərbində və Şimali Afrikadakı nüfuz mərkəzini itirdi. Bu bölgə elə bil ruslar üçün təhlükəsizlik faktoru, bu qitədə onun güc mərkəzi, Rus dövlətinin Ərəb Qərbinin, Afrikanın  şimal və cənubunda yerləşən ölkələr ilə əlaqələrini daha da gücləndirməsi və genişləndirməsi üçün etibarlı bir keçid nöqtəsi idi. O zaman ruslar başa düşdülər ki, Qərb ölkələri onları aldatmışdır, burada onun Ərəb dünyasındakı nüfuz mərkəzlərini hədəf alan böyük bir qəsd hazırlanır.

Bu qasırğanın və ya “Ərəb baharının” əhatə dairəsi daha da genişlənib   Suriya dövlətinə yetişəndə Qərb güc mərkəzləri rusların hesabına bu ölkəni öz nüfuz mərkəzinə çevirmək üçün onun yeni bir reallığını formalaşdırmağa başladılar. Burdan da Suriya problemi Qərblə Şərq arasında qarşıdurmanın ilk əlaməti kimi özünü göstərdi. Burada ruslar Suriya dövlətinə və ordusuna siyasi və logistik yardım göstərdilər, belə ki, onlar Suriya ilə birlikdə Ərəb Şərqində öz nüfuzunu, son dayaq nöqtəsini və son müttəfiqini itirərə bilərdilər.

Buna görə də Rusiyanın Suriyada çox düzgün və heç bir şübhə doğurmayan bir xətt və metod seçmişdir. Çünki bu gün o, Suriya torpağında özünü müdafiə edir. Ruslar yaxşı bilirlər ki, əgər bu gün Suriyanı itirsələr Qərbin növbəti hədəfi bir müddətdən sonra Rusiyanın özü olacaqdır. Buna görə də onlar bu gün Suriya  üçün mübarizə  edir və ilk olaraq onları, sonra isə Suriya dövlətini hədəf alan böyük bir qəsdin həqiqi mahiyyətini daha çox dərk etmiş olurlar.  Bu gün ruslar, başqa hər hansı bir vaxtdan daha artıq Qərb dövlətlərinin hədələri və mərmiləri fonunda reallığı daha yaxından dərk edirlər. Bu gün onlar get-gedə daha çox Rusiya sərhədlərinə yaxınlaşan, rus cəmiyyəti və hərbi gücü üçün real təhlükə təşkil edən ABŞ-ın raket sistemləri, Suriya və Ukrainada, bunların ardınca da Uzaq Şərqdə, Şərqi Avropada və Ərəb dünyasında daha çox öz nüfuz dairələrini Qərb ölkələrinin xeyrinə itirməsi ehtimalı çəkici ilə  yeni güc mərkəzləri və nüfuz dairələri əldə etməsi səylərinin qarşısının alınması təhlükəsi zindanı arasında qalmışlar.  

Nəhayət, biz hamılıqla başa düşməliyik ki, Rusiya  heç vaxt ABŞ-ın Ukrainadan geri çəkilməsi və onu ruslara geri qaytarması müqabilində Suriyanı qızil məcməyidə ona təqdim etməyəcək. Ruslar yaxşı başa düşürlər ki, Suriya onlar üçün Ukraina qədər, hətta ondan daha çox önəmlidir. Bu gün biz bilmir ki, Rusiya ilə ABŞ arasındakı son müzakirələr və  “qarşılıqlı anlaşma” razılıqları müştərək bir həddə çatmışdır, ya yox? Yoxsa rus ayısı yenə öz dişlərini ağardıb topu bir daha Qərbin meydanına ötürəcəkdir ki, Amerika ilə başlanğıc nöqtəsi, çox güman ki, Suriya olacaq yeni bir soyuq müharibə meydanına atılsın?  Burada belə bir sual meydana gəlir: Rusiya gerçək olaraq yenidən belə bir soyuq müharibəyə girişsə, rusların hələ də mövcud olmaları, bütün istiqamətlərdə genişlənmək istəyində qaldıqlarını və ondan geri çəkilməyəcəkləri mesajlarını Qərbə və hamıya çatdıra biləcəkmi? Yoxsa biz, yenə də Rusiyanın, xüsusilə ölkə daxilində Amerikanın səpdiyi və bəzilərində özünü biruzə verən anarxiya toxumlarının cücərməsi müqabilində öz siyasi xəttinə yenidən baxılması üçün özünə qapanmasının şahidi olacağıq? Bu sualları burda saxlayaq ki, qarşıdan gələn günlər onlara cavab verəcək, bir başa Suriyada formalaşan yeni bir dünyada qüvvələr nisbətinin, nüfuz dairələrinin yeni mənzərəsini, əlamətlərini və formasını bizə göstərəckdir. 

Ərəb dilindən tərcümə edən Fəlsəfə üzrə fəlsəfə doktoru Zakir Qasımov.

Ərəbcəsi burda: http://ednews.net/ar/news/specialist-view/339800-

 

 

 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Hamısı