Küveytlə Azərbaycan arasında əlaqələrin perspektivləri

Analitika 15:23 21.12.2018

Yazıçı və publisist Əhməd Abdo Tərabik

1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazandıqdan sonra, qədim tarixə malik bir dövlət və hələ 1918-ci ildə İslam Şərqində təsis edilmiş ilk parlamentli respublika olmaq etibarilə Azərbaycan, beynəlxalq aləmə inteqrasiya, dünyada baş verən iqtisadi, ictimai və mədəni proseslərdə fəal iştirak yolunu seçmişdir. Azərbaycan ərəb və islam ölkələri ilə dostluq münasibətlərinin inkişaf etdirilməsini öz xarici siyasətinin prioritetlərindən biri hesab edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İslam aləminin ayrılmaz bir hissəsi kimi, ərəb və islam dünyası dövlətlərilə sıx və davamlı münasibətlərin qurulmasına xüsusi diqqət yetirmiş və yetirməkdədir. Bu mənada Azərbaycanın ərəb və islam ailəsinin fəal üzvü olan Küveyt Dövlətilə də möhkəm əlaqələri vardır.

Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin qurulması bu iki dövlət arasında əlaqələrin inkişafının ən bariz göstəricisidir. Diplomatik münasibətlər siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafına, iki xalq arasında mövcud olan və tarixi əsrlərlə ölçülən, yalnız Sovet dövründə zəifləmiş əlaqələrin bərpasına yardım etmişdir.  

Bu iki xalq arasında əlaqələrin tarixi uzaq keçmişə söykənir. Azərbaycan və Küveytin önəmli iqtisadi və mədəni rol oynadıqları qədim İpək yolu bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. İpək yolu sadəcə yuk daşıma, ticarət yolu olmamışdır, o həm də bu yolun keçdiyi ölkə xalqları, o cümlədən Küveyt və Azərbaycan xalqları arasında mədəni bağlılığın möhkəmlənməsində mühüm amil idi.

Müstəqilliyin bərpa olunmasından dərhal sonra Azərbaycanla Küveyt qısa müddət ərzində öz xalqlarının iradəsinin ifadəsi olaraq iki ölkə arasında səmərəli əməkdaşlığın möhkəm təməlini qoymağa müvəffəq olmuşlar. Bu əməkdaşlıq qarşılıqlı siyasi dəstək, yüksək səviyyəli səfərlər və inkişaf edən iqtisadi əlaqələrlə daha da gücləndirilir. 

Bir neçə il ərzində hər iki ölkənin paytaxtları Əl-Küveyt və Bakı şəhərlərində səfirliklər açıldı və Azərbaycanla Küveyt arasında yüksək səviyyəli səfərlər həyata keçirildi. Bu səfərlər ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsi və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük imkanların mövcud olmasını bir daha təsdiqlədi. Bu görüşlər öz pik nöqtəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə rəsmi səfərilə çatmış oldu. Bu səfər ikitərəfli münasibətlərin möhkəmlənməsinə yeni bir stimul yaratdı. Bu səfər həm də iki xalq arasındakı tarixi dostluq münasibətlərinin dərinliyini bir daha təsdiq etdi. Səfər əsnasında bir neçə ikitərəfli sazişə də imza atıldı. Bu sazişlər sərmayələrin təşviqi və qarşılıqlı qorunması, vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, ticarət, turizm və ölkələr arasında başqa qarşılıqlı maraqlar doğuran sahələri əhatə edir. Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıya səfər etdi. Nümayəndə heyətinə Məcliz üzvləri Məhəmməd Hüveydə və Nasir əl-Dausəri də daxil idilər.

Bu hadisə Azərbaycanla Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələrin dərinliyini sübut edir. Azərbaycanla Küveyt, Azərbaycanla ərəb və islam dünyası arasında münasibətlərin bir sahəsi kimi ikitərəfli iqtisadi, mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlik səylərini artırırlar. Bu da öz növbəsində bir çox sahələrdə ümumi dəyərlərə sahib olan müsəlman xalqlarının bir-birinə daha çox yaxınlaşmasına, onları bir-birinə bağlayan tellərin daha da möhkəmlənməsinə zəmin yaradır, bu xalqlar üçün daha çox sabitlik və tərəqqi təmin edir. 

Ərəb dilindən tərcümə edən Fəlsəfə doktoru Zakir Qasımov

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
Hamısı