Suriya finalı: kim nə üçün döyüşür? TƏHLİL

Analitika 14:40 04.01.2019

Suriya problemi son günlər yenidən dünyanın gündəmini zəbt edib. Bu problemin həllinə az qaldığını söyləsək, yəqin ki, yanılmarıq. Son günlər bu mövzunun aktuallaşması da elə bununla bağlıdır.

Münaqişədən böyük yara alaraq, faktiki qalıb çıxan Əsəd, müstəqilliyini itirsə də hakimiyyətini itirmədi. İndi isə məsələ daha mürəkkəb və ziddiyətlidir. Suriyada eyni vaxtda bir neçə dövlətin, bir neçə xalqın və bütöv bir regionun taleyi həll olunur. Bir tərəfdə sərhədlərində öz təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən kürd silahlı qruplaşmalarının aktiv fəaliyyət göstərdiyi Türkiyə, digər tərəfdə müttəfiqi olan Suriyanın ərazi bütövlüyünə yaranmış təhdidi öz təhlükəsizliyi üçün bir problem olaraq görən İran, bir tərəfədə dünya ağalığı uğrunda mübarizə aparan və bu sahədə liderliyini Suriyanın çöllərində itirən ABŞ, başqa bir tərəfdə isə Sovet dövründəki gücünü bərpa etdiyini az qala bütün dünyaya hayqıran Rusiya...

Trampın Suriyadan çıxmaq qərarı ölkə daxilində ciddi etirazla qarşılansa da gec-tez ABŞ Suriya və Əfqanıstanı tərk edəcək. Ancaq qeyd etmək lazımdır ki,Trampın Suriyadan çıxmaq haqqında “tələsik” qərarı Astana müttəfiqlərini bir-birinə qarşı qoydu. ABŞ-ın dəstəyinin getdikcə zəiflədiyini görən YPG dərhal Rusiya və Əsəd rejiminə mülayim mesajlar göndərməyə başladı. YPG-nin Əsədlə razılaşma ehtimalı isə ən çox Türkiyəni narahat edir.

Bütün bu tərəflərin içərisində Türkiyənin maraqları daha çox zərər görür. Türkiyə nə Əsədi, nə də kürdləri Suriyada görmək istəmir. Ancaq Əsəd hakimiyyətdə qaldı, YPG-ni isə Fəratın şərqindən çıxarmaq ehtimalı olsa da buna nə Rusiya, nə də ABŞ real dəstək verir. Bundan savayı, Rusiya hələ də YPG-ni terror təşkiatı kimi tanımır, İranın mövqeyi isə qeyri-müəyyəndir.

ABŞ-ın qoşunlarını çıxarması halında Suriyada iki ssenari gerçəkləşə bilər. Türkiyə YPG-ni Fəratın şərqindən çıxaracaq, Suriya qoşunları isə Deyr əz-Zur və digər vilayətlərdə onların fəaliyyətinə son qoyacaq. Bu ehtimalda Astana ittifaqı pozulmayacaq və Ərdoğan “diktator”, “qatil” dediyi Əsədlə yenidən əməkdaşlığa başlayacaq. Bu, amerikalılar demişkən, “çəhrayı ssenari”dir.

Bir də “qara ssenari” var. Bu halda Rusiya bütün “xarici qüvvələr”in, o cümlədən, Türkiyənin Suriyanı tərk etməsini tələb edəcək, Əsəd hakimiyyətdə qalacaq və kürdlərə müəyyən güzəştlər verməklə onlardan daxili təhdidlərə qarşı istifadə edəcək. Astana müttəfiqliyi bitəcək. Türkiyə yenidən Qərbə üz tutacaq.

Şahin Cəfərli: “Trampın son açıqlaması kürdləri arxayınlaşdırdı”

Suriyadakı mövcud vəziyyət və YPG problemi ilə bağlı azərbaycanlı politoloq Şahin Cəfərli Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

Image result for Şahin Cəfərli

O, qeyd edib ki, Trampın ABŞ hərbi kontingentinin tezliklə Suriyadan çıxacağı barədə bəyanatından sonra PYD-YPG qruplaşmasının qısamüddətli operativ hədəfi özünü və nəzarətindəki əraziləri Türkiyənin gözlənilən hücumundan mümkün qədər qorumaqdan ibarət idi. Bu səbəblə, onlar dərhal bütün tərəflərlə əlaqə yaratdılar və Suriya, Rusiya, İran, Fransa,  Britaniya hökumətləri ilə təmasa keçib, kömək istədilər. Yəni Türkiyə gəlməsin deyə onlar istənilən qüvvə və istənilən dövlətlə əlaqəyə hazır olduqlarını nümayiş etdirdilər. Əsəd hökuməti kürdlərin müraciətinə müsbət reaksiya verdi və Menbiç istiqamətinə öz qüvvələrini göndərdi. Çünki yaranmış vəziyyət Əsədə sərf edirdi, Amerika himayəsindən məhrum olmaq təhlükəsi qarşısında kürdlər Şam rejiminin şərtlərini qəbul etməyə məhkum durumda qalmışdılar.

Hazırda Suriyanın şimal-şərq hissəsindəki bəzi neft-qaz yataqları kürdlərin nəzarətindədir və mərkəzi hökumət bu əraziləri çoxdan təhvil almaq istəyir. Rusiya və İrana gəldikdə isə, onlar Türkiyədən fərqli olaraq, PYD-YPG-ni terror təşkilatı saymırlar. Astana formatı çərçivəsində bu ölkələrlə yaxın tərəfdaşlığına baxmayaraq, Ankara Moskva ilə Tehranın silahlı kürd qruplaşmasını terror təşkilatı kimi tanımasına nail ola bilməyib. Moskvada hətta PYD-nin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Türkiyənin Qərbdən olan müttəfiqləri də adıçəkilən təşkilatı terrorçu saymırlar. Bu, şübhəsiz ki, Türkiyənin YPG-yə qarşı hərəkət imkanlarını məhdudlaşdıran amildir və o mənaya gəlir ki, Suriya probleminin siyasi çözümü barədə yekun müzakirələr başlayanda PYD Suriya kürdləri adından çıxış edə və öz şərtlərini irəli sürə biləcək. Böyük ehtimalla, YPG-nin silahlı dəstələri gələcəkdə vahid Suriya ordusunun tərkibinə daxil olacaq. Trampın son açıqlaması isə kürdləri bir qədər arxayınlaşdırdı. O bildirdi ki, ABŞ əsgərləri Suriyadan tez müddətdə deyil, müəyyən zaman ərzində çıxacaqlar. Tramp qeyd etdi ki, ABŞ hərbi kontingenti çıxdıqdan sonra da kürdlərə dəstək davam edəcək. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları zamanı əldə olunan razılaşmalara ziddir.

Tramp Suriyadan çəkilmə qərarını müvafiq dövlət qurumları ilə, Konqreslə, NATO üzrə müttəfiq ölkələrlə məasləhətləşmə aparmadan, spontan şəkildə qəbul etmişdi. Təsadüfi deyil ki, onun qərarına həmin mərkəzlərdən – ABŞ-ın dövlət qurumlarından, Konqresdən, mediadan və müttəfiq ölkələrdən etirazlar gəldi. Nəticədə Tramp geri addım atmalı oldu. Yaxın günlərdə Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyəyə səfər edəcək. Bu səfər istər Suriyanın şimalındakı vəziyyət, istərsə də ABŞ-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonrakı inkişafı baxımından əhəmiyyətli olacaq. Hazırkı durum ondan ibarətdir ki, Türkiyənin Menbiç və Fərat çayının şərqində həyata keçirməyi düşündüyü hərbi əməliyyat üçün böyük maneələr var. Konyuktur bu əməliyyat üçün hələ ki uyğun deyil.

Bruno Surdel: “Hər şey ABŞ-dan asılıdır”

Mövzu ilə əlaqədar polşalı siyasi ekspert, Dr. Bruno Surdel də öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

Image result for Dr. Bruno Surdel

O, qeyd edir ki, Suriyanın şimal-şərqində yerləşən, kürdlərin  “Rojava” adlandırdığı bölgə və Şərqi Fərat ərazisinin YPG-dən təmizlənməsi mövzusunda Rusiya, Türkiyə və İran həmfikirdir. Sadəcə, Rusiya və İran YPG-dən təmizlənən ərazilərin muxalif qrupların deyil, Əsəd qüvvələrinin nəzarətinə keçməsinin tərəfdarıdır. Türkiyə isə hələ də bu məsələdə son qərarını verməyib. Lakin məlumdur ki, Türkiyə “yarımmüstəqil kürd muxtar vilayətin”ni qəbul edə bilməz. Belə bir siyasi strukturun formalaşaması Türkiyənin şərqində, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə ciddi təhdid yarada bilər. Unutmaq olmaz ki, YPG-nin əsas ideologiyası “Öcalanizm”dir və bu ideologiyanın Türkiyədə hələ də dəstəkçiləri qalmaqdadır.

“Türkiyənin yeni “Şərqi Fərat” hərbi əməliyyat strategiyasında əsas hədəf mərkəzi Qamışlı olan, kürdlərin “Rojava” adlandırdığı bölgədir. Çünki bu vilayət illərdir PKK-nin hərbi və ideoloji təlim mərkəzi hesab edilir. Bu məsələdə İran da maraqlıdır. Beləki, YPG İran üçün də ciddi təhdiddir. Ona görə də İran ərazinin YPG-dən təmizlənməsinin tərəfdarıdır, ancaq bu ərazilərin Əsəd rejiminin nəzarətində qalması İran və Rusiyanın əsas hədəflərindən biridir.

Əslində Rusiya da YPG-yə pozitiv münasibətdə deyil. Ruslar YPG-yə “Amerikan proyekti” kimi baxırlar. Ancaq bütün bunlara və Türkiyəyə rəğmən, Rusiya dolayı yolla YPG-ni dəstəkləyir və onu terror təşkilatı kimi tanımır. Bunun əsas səbəbi isə balansı qorumaq və YPG-dən azad edilmiş ərazilərin Azad Suriya Ordusu və Türkiyənin əlinə keçməsini əngəlləmək istəyidir.

Ərdoğana gəldikdə, fikrimcə, ona regionda kürdlərin separatçı bayrağındansa “Əsəd Suriyası”nın bayrağını görmək daha xoşdur. Ərdoğanın Əsədə qarşı mövqeyi dəyişib. O, real siyasi stuatsiyanın şərtlərinə uyğun siyasət yürüdür. Ona görə də Əsədlə Ərdoğan arasında saziş mümkündür.

İndiki vəziyyətdə “Astana müttəfiqləri” ABŞ-ın regionu tərk etməsini gözləyir. Əsas sual odur ki, hazırda Türkiyə qoşunlarının nəzarətində olan ərazilərin taleyi necə olacaq?

Putin və Lavrov dəfələrlə bu fikri səsləndiriblər: “Suriya terrordan təmizlənməlidir və bütün “xarici qüvvələr” buranı tərk etməlidir”. Ruslar “xarici qüvvələr”ə türkləri də aid edirlər. Putin hesab edir ki, ruslar Suriyada xarici qüvvə deyil, çünki onları ölkəyə Prezident Bəşər Əsəd dəvət edib.

Rəsmi Ankara heç də buradan çıxmaq niyyətində deyil, lakin belə hesab edirəm ki, bu məsələdə hər şey ABŞ-dan asılıdır. ABŞ-ın  yeni strategiyası regionda hər şeyi dəyişəcək...”

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Hamısı