Qarabağ məsələsində hansı hazırlıqlar görülür? TƏHLİL

Analitika 14:09 19.01.2019
Azərbaycan və Ermənistanda Xarici İşlər nazirlərinin görüşlərinin nəticələrinə dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını müzakirə etməyə davam edirlər. Rəsmi səviyyədə 2019-cu ildə hansısa qərar haqqında danışılmasına baxmayaraq ekspertlər çevrəsində xüsusi optimistlik nəzərə çarpmır.

Görüşdən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinin, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onlara ən yüksək səviyyədə muxtariyyət verilməsini təmin etməyə hazırdır. Yəni Azərbaycan yeni danışıqlar formatında dolayı yolla deyil, birbaşa olaraq istənilən danışıqlar prosesi çərçivəsində Qarabağın ölkə sərhədləri çərçivəsində qalacağını qətiyyətlə ifadə edir. Bu isə öz növbəsində onsuz da gərginliyin pik nöqtəsində olan Ermənistan tərəfini adlandırdıqları “qarşılıqlı güzəşt” ifadəsindən imtina etməyə məcbur edir. Yəni Azərbaycan tərəfi zatən hərbi əməliyyatlara başalamamaq qərarı ilə düşmənə düşünmək üçün şans verir, güzəştə gedir. 

Ermənistanın konstruktiv mövqe göstərməməsi bir çox suallar ortaya çıxarır. Tərəflər kəskin, o cümlədən, hərbi əməliyyatlarla qarşıdurmanı davam edəcəklər, yoxsa siyasi nizamlama olmadan münasibətlər yaratmağa cəhd göstərəcəklər? Vasitəçilər isə istənilən halda tərəflərə ikinci variantı qəbul etdirməyə çalışırlar.

Vasitəçilərin bəyanatında bölgədə iqtisadi gücün həyata keçirilməsinə dair çağırışlar da var. “İnterfaks” agentliyinə verdiyi müsahibədə Elmar Məmmədyarov qeyd edib ki, münaqişənin nizamlanması məsələsində irəliləyişin əldə edilməsi bütün bölgədə sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına şərait yaratmaqla ilk növbədə Ermənistan üçün iqtisadi inkişaf imkanları verəcək. 

Bütün bunlarla yanaşı, ölkəmiz Ermənistan tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı işlər də görür. Bakı Qarabağda qanunsuz olaraq ömürlük saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasına dair təkliflər irəli sürür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə rəsmi açıqlamalar verib. 

İqtisadi layihələrə gəldikdə isə Ermənistan əməkdaşlığa xüsusi diqqətlə yanaşmır. İrəvan işğal altında olan Qarabağda su resurslarının mübadiləsi sahəsində nəinki əməkdaşlıq, ümumiyyətlə onların istismarının fərqli aspektlərə yönəldilməsi, yəni cəbhə xəttində yaşayan sakinlərə qarşı bioloji virusların buraxılması kimi məqsədlər üçün istifadə edir. 

Ekspertlər ehtimal edir ki, cəmiyyət sülh müqaviləsinin imzalanmasına yox, uzunmüddətli sülhə nail olunmasına hazırlanır. Bu, uzunmüddətli sülh isə status-kvonun aradan qaldırılması ilə yanaşı, bölgədə sağlam əlaqələrə imkan verəcək həll prosesini nəzərdə tutur. Bölgənin müharibəyə yox, sülhə hazırlanmasını təmas xəttinin bir hissəsində həm Azərbaycan, həm də Ermənistan tərəfində mühafizənin Silahlı Qüvvələrin deyil, sərhədçilər və polis tərəfindən qorunması sübut edir. Lakin düşmən cəbhə istiqamətində qanunsuz olaraq yerləşdirdiyi müşahidə sistemlərini təkidlə beynəlxalq müşahidə sisteminin tərkib hissəsi hesab etməyi təklif edir.

Öz növbəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının yeni sədri Andranik Koçaryan bəyan edib ki, artıq cəbhə xəttində müdafiə strukturunun dəyişdirilməsi zərurəti yetişib. Ermənistan parlamentində və ekspert dairələrində müddətli xidmət hərbi qulluqçularının, müqaviləli hərbi qulluqçularla əvəz edilməsinə dair səsləndirilən fikirlər də buna aiddir. 

Sərhədlərə nəzarət fəlsəfəsinin dəyişdirilməsi, iqtisadi əməkdaşlığa çağırış, həmçinin vasitəçilərin bölgədəki infrastrukturlara qarşı maraqları kəskin qarşıdurmadan çəkinməyə və daha konstruktiv danışıqlara keçid edilməsinə təkan verə bilər. Əlbəttə ki, hər hansı məqamda Ermənistan yenidən təxribat xarakterli addımlar atmasa, buna nail olmaq olar.

Alpər Mövludoğlu
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Hamısı