Ermənistanın strateji planlarında Cavaxetiya məsələsi ARAŞDIRMA

Analitika 19:10 25.01.2019

Dağlıq Qarabağda da hadisələr təxminən eyni motivlər əsasında inkişaf edirdi. Hadisələrin bu qədər oxşar və paralel ssenarilərə əsaslanaraq həyata keçirilməsi, bu seperatizm fəaliyyətlərinin eyni mərkəzdən planlaşdırılmasını və əlaqələndirilməsini sübut edir.

2017-ci ilin oktyabrında bölgədəki erməni separatçıları təxribat xarakterli toqquşmalar yaratmağa cəhd göstərdilər. Belə ki, İrəvanın Gürcüstana Rusiyameyilli Sergey Minosyanı səfir təyin etməsi Gürcüstan tərəfindən narazılıqla qarşılandı. Bundan sonra diqqəti başqa yönə çəkməyə çalışan ermənilər Cavaxetiyanın Kumurdo kəndində X əsrdən qalma gürcü kilsəsinin həyətində erməni xaçı yerləşdirməyə çalışdılar. Gürcüstan polisi buna müdaxilə edərək bu cəhdin qarşısını alan zaman erməni separatçıları toqquşma yaratdılar. Bəzi iddialara görə, 2018-ci ilin əvvəllərindən etibarən ermənilər daha aktiv fəalliyyətə başlayıblar, artıq Cavaxetiya bölgəsində ASALA terror təşkilatının bir qolu olan "Virk-Yerkir" təşkilatı daha da aktivləşib. 


Gürcüstanda gedən məlum demokratikləşmə proseslərindən və bu ölkənin milli azlıqlara qarşı göstərilən mədəni münasibətlərindən erməni seperatçıları öz maraqları üçün istifadə etməyə çalışaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində reallaşdırdıqları ssenarini, eynilə Gürcüstanda da tətbiq etməyə başlayıblar. 

Diqqət etsək, bu gün Cavaxetiyada separatçı ermənilər tərəfindən irəli sürülən tələblər və erməni seperatçılarının fəaliyyətinin başlanğıc, yəni məxfi mərhələsi çoxdan başa çatıb, artıq ikinci - aşkar seperatizm fəaliyyətinə start verilib. Baş verən hadisələrin xronologiyası, tətbiq edilən bölücülük siyasəti, özlərini "milli zəmində təzyiqlərə məruz qalan məzlum erməni xalqı" kimi təqdim etmələri, "öz müqəddəratını təyinetmə prinsipi"nin tətbiqi üçün aktiv şəkildə təbliğat aparmaları, istənilən mübarizə üsulunu mümkün hesab etmələri, ASALA terror qruplaşmalarının fəaliyyət metodlarından yararlanmaq məqsədləri, buna nail olmaq üçün vətəndaşı olduqları ölkəyə düşmən münasibət bəsləyən böyük dövlətlərin maraqlarında xidmət göstərmələri və bunun da müqabilində "dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyasını hissə-hissə həyata keçirmək niyyətləri artıq qonşu Gürcüstanı da gözləyir. Bir də xatırlatmaq yerinə düşər ki, Ermənistan hakimiyyəti diasporla birgə erməni və digər millətlərdən olan yazıçıların köməyi ilə ələ keçirilməsi planlaşdırılan ərazilərin tarixinin saxtalaşdırılmasına dair çox sayda kitabların çapına, onların müxtəlif dillərdə tərcümə edilməsinə və paylanılmasına kifayət qədər vəsait və diqqət ayırırlar. 

Maraqlıdır ki, Rusiya qoşunlarının Gürcüstan ərazisini tərk etməsi qərara alındığı zaman, yəni 2007-ci ildə qəbul edilən "Ermənistan Respublikasının milli təhlükəsizlik strategiyası" adlı sənəddə Gürcüstanla münasibətlərə həsr olunan hissədə Cavaxetiya məsələsinin "həlli" açıq-aşkar irəli sürülüb. 

Belə ki, sənəddə yazılır: "Gürcüstan respublikası ərazisində çoxsaylı ermənilərin yaşaması ilə əlaqədar olaraq Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Ermənistan bu ölkədə, o cümlədən Cavaxkda (Cavaxetiya) yaşayan ermənilərin sosial-iqtisadi problemlərinin həlli üçün Gürcüstan rəhbərliyi ilə əməkdaşlıq edir". 

Ermənistan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının 2007-ci ildə təsdiqlədiyi bu rəsmi sənəddə xarici ölkəyə aid olan ərazilər arasında sadəcə olaraq Dağlıq Qarabağ və Cavaxetiyanın adı çəkilir. Gürcüstan ermənilərin Dağlıq Qarabağ məsələsində "əməkdaşlıq" metodlarının Xocalı, Malıbəyli, Qaradağlı, Quşçular və s. kimi soyqırımlarla nəticələndiyini unutmamalıdır. Adları Ermənistanın rəhbər sənədində eyni sətirdə bərabər çəkilən ərazilərimizin acı aqibətini, hazırda Cavaxetiyanın da təkrar yaşaması ehtimalı böyükdür. 

Gürcüstanla əməkdaşlıq etmək niyyətlərini göstərən erməni "strateqləri" strategiyada regionun rəsmi adını da yazmağa lüzum görməyiblər, "Cavaxk"ı əsas, Samtsxe-Cavaxetiyanın "Cavaxetiya" hissəsini isə mötərizə əlavəsi olaraq göstərməyi yetərli sayıblar. 

Ümumilikdə, Qafqazda potensial münaqişə ocağı olan Cavaxetiya problemi təkcə Gürcüstan üçün deyil, ümumilikdə Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur. Bu təhdidləri aşağıdakı kimi fərqləndirmək mümkündür:



1. Şimal qonşusunun xarici dəstəyi hesabına Gürcüstandan zorla qoparılan Cənubi Osetiya ilə cənubdakı potensial separatizm ocağı olan Samtsxe-Cavaxetiyanın Gürcüstandan alınmasından sonra Gürcüstan ərazisi faktiki olaraq iki hissəyə bölünür.

2. Münaqişənin silahlı mübarizəyə keçəcəyi təqdirdə Avropanın enerji təhlükəsizliyində fövqəladə dərəcədə əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri Samtsxe-Cavaxetiyadan təmamilə, Bakı-Supsa neft kəməri isə İmereti ərazisindən keçdiyi üçün münaqişə zonasında qalır ki, bu da yenidən Qərb ölkələrini Rusiyadan əvvəlki enerji asılılığı vəziyyətinə qaytara bilər. Doğrudur, faktiki olaraq birbaş təhlükə altında olan Bakı-Tiflis-Ceyhandan fərqli olaraq, Bakı-Supsa neft kəməri Cavaxetiya hissəsindən deyil, daha çox İmereti hissəsindən keçir, lakin Ermənistanın Qarabağdakı işğal siyasətinə baxsaq görərik ki, onlar da ilk dövlərdə sadəcə olaraq regionun dağlıq hissəsinə iddialar irəli sürdülər, faktiki olaraq isə Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu və 8 sərhəd kəndini işğal ediblər. Deməli İmeretinin də Samtsxe-Cavaxetiya bölgəsinin bufer rayonu kimi istifadəsi üçün ələ keçirilməsi istisna deyil.

3. Samtsxe-Cavaxetiya regionunda münaqişə Bakı-Tbilisi-Qars dəmirolu xəttini, ümumilikdə "İpək Yolu" vasitəsilə Asiyadan Avropaya tranzit daşınmalarını təhlükə altında qoya bilər. 

Bu isə ermənilərin iddialarının yalnız Azərbaycana və Türkiyəyə qarşı deyil, həmçinin Gürcüstana, bir çox hallarda isə Ermənistana bu və ya digər formada dəstək verən böyük dövlətlərin özlərinə qarşı da yönəlib. Bu isə o deməkdir ki, erməni şovinizminin mənfur məqsədləri təkcə Cənubi Qafqaz üçün deyil, həmçinin bütövlükdə Qafqaz, Mərkəzi Asiya və Ön Asiya regionlarında sülhə, eləcə də Avro-Atlantik məkanın enerji təhlükəsizliyinə ciddi təhdiddir.

Növbəti hədəf Abxaziyadır

"Təhlükə diplomatiyası" kimi bir anlayış mövcuddur. Silahlı və çox təhlükəli olduğu məlum olan müəyyən bir qüvvə rəsmən "yenidən düşünün", "təxribata və qan tökülməsinə imkan verməyin" tələbləri ilə müraciət edərsə, onu "Təhlükə diplomatiyası" dilində aşağıdakı kimi oxumaq lazımdır: "Etməyə hazırlaşdığınızı etməyin, əks halda biz sizin qanınınzın tökülməsini təmin edəcəyik". 

Əslində, bu ultimatumdur, özü də sərt bir ultimatum. Belə bir ultimatum 2016-cı ildə Abxaziya xalqı tərəfindən qəbul edilib. Üstəlik, onu Abxaziya ilə heç bir əlaqəsi olmayan bir qüvvə - "Rusiyanın Cavaxk diasporası" adlı təşkilat səsləndirib. Bunun baş vermə səbəblərini aydınlaşdırmağa və təhlil etməyə çalışaq.

Faktdır ki, bu gün Abxaziyada abxazlar ilk növbədə, öz torpaqlarının sahibləri deyil, ikincisi, bu etnik qrupun tükənmək təhlükəsi həqiqətən mövcuddur. Abxaziya ən kiçik müstəqil idarəetmə elementlərini belə itirib. Abxaziya ərazisinə nəzarət təmamilə Rusiyaya aiddir, "təhlükəsizlik" və "müstəqillik" məsələlərində isə heç nə abxazlardan asılı deyil.

Abxaziya müxalifəti bu tipik vəziyyətdən çıxmaq üçün "Kremlin kuklası" adlandırdıqları qondarma "Abxaziya prezidenti" Raul Hacimbanın impiçmenti məsələsinin qaldırıla biləcəyi "Abxaziya əhalisinin xalq toplantısı"nı keçirməyə təşəbbüs göstərdi. Yığıncağa yaxınlaşdıqca məlum olurdu ki, Rusiyan Abxaziyaya təyin etdiyi nümayəndəsinin çıxarılmasına imkan verməyəcək. 


Göründüyü kimi, ruslar özləri "üsyan edən" abxazlara qarşı heç bir fəaliyyət həyata keçirmir. Kreml bu "qara işi" Abxaziya torpaqlarına da iddia edən seperatçı ermənilərə etibar etməyə hazırlaşır. Çünki onlar qan tökməkdə, soyqırım törətməkdə ruslardan həm daha böyük təcrübəyə malikdir, həm də bu məsələlərdə daha qəddardırlar. Hazırda ələ keçirilməsi planlaşdırılan Abxaziyada ən böyük etnik qrup məhz ermənilərdir.

Abxazların "təmizlənməsində" Abxaziya üçün ultimatum təqdim edən "Rusiyanın Cavaxk diasporası" təşkilatının "ayı xidmətlərindən" istifadə edəcəyi gözlənilir. 

Ultimatumun mətni belədir:


"Rusiyanın Cavaxk Diasporası" təşkilatının abxaz xalqına müraciəti

"Abxaz qardaşlar!

Biz sizi Qərb tərəfindən maliyyələşdirilən yerli "müxalifət"in təxribatlarına uymamağa çağırırıq. Sözdə "Amtsaxar Azadlıq və Demokratik Partiyası" adlanan təşkilat, postimperiya dövrünü yaşayan və onun müstəmləkə əzəmətini geri qaytarmağa çalışan Böyük Britaniya tərəfindən maliyyələşdirilir. 

İngilis xüsusi xidmət orqanları "Mərkəzi humanitar proqramlar" və onların çoxsaylı qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanın siyasi texnoloqları ilə birlikdə sizi vətəndaş müharibəsinə, qardaş qırğınına sürükləyir ki, sizin Abxaziya qəhrəmanlarının qanı bahasına əldə edilən torpaqlarınızı ələ keçirsin və çiçəklənən diyarınızda Gürcüstan tərəfindən nəzarət edilən marionet hökumətini qursun. 

Abxaziya xalqına mövcud hökuməti devirmək üçün çağırışlar edən "Amtsahar" üzvləri İngilis kəşfiyyatı tərəfindən xüsusi olaraq seçilir. Maddi mənfəətlərə və şəxsi zənginlikdən başqa onlar qardaş qırğını, qan, Abxaziyanın məhv edilməsi ilə "qidalanan vassal" olmaq arzusundadırlar. 

Öz ölkəsinin əsl vətənpərvərləri başqa dövlətlərin mənafeyi, maraqları, sədəqəsi və imperiya ambisiyalarına görə dövlətlərini məhv etməyəcəklər. Xalqın müstəqilliyi üçün ödədiyiniz bədəli xatırlayın!". 

Qeyd edək ki, "Rusiyanın Cavaxk Diasporası" Abxaziyanı" Gürcüstandan nəzarət edilən marionet hökuməti" ilə qorxudur. Xatırladaq ki, Gürcüstanın bir hissəsi də Samtsxe-Cavaxetiya regionudur, ya da erməni terminologiyasında "Cavakx". Belə çıxır ki, "Cavakx" erməniləri artıq bu əraziləri Gürcüstanın bir hissəsi hesab etmirlər.

Bu günə qədər "Rusiyanın Cavaxk diasporası" hələlik Abxaziyanı yerli abxazların torpağı və "çiçəklənən diyarı" kimi adlandırır. Bir sual yaranır: "Çavakx" ermənilərini onlara aidiyyəti olmayan, özgə torpaqları ilə nə bağlayır, hansı maraqları mövcuddur? Əgər abxazlar Abxaziyanı Gürcüstana vermək istəyirlərsə, bu nə üçün erməniləri narahat etməlidir? Sizin bu ərazilərə nə aidiyyatınız var?


Əslində bu torpaqların Gürcüstana aid olması, "Rusiyanın Cavaxk diasporası"nı və ümumilikdə erməniləri heç narahat etməməlidir, əksinə, "Cavakx" erməniləri üçün bu daha əlverişlidir - onlar Gürcüstan vətəndaşları kimi Samtsxe-Cavaxetiyadan yalnız Batumi və Kobuletiyə deyil, həm də Suxumidə dincələ bilərlər. 

Bütün bu suallar və faktlar yalnız bir şeylə izah edilə bilər - ermənilər Abxaziyada qonaq deyil, ev sahibi olmaq istəyirlər. 

Abxaziya xalqına unvanlanan "Rusiyanın Cavaxk diasporası"nın ultimatum "tonu", sətiraltı olaraq belə oxunmalıdır: "Əgər sizin torpaqları Gürcüstana tabe etmək istəsələr, biz buna imkan verməyəcəyik, əgər bizə qulaq asmasanız - onu özümüz ələ keçirəcəyik". 

Yəni "Cavakx" erməniləri üçün Abxaziya artıq onların torpaqlarıdır və abxazların öz torpaqlarına heç bir haqq və hüququ yoxdur.

Bu torpaqları Gürcüstanın Samtsxe-Cavakxetiya bölgəsindən gələn "Cavakx" erməniləri özləri üçün artıq növbəti hədəf olaraq seçiblər. Yəqin, onlar fürsətdən istifadə etmək niyyətindədirlər və bu torpaqların yerli əhalidən - abxazlardan "təmizlənməsinə" başlamağı planlaşdırırlar. Bundan əlavə, bu torpaqların yerli əhalisinin əksəriyyətini təşkil edən gürcülər, 1992-93-cü illərdə erməni muzdluları tərəfindən tərəfindən qovulub.

Abxazlar "Rusiyanın Cavakx diasporası"nın ultimatumuna ciddi yanaşmalıdırlar. Kim bu təşkilatın Rusiyada Samtsxe-Cavakxetiyadan olan ermənilər tərəfindən "mədəni" və "sosial məsələləri" ilə məşğul olan "sülh" təşkilatı olduğunu düşünürsə, çox yanılır. Əslində, bu Samtsxe-Cavaxetiyada separatçı üsyan üçün muzdlu döyüşçülərin hazırlanması ilə məşğul olan terror təşkilatıdır. 

Bu üsyanı alovlandırmaq hələlik mümkün olmayıb. Cavaxetiyada Qarabağ ssenarisi əsasında təxribatlara hazırlanan erməni terrorçuların "paslanmaması" və "öz bacarıqlarını itirməməsi" üçün erməni lobbisinin onları Abxaziyada etnik təmizləməni təşkil edərək bu əraziləri də "erməniləşdirməyə" və "dənizdən dənizə böyük Ermənistan" layihəsində istifadə etməyə qərar verdiyi şübhəsizdir.

Hərbi ekspert Ədalət Verdiyev 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
Hamısı