Paşinyan nə istəyir Sülh, yoxsa müharibə?

Analitika 16:18 31.01.2019
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. O, son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirərkən belə deyib.
 
Jurnalistlərin suallarına cavabında Paşinyan rəsmi Bakı ilə belə bir tezisin (sülh əvəzinə ərazilər) müzakirə edilmədiyini söyləyib: “Biz ümumiyyətlə “sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmirik. Bu məsələdə (Dağlıq Qarabağ münaqişəsi) bizim nazirlər kabineti əvvəllər heç bir hökumətin həyata keçirmədiyi siyasət aparır. Buna görə də, hansısa paralellər aparmaq tamamilə yanlışdır”. 

Paşinyan yenidən baş nazir seçildikdən sonra apardığı hökumət islahatlarında əsasən, sabiq kuratoru, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın kadrlarına vəzifə verməsi, həmçinin, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən öncə Petrosyandan məsləhət alması Qarabağ ətrafı rayonların qaytarılması ilə bağlı Azərbaycanla gizli razılaşmanın olduğuna dair erməni politoloqların şübhələrini artırıb. 

Petrosyanın hələ hakimiyyətdə olduğu günlərdən ətraf ərazilərin geri qaytarılmasının tərəfdarı olduğunu vurğulayan erməni ekspertlər, bu mənada, Paşinyanla əvvəlki, xüsusən də Petrosyan hökumətinin Qarabağ siyasəti üzrə paralellər aparmağa başlayıblar. Onlar iddia edirlər ki, qətiyyətli çıxışlarına rəğmən baş nazirin son davranışları Ermənistan üçün sürprizlə nəticələnə bilər. Amma Paşinyanın çıxışlarından belə başa düşmək olur ki, o nə müharibə istəyir, nə də sülh. Bəs, o zaman nə istəyir sualı ortaya çıxır. 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Paşinyanın dedikləri daxili çəkişmələrin fonunda söylənmiş fikirlərdir: “Partiyalararası bir-birini intiriqaya çəkmək cəhdidir. Paşinyan əvvəli reytinqə malik deyil. Xüsusilə, siyasi partiyaların onlara qarşı alyansı yaradılıb. Bu alyans Paşinyanı sülh, güzəştə getmək və bu kimi məsələlərlə günahlandırır. Hətta gizli sülh sazişinin ərsəyə gəlməsi barədə danışırlar. Bunlar hamısı inandırıcı deyil, daxili çəkişmələrin nəticəsidir. 

Paşinyan çıxılmaz vəziyyətdə olduğundan belə fikirlər səsləndirir. O, beynəlxalq təzyiq altındadır. Beynəlxalq güclər sülhyaratma prosesinə ciddi girişiblər. Bu məsələdə Paşinyanı konstruktiv mövqeyə çəkməyə çalışırlar. O isə nala-mıxa vurur. Gah Dağlıq Qarabağ adından danışmağa ixtiyarı olmadığını, gah da Ermənistan adından danışdığını deyir. Yəni, hamıya məlum olan məsələni dolaşdırmağa və özünə bəraət qazandırmağa çalışır. Amma ortada Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair 4 qətnamə, həmsədr dövlətlər, beynəlxalq təşkilatlar var. Bütün bunları görməməzlikdən gəlmək olmaz. Bir sözlə, Paşinyan çıxılmaz vəziyyətdədir. Dəqiq konseptual mövqeyi hələ formalaşmayıb. Hətta xarici işlər nazir də əsaslandırılmış mövqe ortaya qoya bilmir”. 



Q.Hüseynli deyib ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Qarabağ məsələsində yanaşamalar pozitiv xarakter almağa başlayıb: “Xüsusilə Qərbin və ABŞ-ın mövqeyi daha diqqətçəkicidir. Ona görə də nələrisə, müxtəlif şübhəli əqli nəticələrlə yozmağa çalışmaq heç bir fayda verməyəcək. Hesab edirəm ki, bu məsələdə səmimi mövqe tutmaq Ermənistana daha faydalı ola bilər. Bu düyün beynəlxalq hüquq normalarına uyğun, gec-tez çözüləməlidir. Paşinyanın ora-bura vurnuxmasının heç bir əhəmiyyəti yoxdur”. 

Politoloq Nəzakət Məmmədovanın fikrincə, Paşinyanın Qarabağ siyasəti özündən əvvəlki Sarkisyan və Kçəryan hakimiyyətindən fərqlənir: “Bunun başlıca təzahürü ondan ibarətdir ki, o, "Qarabağ klanı"ndan fərqli olaraq, həmin məsələdə Rusiyanın təlimatı ilə hərəkət etmir, ümumiyyətlə Rusiyaya bağlı adam deyil, Ermənistan tarixində Ter Petrosyandan sonra Qərbə yaxınlığı ilə seçilən ikinci dövlət başçısıdır. Bu səbəbdəndir ki, Paşinyan üzərində Qərbin, xüsusilə də ABŞ və Fransanın təsiri hiss olunur. Hətta Paşinyan KTMT ilə münasibətləri kəskinləşdirməkdən belə çəkinməyib. Ermənistanın əsas arxalandığı KTMT-nin, Rusiyanın dəstəyindən imtina etmək, onun siyasətinə qarşı çıxmaq müqabilində təşkilat tərəfindən qısnamaya məruz qalmaq Ermənistanın daxili və xarici siyasətini tamamilə dəyişdirdi”. 



Politoloq qeyd edib ki, Paşinyandan sonra Qarabağdan olan ermənilər Ermənistan siyasi elitasından qovulub, onların siyasi, iqtisadi, hərbi sahədəki hegemonluq dövrü başa çatıb: “Dağlıq Qarabağ və Ermənistan arasında Miatsumla başlayan tam 30 illik həmrəylik çat verdi və düşmənçilik həddinə çatdı. Diaspora və Qarabağ separatçıları arasında, eləcə də Paşinyanın və diasporanın Rusiyanın hələ çar dövründən Ermənistanda ən yaxın əlaltısı hesab etdiyi Eçmiədzin kilsəsi arasında təfriqə gücləndi. ABŞ regionda geosiyasi təsirini Ermənistanın yeni rəhbərliyi vasitəsilə həyata keçirməkdədir. Münaqişənin həllinə münasibətdə Paşinyanın daha çox Ter Petrosyanın sülh variantına yaxın siyasət həyata keçirmək ehtimalı Ermənistandan və Qarabağ separatçıları arasında təşviş yaradıb. Onun prezident İlham Əliyevlə təmaslara can atması şovinist erməniləri xüsusilə narahat edir və onlar Paşinyanın bu prosesdən məglub çıxacağına inanırlar”. 

N.Məmmədova vurğulayıb ki, Dağlıq Qarabağ artıq Azərbaycana separatçı, Ermənistana qiyamçı bir anklava çevrilib: “Ermənistan və Rusiya arasında müttəfiqliyin de-fakto pozulması Qarabağ separatçılarını çətin vəziyyətə salıb, üstəlik, "Daşnaksütyun"un Qarabağda qurultay keçirərək Hay Datın Kanada bürosunun rəhbərini Erməni inqilabi federasiyasına sədr seçməsi, təşkilatla Paşinyan arasında əməkdaşlıq perspektivləri işğal tərəfdarı olan ermənilərlə torpaqları qaytarmaq və bunun müqabilində Azərbaycanın həyata keçirdiyi layihələrə qosulub dividend əldə etmək tərəfdarları arasında ikitirəlik yaradıb. Ermənistan rəhbərlərindən Paşinyan ilk dəfə ölkəsi ərazisindən neft və qaz boru kəmərləri keçməsi arzusunu ifadə edib. Bu, əlbəttə ABŞ-ın sanksiyalara məruz qoyduğu İranın neft-qaz magistralları yox, Azərbaycanın həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələridir. Hətta Ermənistanda Bakı-Qarsa qoşulmaq üçün məntəqənin olduğu iddia edilir. Paşinyan torpaq əvəzində "neft-qaz kəmərləri və milyonlar" üçün sülhə razılıq davranışları sərgiləyir”. 
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı