"Odlar yurdu və onun adamları cəhənnəm yolçuluğunda idilər" Yəhudi jurnalist

Analitika 10:40 25.02.2019
Hörmətli oxucular! Xocalı qətliamı barədə çox yazılıb, amma İsrailli jurnalist Arye Qut tərəfindən “Yerusalem Post” nəşrinin 22 fevral nömrəsində ingilis dilində yazılmış bu məqalə çox ciddi əhəmiyyətə malik bir yazıdır. Yazını diqqətinizə çatdırırıq.
 
“Xocalıda azərbaycanlıların soyqırımı”
 
“Xocalıda törədilmiş soyqırım aktı XX əsrin ən dəhşətli faciələrindən biri idi” - Arye Gut 
 
Keçən həftə, Akre Bələdiyyəsi, Azərbaycan Evi, Azərbaycan Dağ Yəhudilərinin  Koordinasiya Mərkəzi və İsrail QHT İctimai Birliyi üçün Beynəlxalq Layihələr qurumu, dünyanın ən dəhşətl faciələrindən biri olan Xocalı Soyqırımının 27-ci ilində Anma Gününü təşkil edib.  
 
"Xocalıya ədalət"  Beynəlxalq informasiya Kampaniyası çərçivəsində İsrailin siyasi və ictimai xadimləri,  İsrailin Azərbaycandakı yəhudi icması xatirə gününü qeyd edib və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının foto sərgisini ziyarət ediblər. Anım mərasimində iştirak etmək üçün Knessetin və Azərbaycan Parlamentinin üzvləri, Vəqf nümayəndəsi, İsrailin siyasi partiyalarının nümayəndələri, bələdiyyə orqanları və akkreditə olunmuş diplomatik nümayəndəliklərin  rəhbərləri dəvət olunublar.
 
 Xocalı soyqırımı XX-ci əsrin ən dəhşətli faciələrindən biridir. Dünya, işğal olunmuş torpaqlarda  erməni millətçilərinin dinc azərbaycanlı əhaliyə qarşı törədilən qəddarlığı, vəhşiliyi barədə daha çox bilməlidir. Ermənilər öz məqsədləri üçün niyə Xocalını seçmişdilər? Strateji məqsədlərdən əlavə, onlar Xocalını yaşayış yeri kimi məhv etmək, şəhərin tarixi və mədəni irsini yer üzündən silmək istəyirdilər. Xocalı-Gədəbəy mədəniyyəti kimi tanınan bu irs eramızdan əvvəl XVI-cı əsrə gedib çıxır. Burda daş yeşiklər, kurqanlar, bürünc dövrünə aid nekropol və məzarlıq aşakar edilib.
 
Arxeoloji qazıntılar zamanı daş, bürünc və sümük zinət əşyaları, həmçinin çini qablar tapılıb. Assuriya kralı Adad-Nirari (MÖ 807-788) adı Xocalıda tapılan muncuqların birində yazılmışdır. Erməni terrorçuları qədim qəbirlərdən biri sayılan Xocalı qəbiristanlığının bütün mədəni abidələrini darmadağın etdilər.
 
Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Xocalı dağıldı və bir gecədə yandırıldı. Erməni silahlı qüvvələri və əsgər birlikləri şəhərdən çıxmağı bacara bilməyən Xocalı xalqından xəcalət çəkmədilər.
 
Şəhərə hücum iki saatlıq artilleriya bombardmanı ilə başladı. Xocalı üç tərəfdən mühasirəyə alınmışdı, şəhərdə yanğın başladı, nəticədə bütün şəhər yanıb qurtardı. Hücumun ilk saatlarında bir çox vətəndaş artileriya mərmilərindən öldü. Atışma başlandıqdan sonra, erməni faşistləri vətəndaşları şəhərdən çıxmaq üçün bir dəhlizin açıldığını məlumatlandırmaq üçün səsgücləndiricilərdən istifadə edirdilər.
 
Rus ordusunun 366-cı alayının hərbi qulluqçuları Xocalı soyqırımında fəal iştirak edib. Əvvəlcə MDB-nin vahid silahlı qüvvələrinin mətbuat mərkəzi bunu rədd etdi. Lakin 11 mart 1992-ci ildə "Krasnaya Zvezda" qəzeti 366-cı alayın döyüşlərdə iştirakını təsdiqlədi.
 
97-ci əlahiddə mühəndisl şöbəsində xidmət edən Yuri Girenko, hücumda 366-cı alayın əsgərlərinin, əsasən ermənilərin iştirak etdiyini təsdiqlədi. Nə üçün ermənilər  azərbaycanlılarla ermənilər arasında qarşıdurma bölgəsində olan sovet batalyonunda xidmət edirdilər? Aydındır ki, bu taktika planlaşdırılmış və əvvəlcədən düşünülmüşdür.
 
Alayın erməniləri başqa xalqlardan olan əsgər və könüllüləri toplayıb Xocalıya qanlı hücuma keçdi. Şəhərin sakinləri gecə saat 2 –dən etibarən şəhərdən çıxmaq istəyəndə, eni 100 metrdən 300 metrədək olan dəhlizdə pulemyot atəşinə tutuldular. Adamı dəhşət bürüyür: 613 nəfər öldürüldü, 487 nəfər ağır yaralandı, 1275 qoca, uşaq və qadın tutuldu, işgəncələrə məruz qaldı və alçaldıldı . Qaçmağa müvəffəq olan mülki vətəndaşlar erməni hərbçiləri tərəfindən meşələrdə qəddar şəkildə öldürüldü.
 
Xocalının mülki əhalisi ona görə öldürüldü ki,onlar azərbaycanlı idilər. Bir qrup qaçqın çaydan keçməyə müvəffəq oldu. Onlar soyuqdan titrəyirdilər və yaxın dağlarda gizlənməyə çalışsalar da, əksəriyyəti səhər saatlarında soyuqdan öldülər.
 
Xocalının bütün sakinləri öldürüləndən, həbs ediləndən sonra erməni əsgərləri qətliamın ciddiliyini gizlətmək məqsədilə bölgəni nəzarətə aldılar. Azərbaycan vertolyotları cəsədləri götürməyə cəhd edirdilər, lakin daimi ermənilərin atəşinə məruz qalırdılar. Ölülərin əksəriyyəti yük maşını kimi nəqliyyat vasitələrində daşınıblar. Xocalıda yaşanan qətliam, beynəlxalq hüquqa ziddir, Cenevrə Konvensiyalarının və İnsan Hüquqları Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri (BMT Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi) pozulub.
 
Amerikalı jurnalist Tomas Qolts faciə səhnəsini belə təsvir edir: 
 
"Təkərləri olmayan əzilmiş maşınlar , dağılmış gəvələr, qablar və sapılcalarla əhatə olunmuş mənzərə gözə girirdi, adamlar işlənmiş qazlarla boğulmuş və döşəklərin və dəmir yataqların çəkisi altında qalmışdı. Adəti üzrə dəstənin sonunda ya eşşək minmiş kişilər gedir, ya da arabanı sürürdülər. Ayaqyalın  çobanlar yolun digər tərəfinə keçmək istəyəndə yük maşınının təkərlərinin altına girən hürkmüş qoyunları, inəkləri və buzovları qabaqlarına qatmışdılar"
 
Azərbaycanlı əhalinin öz torpaqlarından qovulması faktı  İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük  təkrar olan hadisə idi. Odlar yurdu və onun adamları cəhənnəm yolçuluğunda idilər. Onlar xəyanətə uğramış, aldadılmış və tərk edilmişdilər.
 
Xocalı Azərbaycan ərazilərinin ələ keçirilməsi və etnik təmizləməsinin növbəti mərhələsi idi. Bu mərhələ, vahimə və şokedici qəddarlığın qarşısında bir qorxu yaratmışdı. Günahsız uşaqlara, qadınlara və yaşlılara qarşı bu barbar zülmün heç bir izahı yoxdur.
 
İsrail mətbuatının nümayəndələri ilə birlikdə, mən erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüş Xocalıda xilasedicilərlə bir neçə dəfə görüşdüm. Onlar erməni vəhşiliyinə dair dəhşətli şeylər söylədilər və bizə işgəncə əlamətləri göstərdilər.
 
Rusiya Hava Qüvvələrinin vertolyot pilotu Leonid Kravets:
 
"Yaralıları çıxardım və onları Əsgəranın çıxışından yola saldım. Mən aşağıdan uçurdum və birdən uçuş mühəndisim qışqırdı: "Bax, qadınlar və uşaqlar var". Mən yamacda səpələnmiş iki yüz ölü gördüm və onların arasında  silahlı  insanlar var idi. Sonra cəsədləri götürmək üçün bu sahədən uçduq. Hər yerdə eybəcər hala salınmış xeyli qadın, uşaq və yaşlıların cəsədlərini gördüm. Onların bir çoxu qaçmağa çalışanda yaxın məsafədən öldürülmüşdü,  bəzilərinin isə üzləri eybəcər hala salınmışdı".
 
Azərbaycanın əməkdar inşaatçısı, İsrail vətəndaşı İsay Svirski:
 
"Mən Xocalını tikənlərdən biriyəm. Burada dinc insanlar yaşayırdı. Onlar uşaqlarını böyüdür, parlaq gələcəyi xəyal edir, evlər, yollar, məktəblər, uşaq bağçaları tikirdilər. Heç bir zaman belə bir şeyin orada olacağını ağlıma da gətirmirdim."
 
Dürdanə Ağayeva, Xocalı sakini:
 
" Mən hadisələrin şahidiyəm, meşədən keçib qaçanlardanam. Atışma hər gecə davam edirdi, biz ona alışmışdıq, amma bu dəfə dayanmadan davam edirdi ... 23:30 radələri idi. Qonşumuz atəşin dayandığını və evə gedə biləcəyimizi söylədi. Ancaq bu, xalqı sakitləşdirmək üçün bir erməni hiyləsi idi. Onlar hücum edirdilər ki, aerodromu tutsunlar. Qapı açıldı və ailəsi bizimlə olan qonşu Abdulla dayı qorxu içində: “Geri qayıtmaq olmaz. Camaat meşə yolu ilə qaçır”-dedi. Biz də meşəyə tərəf süründük”
Bu gün Ermənistanın inzibati rəhbərliyində təmsil olunmuş, keçmiş prezident Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident Robert Koçaryan və onlarla köhnə hökumət rəsmiləri  birbaşa azərbaycanlıların məhv edilməsi və etnik təmizləmələri ilə məşğul olublar. Erməni faşistləri Dro və Njdehin varisləri, Sarkisyan və Ohanyandır, onların hər ikisi  XX əsrin sonlarında Azərbaycan şəhəri Xocalıda  qanlı qətliam törətmişlər. Ermənistanın yuxarıda göstərilən yüksək vəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiq edən bir çox material və video sənədlər, həmçinin şahid ifadələr var.
 
Cinayətlərini gizlətməyə çalışan faşistlərdən fərqli olaraq,  bu adamlardan bəziləri  xarici mətbuata müsahibələr veriblər. Onlar Xocalıda azərbaycanlılara qarşı barbar cinayət əməllərini haqlı hesab edir, öyünür və özlərini tərifləyirlər. Sarkisyanın sözləri buna sübutdur: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındıra bildik. "
Bu qırğının qəddar və acınacaqlı səhnələri azərbaycanlıların qəlbində bir çapıq yarası olaraq qalacaqdır.  Bu, erməni silahlı qüvvələrinin törətdikləri qırğınlar nəticəsində həyatları qırılmış  günahsız azərbaycanlılar üçün bir faciədir. İnsanlığa qarşı bu dəhşətli cinayət törədənlər beynəlxalq məhkəmələr tərəfindən təqib olunmayıb, cəzasız qalıblar. İkinci Dünya müharibəsindən fərqli olaraq, nasistlərin əksəriyyəti Nürnberq prosesində  beynəlxalq məhkəmə qarşısına çıxarılsa da,  Xocalı kütləvi qətliamının ideologları və icraçıları müasir Ermənistan Respublikasının ərazisində sərbəst yaşayırlar.
 
Xocalıya ədalət tələb edirik!
 
Bu məqalə, Azərbaycan və Qafqazdan olan "Gələcəyə ümid" yəhudi mühacirləri assosiasiyası ilə əməkdaşlıqda yazılmışdır.
 
Tərcümə etdi: İlham İsmayıl
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
Hamısı