Füzuli və Cəbrayıla atılacaq raketlər... Ermənilərə qarşı nə etməli?

Siyasi proseslər o səviyyəyə gəlib çatıb ki, biz haqqımızı qorumaq üçün mütləq güc tətbiq etməliyik.

Analitika 13:06 05.03.2019

Ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan yerli mətbuata verdiyi açıqlamada Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Füzuli və Cəbrayılda yeni yaşayış məntələqərinin açıldığını və ermənilərin bu ərazilərdə daha sıx məskunlaşması gərəkdiyini bildirib. Vanetsyan həmçinin ermənilərin işğal altındakı ərazilərimizdə məskunlaşması işi ilə hökumətin ciddi şəkildə məşğul olduğunu və tez bir zamanda bu ərazilərdə ermənilərin daha da möhkəmlənəcəyini bildirmişdi.

 

Image result for артур ванецян

 

Ötən ay qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbəri” Bako Saakyanın Cəbrayılda yeni yaşayış məntəqələrini açarkən Azərbaycan mətbuatı “xalqların sülhə hazırlanmasından yazırdı”. Biz o zamanda qeyd etmişdik ki, düşmən heç bir sülhlə əraziləri dəyişmək niyyətində deyil. Onu bu addımı atmağa məcbur etmək lazımdır. Ancaq təəssüf ki, bu gün belə gözümüz görə-görə işğal altında qalan torpaqlarımızda yeni yaşayış məskənləri salınır və ermənilərin bu ərazilərdə məskunlaşması üçün işğalçı rejimin atdığı addımlara heç bir tutarlı reaksiya verilmir.

 

Image result for бако саакян карабах

 

Məsələnin hüquqi tərəfinə gəlincə hələ 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının 49-cu maddəsinə görə işğal edilmiş ərazilərdə işğalçı dövlətin vətəndaşlarının məskunlaşması qadağan edilib. Ancaq nəzərə alaq ki, BMT-nin ərazilərimizin işğaldan azad edilməsilə bağlı 4 qətnaməsi var və Ermənistan bu qətnamələrə əməl etmir. Ermənilər Cenevrə konvensiyasında qeyd edilən prinsiplərə də laqeyd yanaşırlar və dünya birliyinin bu məsələdə göstərdiyi “ədalətli mövqe”yə "heyran qalmamaq" olmur.

 

Əslində, mahiyyətcə beynəlxalq hüquq bu gün kimə və ya nəyə lazımdır ki? Hələ ötən əsrin 50-ci illərində məşhur realist nəzəriyyəçi Hans Margentau qeyd edir ki, sadəcə güc beynəlxalq münasibətlərdə əsas faktor sayıla bilər. Yəni, bir növ güc dünya siyasətində hər şeyi, haqlı və haqsızı müəyyən edir.

 

Cəbrayılda ermənilər yaşayış məntəqəsi tikəndə bizim toplarımız işə düşsəydi indi Füzulidə yaşayış məskənləri salınmazdı

 

Bəs bu problemdə kimdir haqlı, kimdir haqsız? İstər güc nöqteyi-nəzərdən, istərsə də hüquqi nöqteyi-nəzərdən Azərbaycan Ermənistandan üstündür. Azərbaycan bütün beynəlxalq hüquqi prinsiplərə görə bu münaqişədə haqlı tərəfdir. Ancaq “güclə möhkəmləndirilməmiş haqlılıq ən böyük haqsızlıqdır”. Yəni, ədalətin tərəzisi gücdür. Belə çıxır ki, güc olmadan bizim nədə haqlı, nədə haqsız olduğumuzun heç bir əhəmiyyəti yoxdur.

 

Ən əsas problem ondan ibarətdir ki, gücümüz var, hüququmuz var, ancaq bunu göstərməyə çəkinirik. Cəbrayılda ermənilər yaşayış məntəqəsi tikəndə bizim toplarımız işə düşsəydi indi Füzulidə yaşayış məskənləri salınmazdı. Artıq siyasi proseslər o səviyyəyə gəlib çatıb ki, biz haqqımızı qorumaq üçün mütləq güc tətbiq etməliyik.

 

Niyyət heç də yeni bir Aprel və ya yeni bir müharibə olmamalıdır. Çünki bu gün Qarabağ uğrunda yeni döyüşlər başlasa bizim inamlı zəfərimiz minlərlə övladımızın şəhadəti hesabına başa gələcək. Buna səbəb hələ də strateji bir çox yüksəkliklərin, əsas da Ömər aşırımının ermənilərin nəzarətində olmasıdır. Ona görə də bu yüksəklikləri mümkünsə “Günnüt əməliyyatı” kimi “qansız” əməliyyatlarla tutmaq lazımdır. Sonra isə təbii ki, müharibə ən böyük siyasi reallıq hesab edilə bilər.

 

Bəs nə etməli?

 

Ediləsi tək bir şey var, oda ki, düşmənin hər radikal addımına hərbi reaksiyanın verilməsidir. Məsələn, Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbəri “Azərbaycan torpaqlarının bir qarışını belə qaytarmayacağıq” dedikdən sonra təmas xəttində atəşkəsin mühafizə edilməsi anlaşılmazdır. Biz hələ əhali məskunlaşmadan bütün tikilən yaşayış məntəqələrini məhv etməliyik ki, haqlı mövqeyimizi gücümüzlə ortaya qoyaq. Bir daha qeyd etmək istərdim ki, Füzuli və Cəbrayıldakı məntəqələrin raketlə vurulması müharibəyə başlamaq deyil, düşməni atacağı addımlardan yayındırmaq xarakteri daşımalıdır.

 

Sonda düşmənin məqsədini izah etmək istərdim. Məgər Paşinyan hökuməti Cəbrayıl və Füzulidə yeni yaşayış məskənlərinin salınmasının yeni “Aprel”lərə səbəb ola biləcəyini dərk etmir? Əlbəttə Ermənistan hökuməti bunu yaxşı başa düşür. Elə atılan addımlar da yeni bir Aprel savaşının qarşısını almaq məqsədi güdür. Çünki bütün müharibə iştirakçıları və hərbi ekspertlər yaxşı bilir ki, vətəndaşların məskunlaşdığı ərazilərdə əsgər hər zaman sona qədər döyüşür. Lələtəpədəki kimi “dabana tüpürüb qaçmır”. Xalqın təmas xəttində yerləşməsi müdafiədə olan qoşunların üzərinə əlavə bir məsuliyyət qoyur. Ona görə də, Ermənistan rəhbərliyi təmas xəttindəki ərazilərdə məskunlaşma səviyyəsini artırırlar ki, Azərbaycan ordusunun hücumu zamanı 2016-cı ilin aprelində yaşanan hadisələr təkrarlanmasın və erməni ordusu “sonacan döyüşsün”. Həm də bu vasitəylə Azərbaycanın təmas xəttində atdığı hər mərminin bir ermənini öldürə biləcəyi ehtimalı yaranır. Bu isə xüsusən Avropada güclü və aktiv olan erməni lobbisi üçün yeni təbliğat kampaniyasının əsas motivi ola bilər.

 

Beləliklə, bu situasiyada diplomatiyanın 4-cü, yəni, “məcburetmə” taktikasından itifadə etmək yerinə düşür. Bu taktikada əsas rol orduya məxsusdur...

 

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı