Qarabağ üçün məxfi “yol xəritəsi”, yoxsa gizli anlaşma... Sensasion açıqlama

Analitika 15:59 22.04.2019

“Bolton planı” “Lavrov planı”na qarşı; Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü okeanın o tayında reallaşa bilər, əgər...; politoloqlardan ilginc rəylər

Ötən həftə Qarabağ konflikti ilə bağlı bəzi mühüm, eyni zamanda, maraqlı proqnozlara yol açan gəlişmələrlə yadda qaldı. Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüşü keçirildi. Moskva danışıqları bitər-bitməz, ABŞ-ın dövlət katibi Mayk Pompeo Qarabağ təşəbbüsü ilə çıxış etdi, nazirlərin növbəti görüşünü Vaşinqtonda keçirmək təklifini irəli sürdü.

Kremlin ideoloqlarından olan, avrasiyaçı-politoloq Aleksandr Duqin isə Musavat.com-a verdiyi eksklüziv müsahibədə artıq “Lavrov planı” deyilən planın masa üzərində olduğunu bildirdi (Plana əsasən, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 5 rayon boşaldılır, ardınca kommunikasiyalar açılır, azərbaycanlı köçkünlər öz yurd yerlərinə qayıdır və Dağlıq Qarabağa aralıq statusu verilir). Duqin müsahibədə belə bir ifadə də işlətdi ki, planın reallaşması nəticəsində Dağlıq Qarabağ nə müstəqil ola biləcək, nə də Ermənistanın tərkibində.

*****

Qarabağ məsələsi ətrafında həqiqətən də növbəti diplomatik hərəkətlilik, hətta iki əsas həmsədr dövlət - Rusiya və ABŞ arşında bir təşəbbüskarlıq yarışı getdyi ortadadır. Bu “yarış”ın problemin həllinə əlavə dinamika gətirəcəyi, yoxsa pəl vuracağı ilə bağlı yerli və xarici siyasi təhlilçilərin müxtəlif fikirləri var. Onlardan birinin - A.Duqinin yanaşmasını təqdim elədik.     

“Dağlıq Qarabağ problemi Ağ Evdə heç vaxt unudulmayıb”. Bu sözləri isə digər rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda təklifini şərh edərkən deyib (axar.az). Onun sözlərinə görə, ABŞ-da bu münaqişəyə yalnız Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferin formal işi çərçivəsində baxılmır.

İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşü ile ilgili görsel sonucu

“Mən xeyli vaxtdır deyirəm ki, ABŞ Qarabağın statusu ilə bağlı birbaşa məşğul olmaq istəyir. Hələ İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən öncə ABŞ ərazisində Qarabağ görüşünün keçirilməsi planlaşdırılırdı. Ancaq Avstriya, məncə, Moskvanı boşuna əsəbləşdirməmək üçün seçildi. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün ABŞ ərazisində keçirilməsi çox böyük siqnal olardı. Bundan sonra Moskva tərəflərə münaqişənin həllində rolunu xatırlatmaq üçün Rusiya, Azərbaycan və Ermənistanın XİN rəhbərləri səviyyəsində dərhal görüş keçirdi. İndi də ABŞ nazirlər səviyyəsində görüş təklif edərək, öz varlığını vurğulayır”, - deyə politoloq qeyd edib.

Onun fikrincə, bununla da ABŞ Rusiyaya Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu göstərir: “Ələlxüsus da erməni tərəfini təmsil edən kəsin Sərkisyan deyil, ilk gündən Qarabağ məsələsinə diqqət ayıran Paşinyan olduğu bir zamanda... Həm də Paşinyanın danışıqlar başladıqdan sonra dəyişən bəyanatlarına nə Şofer, nə də Vaşinqton diqqət yetirir. Beləliklə, bu məsələ ilə bağlı İrəvan və Vaşinqton arasında bəzi razılaşmaların mövcud olduğu qənaətindəyəm”.

*****

Diqqətçəkicidir ki, bu qəbildən yeni gəlişmələr fonunda ötən həftə bir qrup ABŞ konqresmeni İrəvanda olub, baş nazir Nikol Paşinyanla görüşüb. Paşinyan amerikanların səfərini alqışlayaraq, Ermənistanın ABŞ-la əlaqələrin inkişafı və dərinləşməsinə mühüm önəm verdiyini bildirib. Ardınca o, iddia edib ki, “Ermənistan radikal islahatlar prosesinin içindədir və demokratiyanın inkişafı istiqamətində inamla irəliləyir”; qeyd edib ki, hökumət demokratiyanın institutsional və iqtisadi əsaslarını möhkəmləndirməklə məşğuldur və bu prosesdə beynəlxalq tərəfdaşlardan, o cümlədən ABŞ-dan dəstək gözləyir. Amerikalı konqresmenlər isə öz növbəsində Ermənistanda demokratiyanın möhkəmlənməsinə, iqtisadi islahatların reallaşmasına və ABŞ-Ermənistan əlaqələrinin inkişafına dəstək verməyə hazır olduqlarını söyləyiblər.

Bolton Armenia ile ilgili görsel sonucu

Təbii ki, Birləşmiş Ştatlar bu dəstəyi boşuna verməyəcək. Vaşinqtonun əsas şərti Ermənistanın Rusiya ilə siyasi-hərbi bağlarının zəifləməsidir. Bu isə Qarabağa dair danışıqlarda diplomatik sıçrayışdan, qonşu Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasından keçir. Ötən ilin oktyabrında İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Con Bolton da bəyan eləmişdi ki, Ermənistan inkişaf yoluna çıxmaq istəyirsə, öncə Qarabağ məsələsinin həll yönündə real addımlar atıb öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, nəticə etibarilə də Rusiyanın təsir zonasından uzaqlaşmalıdır. Eyni mesaj iki ay sonra prezident Donald Trampın Nikol Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapdı.

Bundan sonra Qarabağla “Bolton planı” deyilən planın varlığından danışılmağa başladı.  Ehtimal ki, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü səmərəli olarsa, ardınca iki ölkə rəhbərinin də görüş yeri kimi ABŞ seçilsin.

Öz növbəsində postsovet məkanı üzrə ixtisaslaşmış alman politoloq Silviya Şteber bu yöndə fikir və mülahizələrinin davamı kimi bildirir ki, Nkol Paşinyan hökuməti üçün Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq prinsipial əhəmiyyət kəsb edir: “İctimai rəy sorğuları da göstərir ki, erməni əhali sosial-iqtisadi problemdən sonra Dağlıq Qarabağ konfliktini ən kəskin problem hesab edir - hansı konflikt ki, ölkənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə olaraq qalır”.

*****

Göründüyü kimi, Paşinyanın daxildə aparmaq istədiyi köklü islahatlar Qərbin, ABŞ-ın ciddi dəstəyindən, Qərbin, ABŞ-ın ciddi dəstəyi isə Qarabağ məsələsində Paşinyan hökumətinin konstruktiv mövqeyindən asılı durumdadır.

Ancaq bu mövzuda fərqli düşünən təhlilçilər də var. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, Lavrovun səyləri, demək olar, iflasa uğrayıb. “Çünki Paşinyan iddia edir ki, guya o hələ vəziyyətlə tam tanış olmadığından qərar verə bilməyəcək... Bu başdan da Mayk Pompeo danışıqları Amerikada keçirməklə bağlı təklif səsləndirdi. Bu da o anlama gəlir ki, ermənilərin ürəyincə olan turizm diplomatiyası uzanacaq. Çünki Vaşinqton artıq Qarabağ problemi zəminində Moskva ilə öz haqq-hesabını çürütməyə qərar verir. Bunlar Azərbaycanın maraqların ziddir”, - deyə bildirib.

Bu qəbildən skeptik və optimist proqnozların nə dərəcədə gerçəyə yaxın olduğunu isə yaxınlarda biləcəyik.

“Yeni Müsavat”ın analitik xidməti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı