Azərbaycan Xalq Cümhuriyyəti və Xaricdə Təhsil

Analitika 09:15 27.04.2019

Azərbaycanın milli çağdaş dövlətçilik tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918–1920-ci illər) qərb tarixçiləri tərəfindən “maarifçi hökumət”, “ziyalıların höküməti”, “ziyalıların əsəri” kimi yüksək dəyərləndirilir. Çünki bu hökümət tərəfindən istər dövlət, istər iqtisadi, istərsə də mədəni quruculuq sahəsində əsas diqqət, başlıca prioritet milli dövlətin təməli olan təhsilə, maarifə, elmə və mədəniyyətə verilmişdi. Ölkədə təhsil, maarif sistemi milli və bəşəri dəyərlər əsasında beynəlxalq standartlara uyğun, həmçinin Avropa demokratiyası prinsiplərinə əsasında qurulurdu. Başqa sözlə, Azərbaycan təhsili, elmi, mədəniyyəti klassik Şərq mədəniyyəti və çağdaş Avropa sivilizasiyanın ahəngdar sintezi əsasında formalaşırdı. Çünki bu prosesi idarə edənlər – “Cümhuriyyət”in qurucuları Qərb və Şərq mədəniyyətlərini dərindən mənimsəmiş yüksək intellektə sahib olan əski Azərbaycan maarifçilik hərəkatının pleyadaları və milli istiqlal mücahidləri idilər. Onlar üçün milli təhsil, maarif və mədəniyyətin qurulması dövlətin əsas atributlarından, təməl ünsürlərindən biri idi.

İftixar etməli haldır ki, AXC hökuməti milli təhsil quruculuğu, anadilli təhsil sisteminin yaradılması, peşə təhsili, ali təhsil, xaricdə təhsil, hərbi təhsil və digər sahələrdə elə bir təməl yaratdı ki, ondan sonrakı mərhələdə təhsil də, elm də, mədəniyyət də həmin bünovrə, fundament üzərində yüksəldi.

AXC hökumətinin təhsil quruculuğu və təhsil siyasətində ölkənin idarə olunmasını təmin edəcək ali təhsilli mütəxəssislərin hazırlanması ən aparıcı istiqamətlərdən biri idi. Bu baxımdan hökumətin qarşısında duran ən təxirəsalınmaz vəzifələrdən biri ölkədə ali təhsil müəssilərinin təşkili və xarici ölkələrin tanınmış ali məktəblərinə azərbaycanlı gənclərin ali təhsil almağa göndərilməsi idi. Hökumətin birinci istiqamətdə ən böyük işi Bakı Dövlət Universitetinin təsis olunması, ikinci isitiqamətdə isə milli tariximizə qızıl hərflərlə həkk olunan addımlarından biri dövlət səviyyəsində “Vətəndən kənarda Vətən üçün” ali təhsilli mütəxəssislər hazırlamaq işinin təməlinin qoyulması sayıla bilər.

AXC hökumətinin bu yöndə gərçəkləşdirdiyi ən böyük tədbir müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan parlamentinin 70-ci iclasında 100 nəfər azərbaycanlı gəncin 1919/20-ci tədris ilindən Avropanın ali təhsil məktəblərinə göndərilməsi ilə bağlı 1 sentyabr 1919-cu il tarixli “Xaricə oxumağa göndərilən 100 azərbaycanlı tələbənin yol xərcləri və təqaüdləri üçün 7 milyon rubl vəsaitin buraxılması haqqında” Qanun qəbul edilir.

Bu layihəni həyata keçirmək məqsədilə Xalq Maarifi Nazirliyinin sərəncamına 7 milyon rubl vəsait ayrılır. Avropa ali təhsil müəssilərinə göndəriləcək hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci Rusiyaya göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 rubl yol xərci nəzərdə tutulmuşdu.

Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında M.Rəsulzadə (sədr), Ə. Pepinov, Q.Qarabəyli, M. Hacınski A.Əfəndizadədən ibarət çox nüfuzlu Parlament münsiflər heyəti yaradılmışdı. Həmin heyətin seçdiyi tələbələrdən 49-nun Almaniyaya, 27-nin Fransaya, 4-nün İtaliyaya, 1-nin İngiltərəyə, 6-nın isə Türkiyəyə göndərilməsi ilə bağıə Xalq Maarifi Nazirliyi tərəfindən rəsmi sənəd verilmişdi. Qalan 13 nəfərin Rusiyada vətəndaş müharibəsi səbəbindən oraya göndərilməsi mümkün olmamamışdı.

Xaricə göndərilən tələbələrin birinci dəstəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərinin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı şəhərinin dəmiryolu vağzalından təntənəli şəkildə yola salınması mərasimi keçirilmişdi. Həmin il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh konfransında (1919-1920) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılanmışdı. Mərasimdə Ə. Topçubaşov tələbələr qarşısında çıxış etmiş, bundan sonra onlar təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola salınmışdılar.

Lakin böyük ümidlərlə xaricə təhsil almağa gedən gənclərin sevincli, xoşbəxt günləri uzun sürmür. Sovet Rusiyasının hərbi təcavüzü ilə AXC höküməti süquta uğrayır. Tələbələrin taleyində acınacaqlı günlər başlanır. Bolşevik hökuməti  tələbələrə təqaüd göndərilməsini dayandırır. Tələbələrin Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanova müraciəti əsasında məsələyə yenidən baxılır. N.Nərimanovun bu məsələyə həssas münasibəti sayəsində “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” dekret imzalayır. Bu sahədə araşdırma aparıb hökumətə təkliflər hazırlamaq məqsədilə hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məsul olan Bəhram bəy Axundov 1921-ci il iyunun 18-də həmin tələbələr üzrə müvəkkil təyin olunur və xaricə ezam edilir. Uzunmüddətli araşdırmalardan sonra B.Axundov 1922-ci il martın 2-də N.Nərimanova təkliflərini təqdim edir. Çox təəssüf ki, həmin ilin sonunda N.Nərimanovun Moskvaya yeni vəzifəyə aparılması ilə xaricdə təhsil alan tələbələrə münasibət yenidən dəyişir, təqaüdlər kəsilir, onlar “sədaqətli” və “sədaqətsiz” deyə iki qismə bölünür. Nəticədə təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çörəyə möhtac olaraq ağır şəraitdə işləmək məcburiyyətində qalanlar, məhrumiyyətlərə dözməyərək intihar edənlər, ölüm-qalım dilemması ilə üzləşənlər olmuşdur.

Min bir əziyyətlə təhsilini başa vurub vətənə qayıdanların əksəriyyəti isə sovet “qırmızı terroru”nun qurbanına çevrildilər, Azərbaycanda güllələndilər, ya da Rusiyanın katorqa düşərgələrində həlak oldular. Həmin “yüzlər”dən 2-si Azərbaycanın ilk professorlarından olmaq şərəfinə imza atsalar da, “qırmızı terror”dan yayına bilmədilər. İtaliyanın Peruca Universitetinin kənd təsərrüfatı ixtisası üzrə məzunu Əhməd Rəcəbli biologiya üzrə, Fransanın Paris Universitetinin hüquq üzrə məzunu Mustafa Vəkilov isə hüquq elmləri üzrə ilk elmlər doktoru – professor adına layiq görülmüşdülər. İbrətamiz haldır ki, Sovet rejimi tərəfindən repressiya olunsalar da, hər iki alimin adı “Azərbaycan Sovet Ensiklopediyası”na daxil edilib. AXC-nin xaricə göndərdiyi 100 tələbədən yalnız Əhməd Rəcəblinin adı əbədiləşdirilib, Bakıda adına küçə var. AXC Höküməti 100 nəfər azərbaycanlı gənci xaricə təhsil almağa göndərməklə Azərbaycanın çağdaş təhsil tarixinə şanslı səhifə yazdı və bu tarixi ənənə bu gün də davam edir.

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Hamısı