Özbək dili hədəfdə - I hissə | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Özbək dili hədəfdə - I hissə

(Məqalənin təhlili və jurnalist araşdırması)

Analitik Mərkəz A- A A+

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun Özbəkistana səfərindən bir neçə gün əvvəl sosial şəbəkələrdə və rus mətbuatında Özbəkistanda rus dilinin pis vəziyyəti haqda və özbək xalqının dövlət dilinin mənfi tərəfdən təsvir olunaraq təqdim edildiyi "RUS DİLİ BİZƏ YAD DEYİL" (30. 04. 2019) "romantik" başlığı altında bir məqalə paylaşıldı.

Məqaləyə keçid:

https://vesti.uz/russkij-yazyk-nam-ne-chuzhoj/?fbclid=IwAR32t11pEFZip04YTqvdJwOnm2o4WZnsWXwe3wsajseNpHnL86fjEVRM-os

Redaksiyanın fikri ilə məqalənin müəlliflərinin fikri üst-üstə düşməyə bilər. VESTI.uz redaksiyası məqalələrin müəlliflərinin fikirlərini ilə razılaşmaya bilər. Buna görə də, VESTI.uz internet-resursunun baş redaktoru və bütün komandasına hörmətlə yanaşaraq məqalənin hissəli təhlilini aparmağa başlayaq.

Müəlliflərin kimliyi bizi maraqlanmırıq, bizi bu məqalənin ətrafında yaranmış qalmaqalın səbəbini anlamaq vacibdir və məqaləni təhlil etmədən əsl səbəbi müəyyən etmək mümkün deyil.

Yəqin ki, məqalə müəlliflərinin heç bir pis niyyəti olmayıb, lakin rus dilli mətbuatda yayılan informasiya dövlət dili olan özbək dilinin tərəfdarlarının narazılığına və Özbəkistanda rus dilinin vəziyyəti barədə söz oyunu hətta İnternet-də rus dilli əhalinin də mənfi reaksiyasına səbəb olub.

Məqalədə Sovet jurnalistikasının nümayəndələrinin dəsti xətti var. Daha doğrusu, Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qəzetlərinin repertuarındakı təqdimatlarına bənzər tərzi sezməmək mümkün deyil. Məqalənin müəllifləri Sovet jurnalistika məktəbinin sadiq davamçıları kimi Özbəkistan rəhbərliyinin şəninə çoxlu təriflər yağdırıblar. Bu günahı, Özbəkistanda demək olar ki, bütün jurnalistlər edir.

Məqalənin başlanğıcında, müəlliflər, "prezident Ş.M.Mirziyoyevin millətlərarası harmoniya və əməkdaşlıq sahəsində yeritdiyi müdrik siyasəti sayəsində baş verən böyük və çox əhəmiyyətli dəyişiklikləri nəzərə alaraq", deyə vurğulayırlar.

Ölkənin prezidentinin xeyrinə mübaliğəli jurnalistikadan sonra, məqalənin müəllifləri Sovetlər dövründə "Selskaya Pravda", "Tashkentskaya Pravda" və "Pravda Vostoka" qəzetlərinin tərzində olan gənclərə xas coşğuyla, yavaş-yavaş Özbəkistanda rus dilinin hüquqi statusu ilə bağlı keçmiş "sovet ziyalılarının" narahatlıqlarından danışmağa başlayır.

Məqalənin müəlliflərinin özbək və rus dillərinin arasında hüquqi statusu bölməsinə yanaşmaları diqqət çəkir. Onlar əsassız şəkildə, bəzi vacib mövqelərin aydınlaşdırılmağa ehtiyac olduğunu deyirlər.

Beləliklə, məqalənin müəllifləri yaşlı keçmiş sovet vətəndaşlarının nostalji hisslərinə vurğu edərək, yəni hazırda dövlət dili olan özbək dilində danışa bilməyən özbəklərdən sipər kimi istiafdə edərək, özbək xalqını və Özbəkistan rəhbərliyini özbək dilinin mövqeyinə yenidən baxmağa və onunla yanaşı, rus dilinin də dövlət dili elan olunmasına çağırıblar.

Bir neçə gün sonra, İnternetin özbək dilli istifadəçiləri rus internet resursu olan VESTI.uz saytında nəşr olunan məqalənin məzmununa görə qaynamağa başladı, sosial şəbəkə istifadəçiləri və buna biganə qalmayan bəzi özbək ziyalıları məqalənin müəlliflərinin özbək dilinin və ədəbiyyatının vətənpərvərlik hissinin formalaşmasında, ana dilinə diqqət və məhəbbətin inkişafındakı rolu barədə müzakirələr təşkil etdilər.

Məqalənin "müəlliflərindən" biri, Xocayeva Sayora dərhal reaksiya vermiş və özbək mətbuatı vasitəsilə müəllifliyini inkar etmiş, Facebook vasitəsilə bununla heç bir əlaqəsi olmadığını, materialın hazırlanmasında iştirak etmədiyini söyləmişdir.

Müəlliflərin siyahısında adını görən tarix elmləri namizədi Şovkat Mirələmov Özbəkistan KİV-də dərc edilən məqalə ilə əlaqəsinin olmadığını deyib və "VESTI.uz" rəhbərliyindən onun adını siyahıdan çıxarmağı tələb edib, lakin onun adı hələ də məqalənin müəllifləri siyahısından çıxarılmayıb.

03.04.2019 tarixdən Radio Free Europe/Radio Liberty "Ozodlik"in özbək xidmətinin məlumatına görə, jurnalistlər qalmaqallı yazının iki müəllifi ilə birbaşa söhbət edib.

Müsahibə zamanı Nazim Tulahocaev və Bernara Karieva bildirib ki, "Özbək xalqının mədəni- maarif sahəsində inkişafında rol oynamış rus dilinə rəsmi status verilməsilə ədalət zəfər çalmış olacaq". Eyni zamanda, Bernara Karieva "Bizi adam edən ruslara minnətdar olmasaq, Allah bizi cəzalandırar və "rus dilinə rəsmi statusun verilməsi bir növ bizi tərbiyə edən Sovet İttifaqı və onun əsasını təşkil edən böyük rus xalqına hörmətin ifadəsi olacaq", vurğulayaraq qeyd edib.

"Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun səfəri günü internetdə bizim baş nazir Aripovun "Özbəkistan "georgiyevsk lentləri ilə müharibəyə başlayır" bəyanatı yer aldı. Yəni, Özbəkistanda görüləsi başqa iş yoxdur? Ertəsi gün prezident Mirziyoyevin adından yazdılar ki, "Özbəkistan georgiyevsk lentlərini yaymağa başlayıb". Bu nədir? Əvvəlcə müharibə elan edirlər, ertəsi gün tamamilə fərqli bir bəyanat çıxır.  Bu vaxt mənə Alo Maksumoviç Xocayev zəng etdi.

O, dedi: "Lavrov Özbəkistana gəlir, onun səfəri ərəfəsində rus dilinə Özbəkistanda dövlət dili statusu vermək təşəbbüsü ilə çıxış etdik, siz də öz imzanızı qoyun". "Əlbəttə," dedim. Çünki mən özbək dilini bilmirəm. Nə olsun? Moskvada təhsil almışam, Moskvada yaşayıram. Niyə özbək dilini öyrənməliyəm? İstəmirəm. Nə üçün buna güc sərf etməliyəm? 80 yaşım var! Niyə qoca yaşımda özbək dilini öyrənməliyəm? Əczaxanaya gedirəm, dərman qutusunun üzərində hər şey özbək dilində yazılıb. Təlimatın rus dilində yazılmasını istəyirəm. Rus dilinə dövlət dili statusu verilərsə, bu bizim rus xalqına minnətdarlığımızın təzahürü olacaq. Bunu etməsək, Allah bizi cəzalandıracaq. Həm Aripov, həm Mirziyoyev Sovet dövründə təhsil almış, Sovet İttifaqı sayəsində savad alıb və yüksək pillələrə çatıblar", - Bernar Kariyeva bildirib.

Bernardo Kariyeva ilə "Ozodlik" radiosunun jurnalistinin bu dialoqunun yayımlanmasından sonra, Bernar Kəriyeva ilə guya söhbət etmiş Özbəkistan televiziyasının jurnalistləri, sosial şəbəkələrə çıxmağa başladılar. Onlar tanınmış balerinanın "Ozodlik" radiosunun jurnalistləri ilə dialoqunu və onun qalmaqallı bir məqalə yazmaqda iştirakını rədd etdiyini deyiblər, lakin bu günə qədər Özbəkistan KİV-də rəsmi təkzib yoxdur.

"Ozodlik" radiosunun jurnalistlərinin Bernar Kariyevanın sözlərini nə dərəcədə qərəzsiz çatdırması mübahisəli məsələdir. Müsahibənin audioyazısını təhlil etmək lazımdır, məlum olduğu kimi, radio stansiyada bütün müsahibələrin səs yazısı olur.

İndi məqalənin müəllifləri Eldar Əzimov və Fərrux Zakirovun da qalmaqallı məqalənin yazılmasında iştirakını inkar etməsi barədə məlumatlar daxil olur, lakin Özbəkistan KİV rəsmi təkzib barədə heç bir məlumat yayımlamayıb.

Axı niyə, VESTI.uz rəhbərliyi imzası olmayan, müvafiq icazə verən sənədlər olmadan və müəlliflərin həqiqiliyini təsdiq etmədən məqaləni dərc edib və Özbəkistanın dünyaca məşhur dövlət və ictimai xadimlərini çətin bir vəziyyətə salıb.

Bəlkə də "VESTI.uz" in rəhbərliyi sensasiyalı materiala görə, tanınmış adamların adından onların danışmadığı və yazılmasını istımədikləri şeyləri gətirən jurnalistin səmimiyyətinə güvənib. Vəziyyət belədirsə, bu yalnız jurnalist etikasının pozulması deyil, bayağı böhtandır və tezliklə məhkəmə prosesi başlayacaq.

(Ardı var...)

Şöhrət Salamov Barlas

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...