Ermənilər niyyətlərinə çatdı - F. Abbasov deportasiya edilir Vəkilindən özəl açıqlamalar

Analitika 10:37 20.05.2019

Ötən günlərdə Report informasiya agentliyi jurnalist Fuad Abbasovun Rusiyada saxlandığı və deport olunması üçün məhkəməyə çıxarıldığı haqda məlumat yayıb.

Eurasia Diary bu məlumata jurnalistin vəkili Elman Paşayevin münasibətini öyrənib. Öncə Report yayan məlumatı təqdim edək:

"Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir".

Rusiyada F. Abbasovun hüquqşünası Elman Paşayev Eurasia Dairy -ə deyib ki, guya Fuad Abbasovun saxlandığı anı əks etdirən foto jurnalistə məxsus deyil: "Dünən onu məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bir cinayət etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil. Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanlışdır".

63610965-10dd-42d8-8cd8-e234144740cf.jpg (67 KB)

Eyni zamanda E. Paşayev Fuad Abbasovun hüquq mühafizə orqanları tərəfindən hər hansısa zorakılığa məruz qalıb-qalmaması məsələsinə də aydınlıq gətirib. Vəkil qeyd edib ki, “mən Fuadla görüşəndə mənə bu barədə heç nə demədi. Vəziyyəti isə yaxşı idi”.

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və problem var, özü də ciddidir: "Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir".

“AzerRos” rəhbəri Mehriban Sadıxovanın və “AzerMos” rəhbəri Ağadadaş Kərimovun Fuad Abbasovun deportasiyasında rolu varmı sualına isə E. Paşayev belə cavab verib: “Mən bu barədə konkret bir şey deyə bilmərəm. Çünki, ən azı onların Fuadla bağlı hansısa ədliyyə orqanına konkret müraciəti olmayıb. Ancaq əsas şikayətlər qeyd etdiyim kimi ermənilərdən gəlib”.

E. Paşayev həmçinin bildirib ki, jurnalist hal-hazırda Moskva şəhəri Ximki vilayəti məhkəməsinin qərarı ilə miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Onun Bakıya deportasiyası gözlənilir. Vəkili bildirib ki, buna səbəb aprel ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FCB) F.Abbasovun yaşama haqqını ləğv etməsi qərarını çıxarmasıdır. İddialara görə, FCB-in bu qərarı erməni icmalarının və Azərbaycanın Moskvada fəaliyyət göstərən bəzi icmalarının şikayəti əsasında verilib. F.Abbasov may ayının 2-də Moskvanı tərk etməli idi. Lakin tərk etmədiyi üçün ona saxlanma qərarı verilib. 16 mayda F.Abbasov Moskvann Ximki Vilayət Məhkəməsini qərarı ilə saxlanılıb. Vəkil Elçin Paşayev deyir ki, jurnalistin Rusiyada yaşama hüququnun 17 apreldə məhkəmə qərarı ilə ləğv edilməsindən Fuad Abbasovun özünün xəbəri olmayıb.

Hazırda F.Abbasovun vəziyyəti yaxşıdır. Jurnalist miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Azərbaycan səfirliyinə bu barədə məlumat verilib və səfirlik bu prosesə qoşulub. Gələn həftənin ilk günlərində vəkil F.Abbasovun izolyatordan çıxarılıb, Azərbaycana qaytarılması barədə vəsatət verəcək. Müsahibimizin dediyinə görə, həm səfirliyin, həm də onun iştirakı ilə bu proses baş tutacaq. 

E.Paşayev hesab edir ki, F.Abbasov haqda verilən şikayətlər və Ximki vilayət məhkəməsinin qərarı qərəzlidir, düzgün deyil. Ona görə də o, bu qərardan məhkəmə qaydasında şikayət verəcək. Vəkil inanır ki, həmin qərar bir neçə ay sonra ləğv olunacaq. 
Vəkilin sözlərinə görə Abbasovun əlehinə yazılan şikayətlər daha çox ermənilərə qarşı təxribat və vətəndaşlar arasında qarşıdurma yaratmaqla bağlıdır.

Fuad Abbasovun Moskvada həbsindən sonra Rusiyada yaşayan azərbaycanlılar onun hüquqlarının müdafiəsinə dəstək verməsi üçün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət edib.

Fizuli Məmmədov ile ilgili görsel sonucu

Bu haqda açıqlama verən Fizuli Məmmədov bildirib ki, azərbaycanlı kimi jurnalistə mümkün dəstəyi verməyə hazırdır: ”Son iki gündə Rusiyanın bir çox vilayətlərində yaşayan soydaşlarımızdan müraciətlər alıram. Hər kəs Fuad Abbasovun ermənipərəst qüvvələrin Rusiya hüquq mühafizə orqanlarına müraciəti əsasında həbsindən rahatsızdır. Bu müraciətlərin çoxu sosial şəbəkələrdə də yayılıb. Biz Fuad Abbasobun vəkili Elman Paşayevlə əlaqə saxladıq. Durumu dəqiqləşdirdik. Hazırda Fuad Abbasov istintaq altındadır. Elman Paşayev hüquq müstəvisində bütün addımların atıldığını bildirdi. Biz də öz tərəfimizdən gərək olan dəstəyi əsirgəməyəcəyimizi ifadə etdik”.

Fizuli Məmmədov bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı Rusiyadakı bütün soydaşlarımızın problemlərinə həssas yanaşır və mümkün vasitələrlə dəstək verməyə hazırdır.

 

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Hamısı