Fuad Abbasovun həbsi Azərbaycanı ayağa qaldırdı - "Rusiyada, Türkiyədə, Azərbaycanda həmvətənlərimiz..." | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Fuad Abbasovun həbsi Azərbaycanı ayağa qaldırdı - "Rusiyada, Türkiyədə, Azərbaycanda həmvətənlərimiz..."

Analitik Mərkəz A- A A+

Rusiyada təcridxanada saxlanılan və mayın 28-də deportasiya olunacaq jurnalist Fuad Abbasovla bağlı durum Rusiyadan savayı Azərbaycanda da ciddi etiraza səbəb olub. Eurasia Diary xəbər verir ki, başda millət vəkilləri olmaqla cəmiyyətin tanınmış simaları bu olaya öz etirazlarını bildiriblər.

Tanınmış jurnalist Fuad Abbasovun Moskvada həbsindən sonra Rusiyada yaşayan azərbaycanlılar onun hüquqlarının müdafiəsinə dəstək verməsi üçün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət edib.

“Dəstəyimizi əsirgəməyəcəyik”

Картинки по запросу Fizuli Məmmədov

Bu haqda Musavat.com-a açıqlama verən Fizuli Məmmədov bildirib ki, azərbaycanlı kimi jurnalistə mümkün dəstəyi verməyə hazırdır: ”Son iki gündə Rusiyanın bir çox vilayətlərində yaşayan soydaşlarımızdan müraciətlər alıram. Hər kəs Fuad Abbasovun ermənipərəst qüvvələrin Rusiya hüquq mühafizə orqanlarına müraciəti əsasında həbsindən rahatsızdır. Bu müraciətlərin çoxu sosial şəbəkələrdə də yayılıb. Biz Fuad Abbasobun vəkili Elman Paşayevlə əlaqə saxladıq. Durumu dəqiqləşdirdik. Hazırda Fuad Abbasov istintaq altındadır. Elman Paşayev hüquq müstəvisində bütün addımların atıldığını bildirdi. Biz də öz tərəfimizdən gərək olan dəstəyi əsirgəməyəcəyimizi ifadə etdik”.

 

“Rusiya xarici işlər nazirliyinə nota verməlidir”

Картинки по запросу fazil mustafa

Millət vəkili Fazil Mustafa bu skandal həbslə bağlı qeyd edib ki, F.Abbasov hamının xoşuna gəlməyə bilər, ancaq ən pis şey unutqanlıqdır: “Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, azərbaycanlı-çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi. Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporumuz mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən, Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır. Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir. Azərbaycan xarici işlər nazirliyi konkret bu fakta görə Rusiya xarici işlər nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər. Ona görə də indilik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır. Bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır”.

 

“Fuad Abbasovu məndən çox tənqid edən olmayıb, lakin...”

Картинки по запросу Toğrul Allahverdili

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili də F.Abbasovla bağlı baş verənləri pisləyib: “Fuad Abbasovu məndən çox tənqid edən olmayıb. Lakin onun bu şəkildə bir cinayətkar kimi həbs olunması qəti şəkildə yolverilməzdir. Fuadın bir çox səhfləri olub ancaq bunlara rəğmən o müstəqil Azərbaycanın vətəndaşıdır. Kimsə bizim ölkəmizin vətəndaşı ilə alçaldıcı şəkildə rəftar edə bilməz. Zənnimcə məsələyə dövlətimiz qarışmalı, Fuadın bütün hüquqları dövlət yetkililərimiz tərəfindən qorunmalı, lazım gələrsə məsələyə ombudusman belə qarışmalıdır. Azərbaycan mətbuatı isə bu sifarişi verənlərin ifşa etməli, xüsusən bu məsələnin üçüncü qüvvələr tərəfindən Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdinə diqqətli olmalıdılar. Sizi əmin edirəm ki, bu işin arxasından Ağadadaş Kərimov, Mehriban Sadıqova və onların himayədarı olan erməni lobbisi çıxacaq. Bir daha qeyd edirəm ki, Fuadı məndən çox tənqid edən olmayıb. Lakin Fuad bütün səhvlərinə rəğmən, mənim millətimin bir fərdidir və imkan verməyək ki, kimsə bizim millətimizin nümayəndəsi ilə belə rəftar etsin. Nədənsə bu şou mənə Orxan Zeynalovun həbsini xatırladır”.

 

"Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi narahat etməkdədir" 

Картинки по запросу əflatun amaşov

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da Fuad Abbasovun həbsinə laqeyd qalmayıb. MŞ sədri F.Abbasovun tanınmış jurnalist olduğunu və mövqeyində hər zaman ardıcıllığı ilə fərqləndiyini deyib: "Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir".

Ə.Amaşov bildirib ki, F.Abbasovun vəkili Elman Paşayevlə əlaqə saxlayırlar: "Vəkilin bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaqdır".

 

“Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”

Картинки по запросу Mübariz Mənsimov

 

Azərbaycanlı messenat Mübariz Mənsimov da Fuad Abbasovun həbsinə münasibət bildirib. O, qeyd edib ki,

Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?!

Diaspora deyirlər: hanı o Diaspora? Niyə Azerbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?


Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!

Qeyd edək ki, Fuad Abbasovun həbsi ilə bağlı Azərbaycanın Ruisyadakı səfirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hərəkətə keçib. Səfir Polad Bülbüloğlunun tapşırığı ilə konsulluq əməkdaşları dünən F. Abbasovla görüşüb.

 

Nicat İsmayılov

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...