ABŞ-İran gərginliyinə Türkiyənin yanaşması | Eurasia Diary - ednews.net

17 Noyabr,


ABŞ-İran gərginliyinə Türkiyənin yanaşması

Analitik Mərkəz A- A A+

Son zamanlar ABŞ-İran gərginliyi artır, hətta müharibə ehtimalı gündəmdədir. Fikirimcə, müharibə olmayacaq. Olsa da, havadan zərbələr ola bilər.

Türkiyə İran məsələsinə necə baxır?

Türkiyə cəmiyyəti İran dövləti haqqında demək olar ki, heç nə bilmir, bildiyi sadəcə onun şiə dövləti olmasıdır. Türkiyə dövlətinin İranla münasibətləri Atatürk zamanında yaxşı olub. Hətta İran şahı Türkiyəyə ziyarət edib. İslam inqilabından sonra Türkiyə münasibətləri nə yaxşı, nə pis olub. İran dövləti islam inqilabına qarşı Türkiyəyə sığınanları Türkiyədə təqib edib, bir çoxunun öldürülməsini təşkil edib. Son zamanlar Suriya məsələsinə görə isti münasibətlər yaranıb.

Bəs alimləri və siyasətçiləri nə bilir

Siyasi alimləri deyirlər ki, İranla müharibə etməyək. Deyirlər ABŞ bizim İranla müharibə etməyimizi istəyirlər. Biz İranla sonuncu dəfə 1639-cu ildəki Qəsri-Şirin sülh müqaviləsindən bu yana müharibə etmirik. Bunu da səhv deyirlər. İran dedikləri Azərbaycan dövləti olan Səfəvilər idi. Türkiyədə Azərbaycan dövləti və tarixi haqqında yazılanlar demək olar ki, hamısı səhvdir. Türkiyə dövləti son zamanlar İranı öyrənmək üçün Ankarada İran Araşdırnalar Mərkəzi (İRAM) yaratdı.

Sol siyasi partiyalar və sol düşüncəli siyasi şərhçilər Türkiyənin İrana qarşı olan təhdidlərin yanında olmasını istəmirlər. Türkiyədəki sol partiyaların yarısı Çin tərəfdarı - Maoçular, yarısı Rusiyanın yanında bunlara Duqinçilər, yarısı da Avropa tərəfində çıxış edən liberal solçular. Bir də kommunistlər - Leninçi və Marksçı olanlar var. Yaşıl kommunistlər də var ki, bunlara dindar solçular deyirlər. Solçular deyir, ABŞ İranı bölmək istəyir. Hətta orda yaşayan Cənubi Azərbaycanlı soydaşlarımıza qarşı mənfi fikirlər səsləndirirlər. ABŞ-la birləşiblər, İranı bölürlər. Halbuki, bu fikirləri deyənlər İranda hər kəsin öz dilində danışmaq, təhsil almaq hüququ var. İran dövləti bunu Ermənilərə tətbiq edir, amma Azərbaycan türklərinə etmir. Bunu Türkiyə cəmiyyəti bilmir və bilmək də istəmir.

Bəs sağ partiyalar necə düşünür?

Sağ yönümlü, əsas da İslamçılar İranı ancaq şiə olaraq təhlükə kimi görür. Sağ partiyalar İran məsələsinə fərqli baxırlar. Ya Avropa, ya da ABŞ mövqeyində çıxış edirlər. Sağ yönümlü partiyaların içində MHP-nin mövqeyi həmişə fərqli və maraqlı və keçərli olur. Bundan başqa, dövlət nə deyirsə dəstək verirlər.

Bəs Türkiyə hökuməti nə deyir?

Türkiyə ABŞ-ın İrana olan sanksiyalarının heç birini dəstəkləmədi və qarşı çıxdı. Amma zaman-zaman Ərdoğan İrana qarşı sərt fikirlər bildirib. Məncə bu fikirlər manevr etmək üçündür. Bügün Rusiya-Türkiyə-İran üçbucağı var. Bu uç dövlət Yaxın Şərqdə birlikdə hərəkət edirlər. Əsas da Suriya məsələsində. Çünkü Türkiyə başdan Yaxın Şərqdə yanlış siyasət apardı və nəticəsi ağır oldu. Sonda Rusiya İrana möhtac qaldı. Bundan başqa, bu üçbucaq Qafqazda ABŞ-a qarşı birlikdə hərəkət edirlər. Türkiyə İrandan qaz alır. Türkiyədən İrana tekstil malları satılır, bundan başqa turist gəlir. Türkiyənin İran qazına çox ehtiyacı var. Həmçinin İranın Yaxın şərqdə Türkiyəyə bəzi məsələrdə ehtiyacı var. Hər iki dövləti Ərəblər dövlətləri istəmir. Türkiyənin seçim qarşısında qalması çətin məsələdir. Türkiyə ABŞ-la barışmaq və məsələləri həll etmək istəyir amma ABŞ istəmir. Deyir Rusiya, İrandan ayrıl, gəl söhbət edək. ABŞ İranı vursa Türkiyəyə qarşı çıxmaq gücü olmayacaq amma yanında bir zaman olmayacaq. Bundan öncə qarşı çıxdı sonda ABŞ dediyini elədi. Hər şeyi zaman göstərəcək. Türkiyə ABŞ istədiyi maliyyə yardımını ala bilərsə İranla bağlı fikirlərini dəyişə bilər. Hal-hazırda Türkiyə İrana qarşı olan sanksiayalardan əziyyət çəkir. Amna həmlələr edir, az zərər görsün. Məncə düz edir. İran çalışır ki, Türkiyə ona qarşı olmasın. Baxmayaraq ki, Ermənistanla gözəl münasibətləri var. Bu munasibətlər Azərbaycana qarşıdır. Başqa tərəfdən baxanda Cənubi Azərbaycanlıların Türkiyəyə meyl etməsi İrana sərf edir, nəinki ABŞ-a. Çünkü Türkiyənin Cənubi Azərbaycan məsələsində mövqeyini yaxşı bilir. Fikirimcə, bu üçbucaqda əsas söz sahibi Rusiyadır. Hələ ki, ABŞ İranı vurmur. Vursa da Türkiyə nə qərar verəcək, onu zaman göstərəcək. Şəxsi düşüncəmə görə, ABŞ İranı vursa, əsgər göndərsə, burdan Şimali və Cənubi Azərbaycana ziyan dəyəcək. Əsas da Cənubi Azərbaycanlı soydaşlarımıza fəlakət gətirəcək. Azərbaycan dövlətini qorumalıyıq. Azərbaycan dövləti İran məsələsində yüz ölçüb bir addım atmalıdir. Həm şimaldakı Azərbaycanlılara həm də Cənubi Azərbaycanlılara ziyan dəyməsin. Heç bir dövlət İranın bölünməsini istəmir. Nə də Cənubi Azərbaycan dövlətini və ya Bütöv Azərbaycanın olmasını heç kim istəmir. Olsa da birinci ona qarşı müsəlman dövlətləri qarşı çıxacaq. ABŞ prezdenti Cimi Karterin dövründə İranla bağlı xəritə var. Orda İranda yaşayan millətlərin dövləti var, təkcə Azərbaycanlıların dövləti yoxdur. Türkiyə manevrlər edəcək öz dövlətini qoruyacaq. Olan bizə olacaq. Dövlətimizi və soydaşlarımızı qorumalıyıq. Düşünürəm ABŞ-İran müharibəsi olmayacaq. Sadəcə söz atışmaları olacaq hələ ki. İranda ancaq içəridən dəyişiklik etmək olar.

Teymur Qasımlı

İstanbul Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə doktorantı

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...