Bu Afrika ölkəsində yeni diktatura qurulur - "35 nəfər həlak oldu..." | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Bu Afrika ölkəsində yeni diktatura qurulur - "35 nəfər həlak oldu..."

Analitik Mərkəz A- A A+

Eurasia Diary xəbər verir ki, Sudanın paytaxtı Xartumda dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirmiş Sudan milli ordusuna qarşı həyata keçirilən aksiyalara ordu müdaxilə edib. Müdaxilə nəticəsində 35 nəfər dinc sakin həlak olub.

 

Sudanda dinc vətəndaşlara qarşı atəş açılmasını BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar sərt şəkildə qınayıb. Türkiyə Xariciİşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarına küçələrə çıxmamaq haqqında müraciət yayımlayıb. Dünyaca məşhur "Əl-Cəzirə" kanalının Xartumdakı ofisi ixtişaşlar nəticəsində müvəqqəti olaraq bağlanıb.

 

Qeyd edək ki, bu ilin aprel ayınının əvvəllərindən ölkədə 30 ildir hakimiyyət sürmüş Ömər əl Bəşirə qarşı  genişlənən etirazlar və muxalifət hərəkatı ordunun siyasətə müdaxilə etməsinə gətirib çıxardı və nəticədə 11 apreldə Müdafiə Naziri Avad ibn Auf rəhəbərliyi ilə silahlı qüvvələr dövlət çevrilişi həyata keçirdi, Ömər əl Bəşir həbs edildi.

 

Ancaq bu Sudandakı etirazlara son qoymadı, əksinə xalq etirazları daha da şiddətləndi. Sudandakı çevriliş əslində xalqın arzusu idi. Aylardır ölkənin müxtəlif yerlərinə aksiyalar keçirən müxaliflət qüvvələri daha çox Müdafiə Naziriyliyi qarşısında çevriliş arzusunu şüarlar şəklində dilə gətirirdi. Xalq ordunu vəzifəyə çağırırdı. Ordu höküməti devirmədən əvvəl xalqın əsas niyyəti Bəşirin devrilməsi idi. Çevrilişdən əvvəl xalq nə olursa olsun, “Bəşir devrilsin” deyirdisə, çevrilişdən sonra Avad ibn Aufun rəhbərliyə gəlməsi xalqı daha da hiddətləndirdi. Artıq vətəndaşlar Bəşirin devrilməsiylə kifayətlənmədi, “ikincisi də getsin” deməyə başladılar.

Sudanlılar Askeri Geçiş Konseyi Başkanı Avf'ın görevi bırakmasını kutluyor

Çevrilişdən sonra bütün bu yaşananlar ordu içərisində böyük çaşqınlıq yaratdı. Ordunun siyasi proseslərə müdaxiləsinin əsas səbəbi məhz hadisələrin daha da şiddətlənməsi və vətəndaş qarşıdurmasının yaşanmasının qarşısını almaq idi. Ancaq indi xalqın etiraz oxları ordunun və çevrilişin lideri Aufa çevrilmişdi. Bu vəziyyət ordudakı digər generalları, başda sabiq prezident əl Bəşirin üzünə hakimiyyətinin devrildiyi barədə müraciəti oxuyan Əbülfəttah əl Bürhan olmaqla narahat etdi. Hərbi kollegiya üzvləri Aufun istefasını tələb etdilər. Aufun müqavimətinin mənası qalmamışdı. İllərlə rəhbərlik etdiyi ordu indi onun istefasını tələb edirdi. Nəticədə Auf heç çevrilişdən 24 saat keçməmiş açıqlama verərək istefa verdi. Beləliklə, Sudanda II çevriliş baş tutdu. İlk çevriliş ordunun sistemli bir şəkildə Bəşiri devirməsi, II çevriliş isə hərbi şuranı təsis edən generalların vətəndaş narazılığını nəzərə alaraq Aufu istefaya məcbur etməsiylə nəticələndi.

Sudanda çevriliş edən Auf da istefa verdi

Aufun devrilməsindən sonra hakimiyyəti ələ alan Əbülfəttah əl Bürhana qarşı da etirazlar davam edir. Lakin Bürhan hakimiyyəti itirməmək üçün bütün yollara əl atır. Sonuncu dəfə o, orduya etiraz aksiyalarını dağıtmaq əmri vermiş və ordu ilə etirazçılar arasında qarşıdurma yaşanmışdı. Nəticədə 35 nəfər dinc sakin həlak olmuşdu...

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...