Zəhra hadisəsi cəmiyyəti silkələdi Uşaq oğruları ilə necə mübarizə aparmalı?

Analitika 11:00 07.06.2019

Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı?

Son bir ildə paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Lakin statistika göstərir ki, bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir.

Cəmiyyəti silkələyən olay isə üç yaşlı zəhranın qaçırılması oldu.

Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu, kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir.

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar var, heç vaxt tapılmayanlar var...

Bəs valideynlər nə etməlidirlər? İctimai yerlərdə uşaqlara qarşı diqqətsiz yanaşan valideynlər barəsində hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, son 10 ildə ölkədə uşaq oğurluğu faktına rast gəlinməsə də, hazırda belə hadisələr baş alıb gedir:

“Uşaqların kimlər tərəfindənsə, xüsusilə də qaraçılar tərəfindən qaçırılması halları çoxalıb. Mən hər dəfə deyirəm ki, bu roman tayfaları (qaraçıları nəzərdə tutur – red.) ilə mübarizə aparılmalıdır. Onların birlikləri tapılmalı və qarşısı alınmalıdır.

Valideynlər daim uşaqlarını diqqətdə saxlamalıdırlar. Ən çox da xüsusi qayğıya ehtiyac duyan uşaqları. Bir müddət əvvəl bir qadın televiziya verilişlərindən birinə çıxmışdı. Uşağı oğurlanmışdı. Eyni situasiya idi. Həmin uşaq olduqca zəif, bir qədər əqli cəhətdən problemli idi. Onu hədə-qorxu altında saxlamışdılar.

Üç yaşlı Zəhranın oğurlanması həmin hadisəni xatırlatdı. Zəhra rahat danışa bilmir. O həmin an və ya başqa təhlükə ilə qarşı-qarşıya qalsa, kömək istəyə bilməzdi.

Ailələr belə laqeyd yanaşmalar səbəbindən uşaqlarını həmişəlik itirə bilər. Zəhra tapıldı və ailəsinə təhvil verildi. Bəs tapılmasaydı?! Uşağın başına bir hadisə gəlsəydi?! Bir ömür peşmanlıq”.

K.Ağazadənin sözlərinə görə, problem valideynlərin uşaqlara qarşı tərbiyəvi deyil, hədə-qorxu ilə yanaşmasından irəli gəlir:

“Valideyn uşağını qorxudur, “ora getmə”, “bununla danışma”, “səni döyərəm” kimi ifadələr işlədir. Belə təzyiqlər olmamalıdır. Onları sakit dildə başa salmaq lazımdır ki, yad insanlarla danışmaq olmaz. Tanımadığın insanlar sənə nəsə təklif etsə, götürmə, yemə, dərhal anaya-ataya deyilməlidir.

İndi bəzi valideynlər deyəcək ki, iş-güc ucbatından daim uşağa nəzarət edə bilmirik. Amma bu, həmin diqqətsizlik ucbatından yaşanan hadisəyə bəraət qazandıra bilməz. Körpələr bəzən böyüklərin kiçik bir səhvlərinin cəzasını ömür boyu çəkirlər. Belə olmaz”.

K.Ağazadə vurğulayıb ki, xüsusi qayğıya ehtiyac olan uşaqlar ümumiyyətlə nəzarətsiz qalmamalıdır:

“Valideyn məsuliyyətinin artırılması üçün işlər aparılmalıdır. Ehtiyatsızlıq səbəbindən onlarla uşaq bu gün yanıq şöbələrində yatır.

Valideyn diqqəti tək anaların çiyninə yüklənməməlidir. Burada atanın, nənənin, babanın ailənin digər üzvlərinin də məsuliyyəti var. Bu halların qarşısını almaq üçün valideynlərə də cəza verilməli deyil ki?! Övladlarına qarşı qeyri-şərtsiz diqqətli olmalıdırlar”. 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı