Qarabağ adlı dərdimiz varmı? Kimisi Şuşada kef çəkir, kimisi “mercedes” sürmek istəyir...

Analitika 12:09 01.07.2019

Qarabağ ən böyük yaramız, ən ağır dərdimizdir. Bu ifadələri yəqin ki, çox görmüş, çox eşitmişik. Lakin bu pafoslu ifadələr nə qədər realdır?

Bu məsələ daim müzakirə mövzusu olub. Ancaq son günlərdə yaşanan hadisələr bizə bir daha göstərdi ki, bizim xalq olaraq Qarabağ dərdimiz yoxdur. Bu dərd 3-5 milli fəalın, gözüyaşlı qarabağlının, bir neçə siyasətçinin və bəzi keçmiş döyüşçülərin dərdidir. “Axı kimə lazımdı Qarabağ?!” deyən soydaşlarımızın sayı məgər azdırmı?

Bəli, dəyərli oxucular və vətəndaşlar, etinadsızıq. Qarabağ üzərindən oynanan oyunlara, hərgün bizdən biraz daha uzaqlaşan Şuşa qalasına, illərdir azansız qalan Ağdam məscidinə, atalarımızın mirasına, vətənimizə qarşı etinadsızıq.

Son bir neçə gündə baş verənlər bizə bunu deməyə əsas verir. Bu hadisələr nəzər salaq:

İlk şoku AŞPA-da yaşadıq. Nümayəndə heyətimiz yekdilliliklə Rusiyanın yenidən AŞPA-ya qatılması lehinə səs verdi. Əcəba, Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və öz ərazi bütövlüyü də Rusiyanın hərbi bazalarının olduğu Ermənistan tərəfindən işğal edilən Azərbaycan nümayəndə heyəti nə üçün Rusiyanın lehinə səs verib?! Qarabağın işğalında rus barmağı axtaranlar niyə bu məsələdə səssiz qaldı?! Qeyd edək ki, Ermənistan belə sözügedən iclasda Rusiyanın lejinə səs vermədi. (nümayəndə heyətinin bir qismi lehinə, bir qismi əlehinə səs verib) Bəzi “politoloq”larımız bunu “yazılmış ssenari” olaraq dəyərləndirsə də, fakt faktlığında qalır ki, o toplantıda Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü biz yox, ermənilər qorudular. AŞPA-da Rusiya lehinə səs verilməsi, işğala göz yummaq deyilsə bəs nədir?

AŞPA ile ilgili görsel sonucu

 Politoloq Elxan Şahinoğlu da bu məsələyə toxunaraq qeyd edir ki, “Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Krımın ilhaqına rəğmən, bir nəfər kimi Rusiyanın bu quruma qayıtmasına səs verərkən, Rusiyanın Ermənistandakı səfiri Qarabağı Ermənistana birləşdirməyi hədəfləyən qrupun nümayəndələriylə görüşürdü. Bu günlərdə Rusiyanın dövlət kanalında isə Gürcüstanın Acarıstan bölgəsinin faktiki Türkiyə tərəfdən işğalına dair geniş təxribatçı reportaj yayınlandı. Halbuki, sözdə Rusiya hakimiyyəti Türkiyə ilə strateji münasibətlərdən dəm vurur. Cənablar və Sayınlar yaxşılıq etmək istədiyiniz dövlət bu yaxşılığın əvəzini Sizə və Bizə pisliklə cavab verir”.

Qarşılaşdığımız şoklar bununla da bitmədi, iki gün qabaq “youtube”də yaylılan bir video bizi sarsıtmaya bilməzdi. Belə ki, videoda bir qrup azərbaycan dilində danışan şəxs çox rahat şəkildə Şuşaya, İsa bulağına istirahətə gedir, dincəlir, kef çəkir və bunu videoya çəkib internetə yerləşdirir. Qeyd edim ki, bu video yayılanda düşündük ki, bu şəxslər çox guman Güney azərbaycanlılardır və İrandan əraziyə səfər ediblər. Lakin videodakı danışıqları dinlədiyimizdə güneyli ləhcə qətiyyən hiss edilmirdi. Məsələni araşdırdıq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva mövzuyla bağlı bizə açıqlama verdi.

 

Leyla xanım qeyd etdi ki, “Bilirsiniz ki, hazırda texnologiya əsrində yaşayırıq. Bu cür videolar yayıldığı zaman onların orjinallığının ekspertlər tərəfindən yoxlanılması zəruridir. Ona görə də əvvəlcə videonun analizinə ehtiyac var. Daha sonra isə biz araşdıracayıq ki, bu şəxslər həqiqətən azərbaycanlıdır, yoxsa sadəcə azərbaycan dilini yaxşı bilən turistlərdir. Ekspertlər onların ləhcələrindən tutmuş geyimlərinə qədər analiz edəcək. Eyni zamanda öyrənəcəyik ki, bu şəxslər hansı ölkədən əraziyə səfər ediblər. Bütün bu tətqiqatlar bitdiyi zaman nazirlik məsələylə bağlı rəsmi mövqeyini açıqlayacaq”.

Hansı ölkədənin vətəndaşı olmasından asılı olmayaraq Beynəlxalq aləm tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərə, ölkəmizə daxil olmaq istəyən hər bir kəs bununla bağlı Azərbaycan Respublikasına rəsmi müraciət etməlidir. Azərbaycanın razılığı olmadan ölkəmizə daxil olan xarici vətəndaşlar sonradan ölkəmizə girişi qadağan olunan arzuolunmaz şəxslər siyahısına daxil edilirlər. Bunun üçünsə ilk əvvəl bu şəxslərin dəqiq kimliyi müəyyən edilməlidir.

Təəssüflər olsun ki, bu şəxslər hətta azərbaycanlı olmasalar belə ölkəmizin işğal altında qalan torpaqlarına qanunsuz səfər edə biliblər. Yəni, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, hər dəfə müxtəlif ölkələrdən olan nümayəndələrin, turistlərin Qarabağa səfər etdiyi xəbərləri ilə qarşılaşırıq. Bu birdaha onu göstərir ki, sözügedən məsələdə sadəcə Qarabağa qanunsuz səfər edənlərin arzuolunmaz şəxslər siyahısına salınması kifayət etmir. Daha ciddi və konret tədbirlər görülməsi lazımdır.

Üçüncü şok isə ölkə daxilindən gəldi. Qarabağın siyasi taleyinin təhlükə altında olduğu, minlərlə azərbaycanlının hələ də yurdsuz-yuvasız, ağır vəziyyətdə yaşamağa davam etdiyi bir dönəmdə, Qarabağ uğrunda həyatını riskə atan və qazi olan həmvətənlərimizin sosial problemlərlə uğraşdığı bir dövrdə Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması üçün tender elan edib. Lüks "Mercedes"-in alınması üçün tender elanı Nazirlər Kabinetinin orqanı olan "Respublika" qəzetində dərc edilib.  İşğal altında olan və əhalisi məcburi köçkün qismində ölkənin müxtəlif rayonlarına səpələnən  Kəlbəcərin İcra Hakimiyyətinin lüks avtomobil almaq planı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Bəli, nə az, nə çox tam 221 min manat. Bədənində ermənilərlə müharibədən yadigar qalan bir neçə qəlöə və güllə yarası olan, ermənilərin bir dönəm kabusuna çevrilmiş Bozqurd Etibar (Etibar Əmiraslanov) bu yaşında ailəsini dolandırmaq üçün avtobus sürücüsü işlədiyi bir zamanda işğal altında olan bir rayonun rəhbəri 221 min manatlıq “mercedes” sürmək istəyir. Bəli, burda deyirlər, qoyun can dərdində qəssab ət axtarır. Nə etmək olar və nə demək olar?

etibar əmiraslanov ile ilgili görsel sonucu

Sözün həqiqi mənasında aciz qalmışıq. Ancaq bir qrup ermənini əlində yox, həm də sapı özümüzdən olan və illərdir məhv edə bilmədiyimiz baltaların əlində. Bəli, bu gün Qarabağımız yoxdur və bəlkə də Qarabağın işğalında dinc əhalinin, vətəndaşların cidi səhvi, günahı da yoxdur. Axı, onlar heç bir konkret hərbi təlim görmədən necə torpaq qoruya bilərdilər? Lakin bu bir faktdır ki, Qarabağın işğaldan azad edilməsinin bu qədər gecikməsində bütün Azərbaycan xalqının günahı böyükdür. Çünki 30 ilə yaxındır ki, bizim dərdimiz Qarabağ deyil, öz cibimiz, öz qarnımız, öz kefimizdir. Və dərdimiz Qarabağ olmadan Qarabağ Azərbaycanın olmayacaq…

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Hamısı