"Qarabağ səmasını Azərbaycanın üzünə bağlamaq üçün" İran Ermənistanla birgə hərbi qurğular istehsal edir

Analitika 13:16 02.07.2019

2019-cu ilin, iyunun 25-də Rusiyada, paytaxt Moskvanın yaxınlığında yerləşən Kubinka oblastında “ARMY 2019” hərbi-texniki forumu keçirilib. Forumda əsasən KTMT üzvü olan dövlətlər yeni istehsal edilmiş hərbi sursat və məhsularını nümayiş etidirib. Qeyd edək ki, forumda müşahidəçi-qonaq qismində Azərbaycan da iştirak edib.

army 2019 kubinka ile ilgili görsel sonucu

Forumda sərgilənən silahlar arasında Ermənistan istehsalı olan hərbi sursatlar diqqəti cəlb edib. Belə ki, Ermənistan PUA (pilotsuz uçan aparat), uçan mərmi, gecə görüş sistemləri kimi texniki silahlarından savayı hərbi-elektron lokasiya qurğusu olan– “NAİM-802” xüsusən də biz, azərbaycanlıların diqqətini cəlb etməyə bilməzdi.

 

Ermənistanla İranın birgə istehsalı olan “NAİM-802” 

Çünki Ermənistan Müdafiə Sənayesi Nazirliyi ilk dəfə idi ki, belə bir qurğu istehsal edirdi. Araşdırdıq və öyrəndik ki, “NAİM-802” sən demə Ermənistan və İranın birgə istehsal etdiyi radio-lokasiya qurğusudur. Bu qurğu radar sistemi rolunu oynayır. Quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri dəqiq nişanlayır.

Əldə etdiyimiz məlumatlara görə bu qurğunun vasitələri İrəvan Elmi Araşdırmalar İnsitutunda konstruksiya olunub. “NAİM-802” 24 saat ekipajsız fəaliyyət göstərə bilir. Ermənistan rəsmilərinin verdiyi açıqlamalara əsasən qeyd edə bilərik ki, Ermənistanın sözügedən radar sistemlərinə yiyələnməsindəki əsas məqsəd Qarabağ və Ermənistan səmasını Azərbaycan hərbi-aviasiyasının üzərinə tam bağlamaqdır.

 

İran-Ermənistan hərbi əməkdaşlığı

Bu tipli radar sisteminin Ermənistanın əlinə keçməsində, qonşu dövlət olan İran İslam Respublikasının böyük rolu və əməyi var. İranla Ermənistan arasında siyasi və iqtisadi əməkdaşlıq Ermənistanın müstəqilliyi dövründən bu yana artan templə inkişaf edir. Lakin iki dövlət arasında hərbi əməkdaşlığın tarixi yenidir.

iran ermənistan ile ilgili görsel sonucu

2016-cı ildə Aprel məğlubiyyətindən sonra Ermənistan rəhbərliyi müdafiə sahəsində əsas problemi havadan müdafiə sistemlərinin çatışmaması gördü və bu geriliyin aradan qaldırılması üçün ilk müraciət etdiyi dövlət də, “qardaş” İran oldu.

 Belə ki, o dövrdə Ermənistan müdafiə nazirinin birinci müavini olmuş David Tonoyan 2016-cı ilin 24-25 may tarixlərində İranda rəsmi səfərdə olub. İranlı həmkarı Firuz Masix Purla görüşən Tonoyan hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi məsələsinə toxunub. Hətta tərəflər Tehranda yerləşən Malik Əjdər Texniki İnsitutuna da baş çəkiblər. Və burada Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bir ay sonra müdafiə nazirləri səviyyəsində keçirilən toplantıda isə birgə memarandum imzalanıb. Qeyd edək ki, sözügedən memarandumun şərtləri və prinsipləri o dönəm gizli saxlanılırdı. Belə hesab etmək olar ki, sözügedən görüşlərdə yuxarıda qeyd etdiyimiz “NAİM-802”-nin birgə istehsalının təməlləri atılıb.

david tonoyan tahran ile ilgili görsel sonucu

Belə bir radar sisteminin Azərbaycanla dost və əməkdaş dövlət olan İranın yardımları ilə Ermənistanın əlinə keçməsi sözün həqiqi mənasında Azərbaycan-İran münasibətlərinin yenidən düşünüb, təhlil edilməsini şərtləndirir. Çünki aprel zəfərindən sonra Azərbaycan ordusunun əsas hücum planı hava hücumuna istiqamətlənmişdi (ermənilərin hava hücumundan müdafiədə problemləri var idi). Sözügedən radar sistemi də Ermənistanın bu hücum planına reaksiya verməsi üçün şərait yaradacaq. Yəni, mahiyyət üzrə İranın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycanın torpaqlarını azad etmək və ya özünü müdafiə  etmək üçün həyata keçirəcəyi hava hücumlarını əngəlləməyi hədəfləyir. O zaman haqlı olaraq belə bir sual verə bilərik:

 

İran Azərbaycanın əlehinə niyə Ermənistanla hərbi əməkdaşlıq qurur?

aliyev ruhani ile ilgili görsel sonucu

Sözügedən suala İran tərəfindən bir çox cavablar verilə bilər. İlk bəhanələrdən biri də Azərbaycan və İsrail arasında olan hərbi əməkdaşlıq olacaqdır. Lakin Azərbaycan İsrailə radar və ya hava hücumundan müdafiə sistemləri satmır. İsrail Azərbaycandan aldığı sistemlərlə nə İran əsgəri öldürür, nə də onun hücumlarını əngəlləyir. Lakin İranın Ermənistanla birgə istehsal etdiyi radar sisteminin aşkarlayacağı hədəflər bizlərik, azərbaycanlılar, azərbaycanlı pilotlar...

Bunlar qalsın bir yana, İran Bakı-Tiblisi-Qarsa qoşulmaq, Azərbaycanla iqtisadi əlaqələri daha da möhkəmlətmək və ən əsası ABŞ təhdidlərinə qarşı Azərbaycandan dəstək almaq istəyir, ancaq bunları istəyən İran Azərbaycanı dəstəkləmək bir yana dursun, birbaşa onun əlehinə siyasət yürüdür. Təsadüfi deyil ki, Azərbaycanın 1991-ci ildən bu yana ən çok siyasi konflikt yaşadığı ölkə İrandır. Lakin İlham Əliyevin əməkdaşlıq jestləri əsasında qurulan İran diplomatiyası sayəsində iki dövlət arasında olan gərginlik nisbətən azalmış və iqtisadi əlaqələr genişləndirilmişdi. Bununla birlikdə İlham Əliyevin bütün pozitiv jestlərinə rəğmən İran hələ də “əba altından zopa göstərməyə” çalışır. Azərbaycanın əməkdaşlıq çağırışlarına və layihələrinə İran, anti-Azərbaycan kompaniyalarını dəstəkləməklə cavab verir. 2001 krizisində Azərbaycan tankerinə atəş açan hərbiçiləri, Nardaran hadisələrində Azərbaycana qeyri-rəsmi notalar verən mollaları, Xəzər dənizində haqq iddia edən diplomatları, Xəzərə “Mazandaran gölü” deyən İran tarixçilərini hələ unutmamışıq.

İran bu gün Azərbaycan dostluğuna möhtac durumdadır. Bəsra körfəzindəki bütün dövlətlər, Avropa İttifaqı ölkələri hətta müttəfiqi Rusiya belə İranı ABŞ-a qarşı müdafiə etmədi. Hər keçən gün İranın əlehinə işləyir və embarqolar, sanksiyalar kölgəsində İran iqtisadiyyatı daha da geriləyir. Belə bir durumda İranın iqtsiadi cəhətdən əsas nəfəs koridoru Cənubi Qafqaz, Azərbaycandır. Belə hesab etmək olar ki, bu situasiyadan istifadə etmək və İranı ən azından Qarabağ konfliktində neytralalaşdırmaq zərurətə çevrilib. Və bu zərurəti reallaşdırmaq yumşaq deyil, sərt diplomatiya əsasında mümkündür.

 

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
20:40 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
Hamısı