Orta Şərqin oyunqurucusu ABŞ Türklərlə ərəbləri üz-üzə qoydu

Analitika 14:29 04.07.2019

Liviyanın keçmiş lideri Müəmmər Qəddafi devrildikdən sonra ölkədə sabitlik təmin edilə bilinməmiş və 2014-cü ildə keçirilən seçkilərdən sonra ölkədə iki hakimiyyət formalaşmışdı: Misir sərhəddinə yaxın Tobrus mərkəzli Nümayəndələr Məclisi (Xəlifə Həftar hökuməti) və Tripoli mərkəzli Milli Konvensiya Höküməti (Fayiz əs-Sərrac hökuməti)

el sarac haftar ile ilgili görsel sonucu

 

Türkiyənin Liviya planı uğursuz oldu

Qəddafi devrildikdən sonra Türkiyənin Liviya siyasəti də başdan-başa dəyişdi. Türkiyə üçün “müttəfiq Liviya” hər zaman çox önəmli bir geosiyasi kart olub. Çünki bu Türkiyənin Aralıq dənizində möhkəmlənməsi və ucuz enerji mənbələrinə yiyələnməsi üçün çox vacib bir detaldır. Ona görə də Türkiyə Qəddafi devrildikdən sonra Liviyada özünə yaxın bir lideri və ya qrupu hakimiyyətə gətirməyə çalışırdı. Liviyada 2017-ci ildə təmin edilən atəşkəs və nisbi sakitlik dövrü Türkiyənin bu ölkə üzərində siyasi prestiji üçün çox önəmli idi. Türkiyənin hədəfi ölkədə qarşı-qarşıya gələn qrupları barışdırmaq, uzlaşdırmaq və mediatr rolunu oynamaq idi, lakin hadisələr elə cərəyan etdi ki, Türkiyə birdən-birə siyasi proseslərə istiqamət verən subyektdən, birbaşa siyasi proseslərin aktoru olan oyunçuya çevrildi. Bu artıq, Türkiyənin siyasi uğursuzluğu demək idi.

 

Liviya uğrunda kimlər rəqabət aparır?

 

Liviyada təmin edilən nisbi sabitlik uzun çəkmədi. Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin silah və maliyyə dəstəyi ilə Tobrusda mövqeylənən Liviya Milli Ordusu Milli Konvensiya hökümətinin nəzarət etdiyi məntəqələrə ardıcıl hücumlar təşkil etdi. Ordunun başında duran general Xəlifə Həftar hədəflərinin paytaxt Tripoli olduğunu və bütün Liviyanı yenidən birləşdirməyə çalışdıqlarını açıq bir şəkildə elan etdi. Beləliklə, Liviyada vətəndaş müharibəsinin tərəfləri məlum oldu: Türkiyə, Qətər Mərkəzi Tripoli olan Milli Konvensiya Hökümətinə və bu hökümətin tabeliyindəki islamçı qruplara dəstək verdilər. Qarşılarında isə Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi Xəlifə Həftərin ordusu dayandı. Burada ən diqqət çəkici məqam Türkiyənin keçmiş müttəfiqi Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya dayanmasıdır. Lakin unutmaq olmaz ki, Ərəb baharından sonra islam coğrafiyasına liderlik yarışı Türkiyə, Səudiyyə Ərəbistanı və İran arasında başlanmışdı. Yəni, bu iki dövlət artıq müttəfiq deyil, rəqibdirlər.

mısır suudi arabistan birleşik arap emirlikleri ile ilgili görsel sonucu

 

Bu arada adı çəkilən dövlətlər Liviya üzərində ciddi rəqabət aparan əsas oyunçular oldular. Liviya üzərinə siyasi oyunlar oynayan və sözügedən rəqabətdə qüvvələr balansını tez-tez dəyişdirən dövlətlər isə ABŞ, Fransa və İtaliya oldu. Fransa Liviyadakı amansız münaqişədə Liviyanı birləşdirə biləcək gücün arxasında durmağı seçir və Tripolidəki Fayiz əs-Sərrac hökumətinin bunu bacarmayacağını, bacarsa belə islamçı qüvvələrin Liviya kimi bir geostrateji kartı əlində tutmasını istəmir. Ona görə də Fransa Həftarı dəstəkləyir. Lakin Fransa ilə son zamanlar ulduzu heç cür barışmayan İtaliya Həftarı deyil, Türkiyə ilə eyni mövqede duraraq, Sərrac hökümətini dəstəkləyir. Çin və Rusiya regiona çox müdaxilə imkanlarına sahib olmasalar belə onlar da Türkiyənin və islamçı qruplarının Afrikada möhkəmlənməsindən razı deyillər.

 

ABŞ Liviyada əsas oyunqurucudur...

suudi arabistan birleşik arap emirlikleri ile ilgili görsel sonucu

 ABŞ isə bir super güc kimi bütün bu qüvvələrin fövqündə durub, o tərəf deyil, oyunqurucudur. Təbii ki, Səudiyyə, Misir və BƏƏ ABŞ razılığını almadan Liviya oyununa girə bilməzdi, lakin onların oyuna qoşulmasına imkan verən ABŞ Türkiyə və Qətərə də göz qırparaq, “Liviyada sizi dəstəkləyirəm” deyir və əslində Orta Şərqdə türklərlə ərəbləri üz-üzə qoyur.

ABŞ Liviyada bütün ssenarini ən başından quran və müxtəlif siyasi fiqur və dövlətlərin vasitəsilə bu siyasəti icra edən dövlətdir. Böyük Orta Şərq planı əsasında Orta Şərqdə ərəb baharını formalaşdıran və dəstəkləyən, buradakı regional güclər arasında qüvvələr balansını öz xeyrinə dəyişən ABŞ bu dəfə bu planı Afrikada həyata keçirir. Afrikada ard-arda Əlcəzairdə, Sudanda, Efiyopiyada dövlət çevrilişlərinin yaşanması və Liviyanın böyük bir qisminin Xəlifə Həftarın əlinə keçməsində ABŞ-ın rolu danılmazdır.

Bununla birlikdə, ABŞ-ın Afirkadakı dəyişikliklər fonunda əsas hədəfi bəllidir və konkretdir: Afrika kimi əhəmiyyətli enerji mənbəsini (Dünyanın neft ehtiyyatlarının 7,2, təbii qaz ehtiyyatlarının isə 7,3 %-inə sahibdir) Çinin əlinə buraxmaq istəmir. Çünki Afrika enerjisinə sahib olan Çin, ABŞ-dan daha böyük güc halına gələ bilər...

 

Liviya - Türkiyə münaqişəsi necə yarandı?

Türkiyə ilk dəfə Liviyaya NATO tərəfindən həyata keçirilən hərbi əməliyyatlar zamanı 2011-ci ildə daxil oldu. Qəddafiyə qarşı həyata keçirilən hərbi əməliyyata havadan dəstək verən Türkiyə özü-özünə yeni bir Liviya problemi yaratdı.

Liviyada Sərrac hökümətini dəstəkləyən Türkiyə əslində islamçı qrupları ölkədə iqtidara gətirmək üçün 7 ildir çalışır. Ona görə də Türkiyə Həftarın Tripolini ələ keçirməyə çalışmasını çox böyük narahatlıqla qarşıladı. Ərdoğan  Həftarın 4 apreldən başlayan hücumlarına belə reaksiya verdi: “Liviyalı qardaşlarımızı tək buraxmayacağıq, arxalarındayıq”. Bundan sonra Həftarın hücumlarına müqavimət göstərə bilməsi üçün Türkiyə Tripoli hökümətini silahlandırmağa başladı. Qətər də öz növbəsində maliyyə yardımları həyata keçirdi. Türkiyənin Sərrac hökümətini dəstəkləməsinə Fransa və Səudiyyədən ciddi etirazlar gəldi. Ən son 20 iyunda Liviyaya silah daşıyan türk gəmisi ələ keçirildiyi zaman Ərdoğan açıqca etiraf etdi: “Bəli, Liviyadakı höküməti dəstəkləyirik və biz pis bir iş görmürük. Liviyada BMT-nın rəsmi şəkildə tanıdığı dövlətlə hərbi əməkdaşlıq edirik”.

erdoğan libya ile ilgili görsel sonucu

4 apreldə Tripolini ələ keçirilməsi üçün əməliyyata başlamaq əmri verən Xəlifə Həftər 22 apreldə Giryan yaxınlığında ağır məğlubiyyətə uğradı. Giryan Tripoliyə açılan qapı olaraq görülürdü. Giryandakı məğlubiyyət Həfatın ordusunun sürətli irəliləyişini dayandırdı. Və bu məğlubiyyətdə Türkiyənin xüsusi rolunun olduğu şübhəsizdir. Qeyd etmək lazımdır ki, Liviyada 4 apreldən bu yana yenidən şiddətlənən vətəndaş müharibəsində 205 nəfər ölüb, 913 nəfər yaralanıb.

libya'da hükümet ile ilgili görsel sonucu

Liviya Milli Ordusunun mətbuat katibi Mismarinin də Türkiyəyə qarşı təhdidləri bu hadisədən sonra başladı. 29 iyunda Türk gəmiləri və təyyarələrini düşmən hədəf elan edən Mismari ölkədəki türk vətəndaşların da həbs edilcəyini bildirmişdi. Belə də oldu və  6 türk dənizçi həbs olundu. Bundan sorna Türkiyənin Müdafiə Naziri Hulusi Akar “Girovlar buraxılmasa şiddətli cavab verərik” təhdidindən sonra Həftarın əsgərləri 6 dənizçini sərbəst buraxdılar. Lakin Liviyada yaşayan türklər üçün təhlükə hələ də keçməyib.

Ona görə də Türkiyə hər an Liviyaya hərbi müdaxilə edə  bilər. Bunun üçün Türkiyənin özünəməxsus haqlı səbəbləri var. Əvvəla, Liviyadakı Həftar qüvvələri açıq bir şəkildə Türkiyə və müttəfiqlərini hədələyib və əslində Türkiyə beynəlxalq hüququn tərəfində durduğu qüvvələri dəstəkləyir. İkinci və ən böyük səbəbsə Şərqi Aralıq dənizi məsələsidir.

 

Türkiyə özünə qarşı qurulan planları pozmaq üçün Liviyanı itirməməlidir...

israil yunanistan güney kıbrıs ile ilgili görsel sonucu

Belə ki, son dövrlərdə Şərqi Aralıq dənizində yeni enerji savaşı başlayıb desək, yəqin ki, yanılmarıq. İsrail, Yunanıstan, Cənubi Kipr və Misir Şərqi Aralıq dənizində aşkarlanan yeni enerji yataqlarındakı təbii qazı Avropaya və dünyaya daşınması üçün yeni bir kəmər çəkməyi planlaşdırır. Lakin Türkiyə, Şimali Kipr və Liviya bu plandan kənarda saxlanılıb. Baxmayaraq ki, bu dövlətlərin hər biri Şərqi Aralıq dənizi dövlətidir. Şimali Kiprinin müstəqilliyi dünya tərəfindən tanınmır, İsrail və Yunanıstan isə Liviyadakı vətəndaş müharibəsindən istifadə edib tez bir zamanda bu layihəni reallaşdırmağı planlaşdırır. Türkiyə isə özünü enerji transnferində kənarlaşdıran bu ittifaqa qarşı ən tutarlı cavabı Liviyada verə bilər. Çünki Liviyanın yerləşdiyi mövqe layihə üçün həyati əhəmiyyətə malikdir. Belə ki, Liviya həm enerji resursları mərkəzidir, həm də nəzərdə tutulan kəmər üçün əlverişli koridordur. Bütün bu səbəblərdən dolayı Türkiyə Liviyadakı oyunlarda əsas aktora çevrilib. Bu oyunda Türkiyə uduzsa Aralıq dənizindəki enerji ehtiyatlarından və ondan gələcək gəlirdən məhrum olacaq...

 

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı