Ankaranın dəyişməz Qarabağ şərti İrəvana S-400 mesajı

Analitika 12:23 10.07.2019

Türkiyə “demokratik Ermənistan”a da qapı açmayacaq; işğalçı qonşu qardaş ölkəyə təhlükə yaradan dövlətlərin 1-ci beşliyində, Azərbaycan isə ona dost dövlətlərin başında gəlir - sorğu; ölkəmizdə Türkiyə hərbi bazası yerləşdirməyin vaxtı çatıb...

Ermənilər 1 il 2 ay öncə inqilab edəndə yəqin ki, ağıllarına da gəlməzdi ki, bu inqilab onların həyatını zərrəcə yaxşıya dəyişməyəcək. İşğalçı ölkədən gələn xəbərlər, erməni KİV-lərində gedən və hazırkı hökumətə ünvanlı sərt tənqidi yazıların xeyli artmasından asanca görmək olar ki, artıq əhali peşmandır. Özü də həmin KİV-lərin əksəriyyəti Köçəryan-Sərkisyan xunta rejiminin devrilməsinin qızğın tərəfdarı olan, Paşinyanı müdafiə edən cinahda qərar tutmuş media qurumlarıdır.

Fakt budur ki, erməni xalqının ağır güzəranı, kütləvi işsizlik və ölkədən köç davam edir. Ermənistanın xarici siyasəti və bu siyasətin əsas oriyentirləri, Qarabağ kursu da dəyişikliyə məruz qalmayıb. O səbəbdən Türkiyə ilə sərhədlər bağlı qalır. Bir sözlə, Paşinyanın bəh-bəhlə təbliğ elədiyi yeni, “demokratik Ermənistan” nə dünyaya, nə də regiona açıla bilib. O zaman inqilab nəyə, kimə lazım imiş, görəsən?

*****

Yada salaq ki, hakimiyyətə gələn kimi Nikol Paşinyan İrəvanın Türkiyə ilə heç bir ön şərt qoymadan sərhədlərin açılmasına hazır olduğunu bəyan etmişdi. Ankara isə o vaxt əlaqələrin normallaşması üçün sırf beynəlxalq hüquqa söykənən 2 ədalətli şərt irəli sürmüşdü: işğalçı qoşunlar Azərbaycan torpaqlarından çıxmalı və Türkiyəyə qarşı saxta soyqırım iddiasından imtina edilməlidir.

Yəni qardaş ölkə özünü demokrat sayan və ölkəsini sivil, mədəni dünyanın tərkib hissəsi kimi təbliğ edən Nikol Paşinyana tamamilə məntiqli bir yola səsləmişdi: sivil dünyanın qanunları ilə yaşamaq, sivil dünyaya açılmaq istəyirsinizsə, o zaman sivil dünyanın birgə yaşayış normalarına əməl edin. Qəsbkar siyasətdən, qonşu ölkələrə qarşı ərazi iddialardan və başqa əsassız iddialarından əl çəkin.

paşinyan ile ilgili görsel sonucu

Əfsus ki, Ermənistanın inqilabçı rəhbəri Nikol Paşinyan bu məsələdə sələflərindən fərqlənmədi. Əksinə, onlardan da radikal bir kurs götürdü, heç vaxt Ermənistanın ayaqlaşa bilməyəcəyi silahlanma yarışına yeni stimul verdi, sələfləri kimi, guya mehriban qonşuluq münasibətləri qurmaq istədiyi Türkiyənin hər yerdə “ayağının altını” qazmağa davam elədi, sələfləri kimi anti-Türk ritorikasını körüklədi...  

*****

Bütün bunların fonunda Türkiyədə keçirilən son rəy sorğusunun nəticələri Ermənistan və ermənilər üçün, konkret olaraq, Paşinyan və komandası üçün gərək təəccüblü olmasın. Belə ki, “Yeni Müsavat”ın məlumatına görə, sorğunun nəticələrinin əks olunduğu “2019-cu ildə Türkiyə xarici siyasətinə ictimai münasibətin icmalı” adlı məruzədə işğalçı Ermənistan Türkiyəyə təhlükə yaradan ölkələrin 1-ci beşliyində yer alıb. Azərbaycan isə 63%-lə Türkiyəyə dost dövlətlərin başında gəlir.

s-400 füze ile ilgili görsel sonucu

Bundan əlavə, məruzədə digər siyasi suallar çevrəsinə dair nəticələr də əks olunub. Məsələn, rəyi soruşulanların əksəriyyəti əmindir ki, Ankara ABŞ-ın sanksiyalarına rəğmən Rusiyadan S-400 raket sistemlərini almalıdır.

Yeri gəlmişkən, bu arada Türkiyə hökuməti alınacaq S-400-lərin konkret harada yerləşdiriləcəyi barədə yekun qərarın hələ verilmədiyini bildirib. Məlumatlara görə, raketlərin ölkə hüdudlarından kənarda yerləşdirilməsi imkanları da nəzərdən keçirilir. İddialara görə, Ankarada bu yolla ABŞ-la olan münasibətləri dalandan çıxarmağa ümid edirlər. Habertürk-ün məlumatına görə, S-400-lərin ilk partiyası bu günlərdə Türkiyəyə çatdırılacaq. 

“Hökumət hələ ki S-400-lərin yerləşmə variantlarını öyrənir. Türkiyə-ABŞ münasibətlərində gərginliyin dərəcəsinin qalxmaması üçün sistemlərin Qətərdə və ya Azərbaycanda yerləşdirilməsi variantı da müzakirə olunub”. Bunu prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Sputnik”ə deyib.

Ancaq mənbənin sözlərinə görə, ölkə rəhbərliyi iki batareyadan birini paytaxt Ankarada döyüş növbətçiliyinə qoymaq fikrindədir. İkincisi isə “strateji mühüm yerdə - Türkiyənin cənub-şərq regionunda yerləşdirilə bilər. ”Hökumət əvvəllər havadan müdafiə sistemlərini paytaxt ətrafında quraşdırmağı müzakirə edib", - deyə Ərdoğanın sözçüsü əlavə edib.

*****

Ä°lgili resim

İstənilən halda, bu sistemlər sözsüz ki, qardaş ölkənin təhlükəsizliyini gücləndirəcək. O ki qaldı Azərbaycana, niyə də təhlükəsizlik maraqları baxımından S 400-lər bizdə də olmasın? Türkiyəyə Azərbaycan qədər yaxın ikinci dövlət varmı? Bu, həm də iki qardaş ölkənin sarsılmaz siyasi-hərbi ittifaqının daha bir təzahürü, Azərbaycanın Dağlıq Qarabağ məsələsində heç vaxt təklənməyəcəyinin dünyaya, öncəliklə də işğalçı Ermənistana və onun gizli-açıq havadarlarına nümayişi olardı, xəbərdarlıq mesajı kimi yadda qalardı.

Hətta S-400-lərin bir qismi ölkəmizə gətirilməsə belə, Türkiyənin Azərbaycanda (Naxçıvanda) ən azı, 1 hərbi bazasını saxlamağın vaxtı çoxdan çatıb. Bu, Ermənistan və havadarları üçün güclü çəkindirici faktor olmaqla yanaşı, Qarabağda antiterror əməliyyatı zamanı Azərbaycanın Naxçıvan sarıdan arxayınçılığını təmin edər və ordumuz əsas gücünü işğalçılara qarşı yönəldərdi.

O ki qaldı Türkiyənin NATO üzvü olmasının və Azərbaycan Konstitusiyasının buna yaratdığı hüquqi əngəllərə, əvvəla, qardaş ölkə çoxdan NATO üzvü olmayan Qətərdə hərbi baza saxlayır. İkincisi isə, söhbət milli təhlükəsizliyimizdən gedirsə, Azərbaycan Konstitusiyasına düzəliş 1 günlük işdir...                    

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı