Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlarda qüsurlar...

Analitika 16:27 11.07.2019

Təhsil Nazirliyi iyulun 8-dən müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirir. Bu müddət ərzində bir sıra fənlər üzrə müəllimlər işə qəbul olmaq üçün imtahan verib. Amma maksimum bal - 60 bal toplayan iddiaçı olmayıb. 

Amma 3 gündür ki, sosial şəbəkələrdə, vatsap qruplarında, müəyyən saytlarda bu prosesin şəffaf şəkildə keçirilmədiyi barədə ittiham dolu fikir və yazılar dərc olunur. Arqument kimi deyilir ki, suallar səhv idi, suallar kitablardan kənar idi, kompüter proqramı ilə iştirakçının doğru cavabı səhv qəbul edilir və sair.

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin işə qəbulu tam şəkildə obyektiv və şəffaf keçirilir, bu müzakirə olunmur. K.Əsədov bununla belə, sualların səhv olmasının mümkünlüyünü istisna etməyib:

“Bu barədə müracət edilir və səhv təstiq olunduqda o iştirakçının hesabına əlavə olunur. Əslində bu qədər söz - söhbətin yaranmasının qarşısını çox sadə üsulla almaq olar. Belə ki, keçirilən imtahanların proqramını, hansı kitablardan istifadə olunaraq test tapşırıqları tərtib olunacağı  bilinməlidir. Çünki ölkədə rəsmi vahid nə məntiq, nə də kurikulum vəsaiti yoxdur. İxtisas üzrə dərsliklər isə hər il dəyişir. Ona görə də bu məsələ həll olmalıdır, yəni imtahan proqramı təqdim olunmalıdır. Üçüncüsü, imtahan iştirakçısı imtahandan sonra yazdığı cavabları görməli, nəyi səhv, nəyi doğru yazıb bunu bilməlidir. Onun isə 2 həlli yolu var:

a) test tapşırıqları imtahandan sonra iştirakçının şəxsi kabinetinə yüklənir; b) imtahanlar kompüterlə yox, kağız üzərində keçirilir. Əslində imtahanların kağız üzərində keçirilməsi ən uğurlu variant ola bilər. Birincisi ucuz başa gəlir. Yəni Təhsil Nazirliyi bu imtahanları keçirmək üçün 1000 kompüter almır, və o qədər vəsait itirmir. İkincisi, hesablama tələb edən sualları cavablandırmaq üçün iştirakçı monitordan kağız üzərinə sualı köçürür və ondan sonra yazır. Bu zaman da gözü kağız ilə monitor arasında qalır ki, bu vaxt itkisi və diqqətin yayılmasıdır. Həm də kağız üzərində imtahan olsa iştirakçı sonradan kompüterdə cavabların dəyişdirildiyini iddia edə bilməz. Çünki öz xətti ilə cavabları qeyd edir.

10000 minə qədər insanın iştirak etdiyi imtahanın nəticələrini 3 saat ərzində elan etmək mümkündür. Yəni bu xidməti Mərkəz olaraq təqdim edə bilərik”.

K.Əsədov bununla belə imtahan prosesində qüsurlar olduğunu vurğulayıb:

“Ölkədə keçirilən bütün növ imtahanlarda özüm şəxsən iştirak edirəm. Məqsəd işə qəbul olmaq yox, prosesin necə həyata keçirilməsini görmək, çatışmazlığı yerində müəyyən etməkdir. Təhsil Nazirliyi bu prosesin yaxşı həyata keçirilməsi üçün əlindən gələni edir. Amma açıq şəkildə görünür ki, onların imtahan təşkil etmək təcrübəsi yoxdur. Bunu Texniki Universitetin idman zalında təşkil edilən imtahanların bütün mərhələləri haqqında demək olar. 
Girişdən iştirakçıların binaya buraxılmasından tutmuş onların yoxlanılması, imtahan zallarına buraxılmasına qədər bütün proseslər qüsurludur. 

1992-ci il deyil ki, imtahan neçə keçirilir bunu bilməyək. Ölkədə 27 ildir ki, təhsilin bütün səviyyələrində imtahan keçirilir. Düşünürəm ki, imtahanlar Texniki Universitetin idman zalında yox, böyük məktəblərdə özü də kağız üzərində olmalıdır. Yəni iştirakçılar artıq imtahandan başlayaraq özlərini məktəb mühitində hiss etməlidir. Orta məktəblərdə dərs bitib, ona görədə düşünürəm ki, 20 saylı, 200 saylı orta məktəblərdə imtahan keçirilə bilər və imtahandan sonra iştirakçı sual kitabçasını götürüb getməli, təhsil nazirliyi hər imtahandan sonra apellyasiya şikayəti üçün gün ayırmalı və iddiaçıları dəvət edib onları mütəxəssislərlə dinləməlidir. 

Deməli il ərzində hazırlıq kursları, fərdi müəlliflər və müəllimlər reklam edirdi ki, müəllimlərin işə qəbulu imtahanında təqdim olunan suallar bizim vəsaitdən düşəcək, bizim məzunlar yüksək nəticə göstərəcək. Məlum oldu ki, həmişəki kimi bunlar boş vədlərdir. 

İmtahanda iştirak edənlərin böyük əksəriyyəti 50 baldan aşağı nəticə göstərib. İndi onların hamısı Təhsil Nazirliyini ittiham edir, günahlandırır. 

Ümid edirəm ki, indiyə qədər Bakı şəhəri üçün 48 bal, rayon məktəbləri üçün müəyyən edilmiş 36 ballıq tələb aradan qaldırılacaq. Çünki hər ikisi müəllimdir və dövlət müəssisəsidir. Hamı üçün vahid keçid balı müəyyən olunmalı, 30 baldan yuxarı bal toplayan iddiaçılar vakansiya seçiminə buraxılmalıdır. Onsuzda ən yüksək bal toplayan iddiaçılar müsahibəyə dəvət olunur. Ona görə də bu məsələ də diqqətdə saxlanmalıdır. 

Bu il edilən müsbət dəyişikliklərdən biri də o idi ki, imtahandan əvvəl də narahatlığımı bildirmişdim, sağ olsunlar nəzərə alıblar, hər imtahan saatına fərqli test tapşırıqlarının təqdim olunması idi. 

Bu olduqca müsbət bir addımdır”.

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
Hamısı