"Gürcüstanın işiğı, qazı kəsilərsə, artıq sonunu düşünsünlər"

Analitika 18:32 16.07.2019

Gürcüstan Azərbaycan qonşuluğu və tərəfdaşlığı hər zaman dostluq münasibətlərilə seçilib. Lakin ikinci dəfə və qısa zamanda baş verən “Keşikçidağ” məbədi insidenti artıq dərin düşünməyə vadar edir.

Əlbəttə, bu məbəd hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Qafqaz Albaniyasına aid olan bu abidə kompleksi Ağstafa rayonun mərkəzindən 75 km məsafədə, Gürcustan sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar üstündə yerləşir. Albaniyada dövlət dini xristian olduğundan bütün abidələr bu dinə aid olub. Azərbaycanda isə islam dini yayıldığından bu məbədlərə maraq göstərilməyib. Bunun da nəticəsində yaxın qonşularımız olan erməni və gürcülər bu tarixi abidələri ozününküləşdirərək öz tarixi abidələri kimi qələmə verməyə başlamışlar. Əlbəttə keçmiş SSSR-i zamanı bu cür abidələr və tarixi memarlıq obyektləri problem yaratmadan və araşdırmaya məruz qalmadan hər kəsə aid idi. Bu ərazidə hətta o zaman təlim poliqonu yerləşdiyindən burada gəzmək belə qadağan edilmişdi.

“Keşikçidag” mağarası yalnız müstəqillik dövründən sonra araşdırma obyektinə çevrildi və əcdadlarımızın bizə miras qoyduğu bu abidəyə insanlar tərəfindən də maraq artdı. Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq bügünkü gündə də qalmaqdadır. 1996-cı ildə Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi hələ də razılaşdırılmamış olaraq qalmaqdadır.

İnsidentin bu qısa zamanda və ikincisinin daha da gərginliyə səbəb olması, artıq əsgərlərin üstünə hucum cəkilməsi, silahlarının əlindən alınması və təhqir edlməsini Gürcüstan XİN-nin dediyi kimi kiçik insident adlandırmaq olmaz. Bunun altında yatan istək, torpaq iddiası, silahlı qüvvələrimizə göstərilən təyziq artıq dövlətimizə, millətimizə, əsgərimizə və dövlətçiliyimizə uzanan dil və əl kimi dəyərləndirilməlidir. Azərbaycan hər zamanki kimi həm yaxın qonşularla, həm də uzaq ölkələrlə öz millətinin mənafeyini güdərək balanslı və sülhsevər siyasətini göstərməkdə davam edir. Lakin bu o demək deyil ki, 30 il öncə göstərdiyi loyallıq nəticəsində Ermənistanla başlanan münaqişə bu gün də Gürcüstana göstəriləcək. Azərbaycan öz sülhsevərliyini ağır ödədi və bir də bu səhvə yol verməməlidir və verə də bilməz. Nə millət olaraq, nə də dövlət olaraq.

Azərbaycan yaxın qonşuları ilə müharibə etmək fikrində deyil, məsələni daha cox diplomatik yolla həll etməyə calışacaq. Lakin unutmaq olmaz ki, Gürcüstanın bu addımları təkbaşına veriləcək qərar deyil. Vaxtilə Ermənistan da torpaqlarımızı işğal edərkən öz ağlına və gücünə güvənməmişdi. Eyni məsələ bü gün Gürcüstana aiddir. Əslində yaxın dediyimiz qonşular hər zaman yaxın olmur və dövlət maraqları və iddiaları bu münasibətləri üstələyir. “Keşikçidağ” məsələsi iki qonşu və dövlət arasındakı münasibətlərin korlanması və Azərbaycanın ikinci münaqişə zonasında müharibəyə başlaması üçün ən rahat yoldur. Azərbaycan bu gün regionun qabaqcıl ölkəsi olaraq bu münaqişəyə başlayarsa, region inkişafdan qalar, bütün layihələr dayanar, pul axını kəsilər və tək Azərbaycan deyil, bütün yaxın dövlətlər də ac və səfil halına düşər. Azərbaycanın ziyanından cox, xeyirinin bütün tərəfdaşlıq etdiyi dövlətlərə dəydiyi göz qabağındadır. Bu reallığı danmaq olmaz. Lakin bu regionun inkişafdan qalması və xarabaliğa çevrilməsi kimə lazım ola bilər? Əlbəttə ki, hər zaman böyük iddialarla yaşayan böyük dövlətlərə. Balaca dövlətlərin inkişafı, beynəlxalq aləmdə söz sahibi olması, öz müstəqil siyasətlərini yürütməsi, sərvətlərindən faydalanaraq böyük düşünüb böyük layihələr həyata keçirməsi və addım-addım inkişaf edərək Qərbə çıxması, qıcıqlandırmasın, bəs neyləsin? Ən rahat yol bu vəziyyətdə münaqişə zonasının yaradılması və bütün gücün ora yönləndirilməsidir. Və cox təəssüf ki, bunu yaxın qonşular anlamır və ya bilərəkdən bu oyunu oynayanların əllərinə su tökməkdə davam edirlər. Azərbaycan hər kəslə savaşa bilməz, bir munaqişəni bitirmədən ikinci münaqişəyə girə bilməz. Bunu anlamaq lazımdır. Ən əsas bunun diplomatik yollarla həll olumasıdır ki, artıq XİN-ə Gürcustanın səfiri dəvət olunaraq məsələ izah olunmuş və tədbir görülməsi istənilmişdir.

Əsgərlərimizin xoş niyyət göstərərək, əlverişsiz hava şəraitində xarab olmasın deyə, məbədin üstündəki ikonaların çıxarılaraq gürcülərə təhvil verilməsi bu qədər gərginlik yaradırsa, bu, artıq gürcülərin bu barədə öz millətinə lazımınca izah verməməsidir və hazırki hakimiyyət Sarakaşvilinin dövründəki kimi “Azərbaycan işıqsız qalıb amma Gürcüstana işıq verdi, bundan böyük qardaşlıq ola bilməz” sözlərini dəfələrlə yadlarına salması məcburiyyətindədir. Əks halda, Gürcustanın işiğı da, qazı da kəsilərsə, artıq onlar sonunu düşünsün.

Image result for ramiyə məmmədova

Politoloq Ramiyə Məmmədova

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı