Daxili İşlər Nazirliyindən kirayədə qalan şəxslərə XƏBƏRDARLIQ

Analitika 12:14 18.07.2019

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.

Eurasia Diary-nin verdiyi xəbərə görə, nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir: “Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin saytında onlayn xidmət də yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər”.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Yəni, oteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qanunun bu tələbi daimi olub: “Əvvəllər qismən də işləyirdi. Bəzi strukturlara sənəd təqdim olunanda müvəqqəti yaşadığı yer üzrə qeydiyyatdan keçmək tələb olunurdu. Deyək ki, hansısa rayonda qeydiyyatda olan şəxs Bakıya gəlib işləyəndə paytaxtdakı bəzi qurumlar ondan həmin sənədi tələb edirdi. İndi marrifləndirici işlərin aparılmasının güclənməsinin, bu mövzu ətrafında müzakirələr aparılmasının səbəbini bilmirəm.

Qanuna görə, əgər siz 60 gündən artıq müddətə başqa bir ünvanda müvəqqəti yaşamaq niyyətindəsinizsə, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlisiniz. İndi bölgələrdən gəlib Bakıda əmək fəaliyyəti ilə məşğul olub, kirayə evlərdə yaşayanlar var. Onlar ən azı ayda bir dəfə öz evlərinə gedib-gəlirlər. Faktiki olaraq onlar 60 gündən az müddətə burada qalırlar. Ona görə də bu qaydanı həmin şəxslərə tətbiq etmək olmaz. Lakin bölgələrdən gəlib Bakıda 60 gündən çox fasiləsiz qalan şəxslər, qanuna görə, mütləq qeydiyyatdan keçməlidirlər. Bu, kirayə evlərdə qalanlara da aiddir, mehmanxanada qalanlara da. Eyni zamanda, Bakıdan bölgələrə gedib orada qalanlara da tətbiq olunur. Daxili İşlər Nazirliyi bu məsələ ətrafında vətəndaşlara geniş izahat verməlidir ki, yanlış yozulmalar olmasın və kimlərsə bundan sui-istifadə etməsin.

Bundan başqa, məsələn, Şəkidə qeydiyyatda olmayan şəxs Şəkiyə gedib orada oteldə 10-15 günlük qalırsa, həmin otel rəhbərliyi həmin şəxslərin qeydiyyatı əsasında onların burada qalacağını Daxili İşlər Nazirliyinə məlumat verməlidir”.

Ekspert A.Allahverənov bildirib ki, bu qeydiyyatın aparılması haqda maarifləndirici məlumatların yayılması DİN-dən daha çox başqa qurumlara lazımdır: “Fikrimcə, bu məlumatlar Daxili İşlər Nazirliyi üçün yox, digər strukturlar üçün əhəmiyyətlidir. Məsələn, Dövlət Statistika Komitəsi ölkə əhalisinin hərəkət dinamikası ilə bağlı uçot aparır. Əmək resurslarının bölüşdürülməsi, ölkə əhalisinin yerdəyişməsi və bunun əmək bazarı ilə əlaqələndirilməsi baxımından bu məlumatlar vacibdir. Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi bu gün əmək bazarı və əmək resurlarının idarə olunması ilə bağlı müəyyən proqnozlar verir. Biz hər yerdə urbanizasiya barədə danışırıq, paytaxta güclü axın var. Bu da bölgələrdə əmək resurslarının tükənməsinə gətirib çıxarır. Beləliklə, Dövlət Statistika Komitəsinin və ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bu qeydiyyatı aparmaq səlahiyyəti olmadığı üçün, Daxili İşlər Nazirliyi müvəqqəti qeydiyyatda olanların məlumatlarını toplayıb digər strukturlara ötürür, onlar da bunun əsasında dövlət strategiyasını müəyyənləşdirirlər”.

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
Hamısı