ABŞ-dan hərbi təyyarə ala bilməyən Türkiyə Rusiyaya yönələ bilər Su-57 güclüdür, yoxsa F-35?

Analitika 16:24 18.07.2019

Xəbər verdiyimiz kimi ötən gün ABŞ Müdafiə Nazirliyi Türkiyənin F 35 proqramından ixrac ediləcəyini rəsmi şəkildə bəyan etdi. 2002-ci ildən F-35 istehsalında iştirak edən Türkiyəyə F 35-lərin satılmaması səbəbi kimi Türkiyənin S 400 zenit kompleksini əldə etməsi göstərildi.

 

Bəs konret olaraq ABŞ Türkiyəyə F-35-ləri niyə satmadı?

f 35 ile ilgili görsel sonucu

Bunun səbəbini Pentaqon rəsmisi verdiyi bəyanatda açıq bir şəkildə dilə gətirib. Açıqlamada qeyd edilir ki, “Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".

Bəs niyə? Çünki F 35-ləri digər hərbi təyyarələrdən fərqləndirən əsas amil onun radardan yayınma sistemlərinə sahib olmasıdır. Muasir hava hücumundan mühafizə sistemləri F 35-lərin hərəkət siqnallarını tutmaqda acizdir. Buna səbəb F 35-lərin fərqli mexanizm əsasında istehsal edilməsidir. Daha dəqiq desək  F 35-lərin radar sistemlərini çözmək üçün onlara sahib olmaq gərəkdir. Bu məntiqlə ABŞ-ın F-35-ləri Türkiyəyə satmaması tamamilə başa düşüləndir. Çünki əgər Türkiyə həm S 400-lərə, həm də F-35-lərə sahib olsaydı, F 35 təyyarələri haqqında xüsusi və məxfi məlumatlar rus kəşfiyyatının əlinə keçə bilərdi. Həmçinin F-35-lə S 400-ə eyni dövlətin sahib olması baş tutarsa F-35-lərin istehsalının bir mənası qalmır. Belə ki, yuxarıda da qeyd edilyi kimi bu təyyarələri digərlərindən fərqləndirən ən vacib detal radara yaxalanmamasıdır. Əgər bir dövlət həm F-35-ə, həm S 400-ə sahib olsa F-35-lərin S 400 radar sistemləri tərəfindən aşkarlanması baş tutacaq. Bu isə 20 illlik planın və milyardlarla investisiyanın küçəyə atılması mənasına gəlir.

 

Türkiyəyə dəyən zərər...

Türkiyə F-35-ləri alsaydı təbii ki, yerləşdiyi regionda ən güclü dövlətə çevriləcəkdi. Hava hücumundan tam müdafiə olunma imkanına sahib olacaqdı. Lakin bundan savayı Türkiyə 2002-ci ildən bu yana ABŞ-la imzalanan razılaşma əsasında F-35 proqramına qoşulmuş və bu hərbi təyyarələri ABŞ-la birgə istehsal etməyə başlamışdı. Türkiyə proqrama qoşularkən ilkin mərhələdə ABŞ-a 175 milyon dollar pul ödəmişdi. Bu pullar havaya sovruldu, o heç...

Türkiyə həmçinin 2008-ci ildən sonra bu təyyarələrə qoyduğu investisiya miqdarını daha da artırdı. Nəticədə F-35 proqramından ixrac edilməsi ilə Türkiyəyə ilkim mərhələdə, yuvarlaq hesabla 2 milyard dollara qədər zərər dəyəcəyi proqnozlaşdırılır.

Eyni zamanda Pentaqon ilkin mərhələdə 600 milyon dollar investisiyadan məhrum oldu. Həmçinin 20 illik layihə olan F-35-lərin 957 detalı Türkiyədə istehsal edilir. Sözügedən detalların daha ucuz başqa yerdən təmin etmək isə hardasa mümkünsüzdür.

 

Türkiyə ABŞ-ı beynəlxalq məhkəməyə şikayət edə bilərmi?

Türkiyə F-35-lərin birgə istehsalına görə ABŞ-la iki dəfə, 2002 və 2008-ci illərdə yazılı razılaşmalara qol çəkib. Bu razılaşmalara əlavə edilən maddələrdən birində qeyd edilir ki, “tərəflərin hərbi təyyarələrin istehsalı, alışı və satışı mövzusunda yaşadığı bütün problemlər ancaq iki dövlət arasında həll edilə bilər və tərəflər bir-birini beynəlxalq məhkəməyə şikayət edə bilməz”.

 

F-35-lərdən məhrum qalan Türkiyə nə edəcək?

F-35 yoxdursa SU-57 var...

su 57 ile ilgili görsel sonucu

Pentaqonun Türkiyənin F-35 proqramından ixrac ediləcəyini açıqlamasından sonra Rusiya F-35-in yerinə Türkiyəyə öz istehsalı olan Su-57 hərbi təyyarələrini təklif edib. Bu məsələylə bağlı rus professor Viktor Nadeyin Rayevskiy Türkiyənin Su 57-ləri almasının onun üçün daha xeyirli olacağını bildirib.

“ABŞ Türkiyəyə F-35-ləri satmaqdan imtina edərsə Su-57 təyyarələrini Türkiyə ala bilər. Rus istehalı olan bu hərbi təyyarələr heç də öz keyfiyyətlərinə görə F 35-lərdən geri qalmır. Həmçinin bu təyyarələr F-35-lərə nisbətən 30 % daha ucuzdur”.

Lakin Türkiyənin Su-57-ləri Rusiyadan alıb istifadə etməsi çox da asan bir iş eyil. Belə ki, Türkiyənin hərbi bazaları və bütövlükdə hərbi hava qüvvələri NATO və ABŞ standartlarına uyğun tərtib edilib və bu bazalara rus təyyarəsinin daxil edilməsi çox da asan görünmür. Qeyd edək ki, bu təyyarələri bir müddət əvvəl Hindistan da almaq istəmiş, lakin ABŞ buna əngəl olmuşdu.

 

F-35 və Su-57-lərin müqaisəsi. Hansı daha güclüdür?

Ä°lgili resim

F-35 və Su-57 hərbi təyyarələrinin hər ikisi son madel, beşinci nəsil hərbi təyyarələrdir və hər ikisi radardan yayınma xüsusiyyətinə sahibdir. Lakin təyyarələr arasında fərqli cəhətlər daha çoxdur. Əvvəla, onu qeyd edək ki, Su 57-lər daha çox “ovçu təyyarə”lər hesab edilir. Yəni, bu təyyarələr əsasən havadakı hədəfləri vurmaq üçün istehsal edilib. F-35-lər isə daha çox yerdəki hədəfləri vurmaq üçün dizayn edilib.

Su 57-lər iki matora sahibdirlər və bu onları daha dayanıqlı və effektiv edir, lakin F-35-lər tək motora sahibdir.

F 35-lərin havada manevr imkanları daha genişdir. Bu təyyarələr şaquli eniş və qalxış əməliyyatlarını çox rahat icra edir, lakin Su-57-lərdə manevra imkanları daha məhdud xarakter daşıyır.

Su-57-lər F-35-lərdən daha sürətlidirlər. Belə ki, onların sürəti saatda 2600 km/s-a çatır. Lakin F-35-lər maksimum 1931 km/s-lə hərəkət edə bilir.

Su-57-lərin uçuş məsafəsi də F 35-lərdən daha çoxdur. F-35-lər 1450 km,  Su 57-lər isə 2020 km uçuş məsafəsinə sahibdir.

F 35-lərin havada qalma müddəti 2,5 saat olsa da Su 57-lər 5 saata yaxın havada qalmaq imkanına sahibdir.

F 35-lər 8168 kq yük daşıya bilirsə bu rəqəm Su 57-lərdə 10 min kq təşkil edir.

Göründüyü kimi bəzi xüsusiyyətlərinə görə Su-57 hərbi təyyarələri F-35-ləri üstələyir. Lakin qeyd etmək lazımdır ki, hər iki hərbi təyyarənin hazırlanma prosesi davam edir. 2020-ci ildə hər iki təyyarənin də istifadəyə veriləcəyi gözlənilir.

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Hamısı