"Paşinyana inana bilmərik" politoloq

Analitika 19:36 19.07.2019

İrəvanla Bakı arasında “qaynar xətt” işləyir. Lakin bu qurbanların olmayacağına təminat vermir. 

"Eurasia Diary"-nin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan belə açıqlama verib.  

“Biz elə bir mövzu üzərində işləyirik ki, danışıqlar nəticə versin. Beynəlxalq ictimaiyyətin nümayəndələri  ilə görüşdə mən vəziyyəti təsvir etmək istəyirəm və tərəqqinin olmamasını izah edirəm. Deyirəm ki, bunların bir səbəbi var. Mən Ermənistanın baş naziri seçiləndə bəyan etdim ki, Qarabağ məsələsinin zəruri həll variantı Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Ermənistanın heç bir rəhbəri indiyə qədər deməyib ki, münaqişənin həlli Azərbaycan xalqı üçün məqbul olmalıdır və hər halda, bu görünməmiş bəyanat olardı. Mən əminəm ki, bu danışıqlarda irəliləyiş üçün ciddi əsas yaradır”. 

Paşinyan bildirib ki, danışıqlar prosesində irəliləyiş yoxdur. Baş nazirin fikrincə, rəsmi Bakı münaqişənin  Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ üçün məqbul həllini qəbul etməlidir. 

“Kimsə düşünə bilər ki, Azərbaycan tərəfindən qəbul edilən həll yolu Ermənistan və Dağlıq Qarabağ üçün məqbul sayıla bilməz. Əgər kimsə Qarabağ xalqını və Ermənistanı tanımırsa, deməli erməni xalqını tanımır”-deyə Paşinyan bəyan edib. 

Göründüyü kimi, N.Paşinyan hədələyici  mövqe nümayiş etdirməklə bildirmək istəyir ki, danışıqlar prosesində  Azərbaycanla Ermənistan arasında işğalçı tərəfin iradəsi qəbul olunmayana qədər atəşkəsin pozulması halları davam edəcək. Ermənistanın baş nazirinin açıqlaması göstərir ki, Paşinyan Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlara qatılmasına baxmayaraq,  format məsələsində mövqeyi  dəyişməz olaraq qalır. Paşinyanın təbirincə, münaqişənin həlli prosesində Ermənistan və Azərbaycanla yanaşı, üçüncü tərəf kimi Dağlıq Qarabağdakı qondarma rejimin maraqları nəzərə alınmalıdır.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Paşinyan bəyanatında Azərbaycanın da maraqlarını dilə gətirməklə Ermənistanın mövqeyini humanistləşdirməyə çalışır: 

“Bu mesaj ilk növbədə, Qərbə ünvanlanıb. Paşinyan qaynar xəttdən danışmaqla  humanist  prinsiplərin Ermənistan üçün  əsas təşkil etdiyini nümayiş etdirməyə çalışır. Çünki “qaynar xətt”in məqsədi  insan itkisinin qarşısını almaqdır. Amma reallıqda vəziyyət daha mürəkkəbdir. “Qaynar xətt” mövcuddursa, nə üçün faydalı şəkildə işləmir?  Çünki Paşinyanın bir bəyanat verir, müdafiə naziri Tonoyan isə Azərbaycan hərbçisini öldürən əsgəri təltif edir. Bu, yürüdülən siyasəti pərdələmək məqsədi daşıyan bəyanatdır. Əslində onun arxasında gerçək iş dayanmalıdır. Əgər Ermənistan  belə humanistdirsə, Dağlıq Qarabağda saxlanılan iki girovu-Dilqəm Əsgərovla, Şahbaz Quliyevi azadlığa buraxmalıdır. Onların qohumlarını belə görüşünə buraxmırlar. Mxitaryan futbol yarışında iştirak etmək üçün Bakıya gəlməkdən imtina edəndə Paşinyan onunla əlaqə saxlamalı və Azərbaycana getməyi tövsiyə etməli və deməli idi ki, sən bizim sülh səfirimiz ola bilərsən. Ermənistan hakimiyyəti sözlə deyil, əməllə iş görməsə, biz onlara inana bilmərik. Təəssüf ki, Ermənistan rəhbərliyinin  bəyanatlarında  ümumi və heç nəyə hesablanmayan fikirlərə rast gəlirik”.

Danışıqların formatı ilə bağlı Paşinyanın açıqlamasını şərh edən politoloq qeyd etdi ki, Ermənistan tərəfinə Dağlıq Qarabağın müstəqil tərəf olmayacağı birmənalı şəkildə izah edilməlidir: 

“Danışıqlar prosesinin subyekti Azərbaycan və Ermənistandır. Müzakirələr Dağlıq Qarabağ üzərində aparılır. Dağlıq Qarabağ obyektdir, subyekt deyil. İşğal edilmiş ərazilər qaytarıldıqdan, məcburi köçkünlər öz evlərinə döndükdən, azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu yaşayışı təmin olunandan, Dağlıq Qarabağa müvəqqəti status verildikdən sonra alt subyekt kimi danışıqlarda iştirak edə bilər. Bu da mərhələli həll planının tərkib hissəsidir. Həmin danışıqlarda da Dağlıq Qarabağın erməni icması ilə yanaşı azərbaycanlı icması da yer almalıdır. Lakin Paşinyan birtərəfli mövqedən çıxış edir və bütün bunların müsbət nəticəsi olmur”. 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Danimarkada hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb
19:55 20.04.2024
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:35 20.04.2024
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:28 20.04.2024
Türkiyədə fırtına məscidin minarəsini uçurdu, leysandan küçələri su basdı
19:00 20.04.2024
Ceyranbatan su kanalında bir nəfər batıb
18:35 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Hamısı