"Təhdid elə özü də diplomatiyanın bir formasıdır və ABŞ-İran münasibətlərində bundan çox istifadə olunur. Diplomatiyada məqsədə çatmaq və daxili siyasətdə istifadə olunur ki, bu da siyasətçilər üçün çox vacibdir".
Bunu Eurasia Diary-ə açıqlamsında Yaxın Şərq üzrə politoloq, Rusiya Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin sədr müavini İqor Pankratenko deyib.
"Son onilliklər ərzində Vaşinqton və Tehranın verdiyi bəyanatlar ilk baxışdan elə bir təəssürat yaradırdı ki, sanki sabah müharibə başlayacaq. Ancaq heç nə baş vermirdi. Buna görə də, tərəflərin söz savaşını çox da ciddi qəbul etməyin. Müharibəyə hazırlığın dəqiq əlamətləri olur. Nə qədər ki, burada bu əlamətlər görünmür, siyasətçilərin təhdidləri və sərt ifadələrini rahat şəkildə qulaqardı etmək olar", deyə siyasi şərhçi bildirib.
Əksinə, bu Amerika prezidentinin İranla hər hansı bir dialoqa ciddi hazırlaşmaq, bu dialoqun gedişatını yaxından izləmək üçün çağırışıdır. Həmçinin. ABŞ bu zaman hər hansı kiçik detalı diqqətdən qaçırmamağa, Tehrana müqavilələri pozmağa və ya müqavilədən kənara çıxmağa imkan verməməyə çalışacaq.
Politoloqun fikrincə, Tramp əmindir ki, Obama administrasiyası İranın nüvə proqramı ilə bağlı Sazişi hazırlayanda bu şərtlərə əməl olunmurdu və buna görə də saziş ABŞ üçün olduqca səmərəsiz, hətta zərərli oldu. İndi ABŞ ilə İran arasında məsləhətləşmələr bu Sazişin yeni bir versiyası üzərində qurulduğuna görə Tramp bu vəziyyətdən qaçmaq istəyərdi.
Mən onu sıfır olaraq qiymətləndirirəm. İran Hörmüz boğazında böhranın yaranmasına səbəb olmaqla beynəlxalq gündəmə təsir göstərmək bacarığını ortaya qoydu. Buna cavab olaraq, ABŞ və müttəfiqləri "Mühafizəçilər"i işə salmaqla Tehrana öz potensiallarını nümayiş etdirirlər. Tənqid olunası heç nə yoxdur və bunun diplomatiyada başqa bir qeyri-rəsmi adı da var- "dişlərini qıcamaq" və ya sadəcə "əzələ nümayişi".
Ülvi ƏHMƏDLİ