Azərbaycan "yanğınsöndürən" maşın deyil politoloq

Analitika 13:46 14.08.2019

"Azərbaycan və İran prezidentlərinin son telefon danışığı ondan xəbər verir ki, Moskvada üçlü – Rusiya, Azərbaycan və İran zirvə görüşünün təxirə salınmasının səbəbkarı nə Bakıdır, nə də Tehran. Moskvada Azərbaycan və İran prezidentləri ayrıca görüşməli idilər və bunun anonsu günlər öncədən verilmişdi, onlar bu görüşdə maraqlı idilər, ancaq onlardan asılı olmayan səbəbdən (Kremlin elan etdiyi “texniki səbəb”) görüş baş tutmadı. Ona görə də İran və Azərbaycan prezidentləri heç olmazsa telefonla fikir mübadiləsi aparmağa ehtiyac duydular".

Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, Amerikanın ağır sanksiyalarının təsiri altında olan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyəti artıb.

"Bunu İran prezidenti Həsən Ruhaninin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla söhbətdə işlətdiyi ifadələr də göstərir. İlham Əliyev də əməkdaşlığın inkişafının əleyhinə deyil, tam əksinə İranı Ermənistanla birgə layihələrdən uzaqlaşdırmaq rəsmi Bakının əsas vəzifələrindən biridir. Sadəcə, Həsən Ruhaninin telefonda söylədiyi bir cümlə diqqəti cəlb edir. İkitərəfli təmaslardan məmnuniyyətini dilə gətirən Həsən Ruhani deyib: “İki ölkə arasındakı razılaşmaların yerinə yetirilməsinin sürətləndiriləcəyinə ümid edirəm”.

Hansı razılaşma ləng həyata keçirilir ki, Həsən Ruhani sürətin artırılmasını arzu edir? Bəlkə söhbət Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmalı olduğu 500 milyon dollar razılaşmasından gedir?

Amerika İranla bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edir. Ona görə də krediti ayırmaq asan məsələ deyil. Azərbaycanla İran arasında kredit razılaşması ABŞ prezidenti Barak Obamanın dövründə əldə olunub. Həmin dövrdə isə ABŞ-ın İrana qarşı indiki sanksiyaları qüvvədə deyil, əksinə nüvə razılaşması əldə olunmuş və İran iqtisadi inkişafa ümid edirdi. Donald Trampın prezident seçilməsi ilə bütün razılaşmalar pozuldu. Əlbəttə, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində maraqlı olan ölkədir, ancaq bizdən asılı olmayan reallıqlar da yaranıb ki, Tehran bunu nəzərə almalıdır. Bu reallıqlarla hətta bəzən Rusiya hesablaşır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Zərifi ilə görüşdən bir neçə gün sonra belə ifadə işlətmişdi: “Biz yanğınsöndürən maşın deyilik ki, hər yerə özümüzü çatdıraq”. Yəni Putin demək istəyirdi ki, əlbəttə Rusiya İranla tərəfdaşlığa və əməkdaşlığa davam edəcək, ancaq İranı Amerikanın sanksiyalarından qurtara bilməyəcək. Putinin təbirincə desək, Azərbaycan da yanğınsöndürən maşın deyil...", - deyə politoloq bildirib.

 

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Hamısı