Türkiyədən azərbaycanlıları qıcıqlandıracaq ADDIM erməni nazirin iştirakı ilə alban kilsəsini... + FOTO

Analitika 14:19 02.09.2019

27 avqust 2019-cu il tarixində Qafqaz Udin-Alban Xristiyan icmasının rəhbərliyi ilə bir qrup icma üzvü ataları tərəfindən yaradılan, Türkiyənin Van şəhərində yerləşən Akdamar kilsəsinə ziyarət edib və burada dini ayin keçiriblər. Kilsəni ziyarət edən udin həmvətənlərimiz ermənilər tərəfindən özünküləşdirilən kilsənin Qafqaz albanları və udinlərinə məxsus olduğunu bildiriblər.

Rafik Danaqari ile ilgili görsel sonucu

“Akdamar kilsə”si barədə

Akdamar kilsəsinin həm tarixi, həm də memarlıq dizaynı bizə onu deməyə əsas verir ki, bu məbədin ermənilərlə heç bir əlaqəsi yoxdur. Lakin təəssüflər olsun ki, qardaş Türkiyə Respublikasında belə, bu kilsə “erməni kilsəsi” olaraq tanınır.

Akdamar kiləsi Vanın Akdamar adasında yerləşən nadir mədəniyyət abidələrindən biridir. Erməni mənbələri bu kilsənin 915-921-ci illərdə I Qaqikin əmrilə memar Manuel tərəfindən inşa edildiyini bildirir. Lakin bu sadəcə ermənilərin iddiasıdır və tarixi əsası olmayan bir fərziyyədir. Kilsənin girişindəki dəhlizdə müxtəlif flora və fauna nümunələrinin rəsmləri, eyni zamanda “Müqəddəs İncil”dən bəzi ayələrin rəsm şəklində ifadə edildiyi görülür.

Qeyd edək ki, hətta erməni tarixçiləri bu rəsmlərin erməni mədəniyyəti üçün “nadir” sənət nümunəsi hesab edir və buna bənzər rəsmlərin digər erməni kilsələrində görülmədiyini qeyd edirlər.

akdamar kilisesi dekoru ile ilgili görsel sonucu

Kilsənin girişində yerləşən qabartma üzərində bir rəsm var. Bu rəsmdə birisi at üzərində 180 dərəcə dönərək ox atır. Bütün tarixçilər qəbul edirlər ki, bu tipli qayaüstü rəsmlər türk xalqlarına məxsusdur. Həmçinin abidədəki at rəsmlərinin birində atın ayağında hilal olduğu aydın görülür. Hilal, islamiyyətdən əvvəl türklüyün simvollarından biri kimi qəbul edilir. Buna görə də bu abidə qurulması tarixinə də diqqət yetirsək tamamilə xristian - türk abidəsidir və xristian albanlara və ya peçeneqlərə məxsus olma ehtimalı yüksəkdir.

Bu kilsə Osmanlı dönəmində də muhafizə edilib və bu dövrdə onun ətrafında icma evi, sonralar isə zəng qülləsi inşa edilib. 1951-ci ildə Türkiyədə Adnan Menderes hökuməti kilsənin dağıdılması ilə bağlı əmr verib. Lakin o dövrlərdə gənc bir jurnalist olan, sonradan məşhur türk yazıçısına çevrilən Yaşar Kamal bu kilsənin sökülməsini ifşa edib və yazılarında bu addımı atan hökuməti sərt tənqid edib. Sonradan türk hökuməti abidənin tarixi əsər olduğunu nəzərə alaraq sökülməsini dayandırıb.

“Kilsə restovrasiya adı altında erməniləşdirilib”

Kilsə 10 illər boyu baxımsız bir vəziyyətdə qalıb. Lakin 2007-ci ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hökumətin “Türkiyə və Ermənistan erməniləri ilə əlaqələri yaxşılaşdırmaq” siyasətinə uyğun olaraq 1,5 milyon dollar ayırıb və kilsəni təmir etdirib. 29 mart 2007-ci il tarixində kilsə Ermənistan mədəniyyət nazirinin də iştirak etdiyi bir mərasimdə yenidən açılıb.

ermeni ve türk akdamar ile ilgili görsel sonucu

Diqqət etdiyiniz kimi, kilsə Ermənistan mədəniyyət nazirinin iştirakı ilə yenidən açılıb. Bəs, alban kilsəsinin açılışında erməni nazirin nə işi var? Yəqin ki, o dövr baş nazir olan, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın bu kilsənin Azərbayan udin və albanlarına məxsusluğundan xəbəri yox idi. Bəs bizim Mədəniyyət Nazirliyimizin necə?

Qeyd edək ki, tarixçi alim Kərəm Məmmədov bu kilsəyə dəfələrlə səfər edib və haqqında elmi araşdırmalar aparıb. Eurasia Diary-ə açıqlama verən K.Məmmədov bildirib ki, restovrasiyadan sonra kilsə bilərəkədən erməniləşdirilib:

kərəm məmmədov ile ilgili görsel sonucu

“Mən dəfələrlə o kilsədə olmuşam. O kilsə ilə bağlı müxtəlif elmi məqalələr yazmışam. Kilsə həm memarlıq üslübü, həm də üzərindəki təsviri dekorativ rəsmlərinə görə tam alban məbədləri üslübundadır. Bu kilsəni Qaxda, Şəkidə və digər regionlarımızda yerləşən qədim alban abidələrindən fərqləndirmək çox çətindir. Bundan savayı kilsənin ətrafındakı abidədə Yusif Sacoğlunun rəsmləri var. Abidə tam şəkildə alban-türk kilsəsidir. Lakin mən abidə restovrasiya olunduqdan sonra buradakı rəsmlərin əksəriyyətinin silindiyini, yeni dekorativ naxışların əlavə olunduğunu gördüm. Hətta bunun rəsmlərini də çəkmişdim. Sanki qəsdən abidənin üzərində işləyiblər ki, onu erməniləşdirsinlər”.

Tarixçi alim xristianlığın Azərbaycan xalqının keçmişi olduğunu və bu dövrün abidələrinə sahib çıxmağın zəruri olduğunu da qeyd edib:

“Biz islamı qəbul etdikdən sonra xristian dövrünə aid olan abidələrimizin üzərindən əlimizi çəkdik. Sonradan bu abidələrə Qafqazdakı digər qonşularımız yiyələndilər. Daha sonralar 1836-cı ildə qəbul edilən, Çarın alban katalikosluğuna daxil olan kilsələrin erməni “Qriqoryan kilsəsi” tabeliyinə verilməsi barədə fərmanından sonra isə gürcü və ermənilər regionda harada xaç görsələr “bizimdir” deməyə başladılar. Doğrusu, bu yanaşma ilə barışmaq olmaz. Xristianlıq bu xalqın keçmişidir və keçmişimizlə bağlı kifayət qədər “Akdamar kilsəsi” kimi kilsə və mədəni abidələr qalıb. Bu abidələrə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək boynumuzun borcudur. Mədəniyyət və Turizm nazirimiz şəxsən bu məsələ ilə məşğul olmalıdır. Qardaş Türkiyədəki bu abidənin ermənilər tərəfindən özününküləşdirilməsinə imkan vermək olmaz”, - deyə K.Məmmədov bildirib.

Bu kilsə bizim atalarımızındır”

Rafik Danaqari ile ilgili görsel sonucu

Akdamar kilsəsinin qədim alban kilsəsi olduğunu sadəcə tarixçilər deyil, alban-udinlər də qeyd edirlər. "Akdamar kilsəsi"nə ötən həftə səfər etmiş Qafqaz Udin-Alban Xristian icmasının sədr muavini Rafik Danaqari də bunu təsdiqləyir:

“Bu kilsə bizim atalarımızın, Qafqaz albanlarının və udinlərin inşa etdikləri kilsədir. Bunu kilsənin dekorasiyasına və tikilmə tarixinə diqqət yetirdikdə anlamaq mümkündür. Ermənilər bu abidəni özününküləşdirməyə çalışırlar. Buna imkan vermək olmaz və erməni vandalizminə son qoymağın vaxtı gəlib çatıb. 1836-cı ildə rus çarı bir fərman imzaladı və bizim kilsələri ermənilərin tabeçiliynə verdi. Biz o zamandan kilsəsiz qaldıq, etiraz etdik və evlərimizi kilsələrə çevirdik. O zamandan bəri ermənilər Naxçıvanda, Anadoluda, Qafqazda, harda xaç görsələr “bizimdir” deyillər, lakin bu abidələr alban və udin xalqlarınındır”.

Bəli, təəssüflər olsun ki, işğala məruz qalan sadəcə torpaqlarımız deyil, həm də mədəniyyətimizdir. Lakin işğaldan xilas olmaq mümkündür və bunun sadəcə bir yolu var: Vətənə, dövlətə, mədəniyyətə və tarixə SAHİB ÇIXMAQ!!!

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Hamısı