Kiprli jurnalist Bakını Xəzərin Dubayına bənzətdi "Bakıya hər gələndə çox təəccüblənirəm"

Analitika 13:55 26.09.2019

Xəzərin Dubayı, Parisi Bakı

18 oktyabr 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanı bu günə qədər bir neçə dəfə ziyarət etmək fürsətim olub. Etiraf etməliyəm ki, Azərbaycanın paytaxtı Bakıya hər dəfə gələndə çox təəccüblənirəm. Təbii ki, bir o qədər də həyəcanlanıb, qürur duyuram.

Təəccübümün səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin son dövrdə iqtisadiyyat və quruculuq istiqamətlərində inkişafını müşahidə etməyimdir. Məsələn, Azərbaycanda bir müddət əvvəl vətəndaşların maaşları 50% artırılıb. Banklara kredit borcu olan vətəndaşların faizlərinin böyük bir qismi dövlət tərəfindən ödənilib. Dövlətin bu il vətəndaşlara etdiyi sözügedən güzəştlərin təxminən 3,5 milyard dollar dəyərində olduğu deyilir.

Bakıya Azərbaycanda “Küləklər şəhəri” deyirlər. Bunun səbəbi isə Bakı sözünün “Badi Kubə” sözündən əmələ gəlməsidir. "Badi Kubə" küləklər şəhəri mənasını ifadə edir. Bakı adının haqqını verir. Bakıda olduğumuz müddətdə xalq tərəfindən “Gilavar” və “Xəzri” adlandırılan küləklər bizi olduqca sərinlətdi və rahatlaşdırdı.

Bakıya bu dəfə Beynəlxalq Mətbuat Şuraları AssosiasiyasınınXVIII ümumi qurultayına qatılmaq üçün Kipr Türk Mətbuat Şurası nümayəndə heyəti ilə gəldik. Bizlə birlikdə dünyanın dörd bir tərəfindən otuza yaxın jurnalist həmkarımız da Bakıya səfər etdi.

Bakıya ilk dəfə səfər edən jurnalist dostlarım bu şəhərə heyran qaldılar. Təzələnən Heydər Əliyev Aeroportu gələnləri son dərəcə heyrətləndirir. Bakını gecə və gündüz gözü ilə gördükdən sonra jurnalistlər olaraq ortaq fikrimiz şəhərin sürətlə Dubay olmaq yolunda irəlilədiyi idi.

Xüsusilə son 10 ildə Azərbaycanda baş verən sürətli inkişaf və quruculuğa ayrılan diqqət hər mənada özünü göstərməyə başlayıb. Yeni və müasir memarlığa sahib binaların son dərəcə artdığını sonuncu səfərimdə bir daha gördüm və Bakının çöhrəsinin daha da müsbət yöndə dəyişdiyini müşahidə etdim. Şəhər infrastrukturunun təkmilləşdirilməsi layihələri Bakıya ayrı bir don geyindirib. Bakının mərkəzində və yaxın ətrafındakı tarixi binalara uyğun olsun deyə digər binalar da eyni memarlıq üslubunda restovrasiya edilirlər. Bakı həqiqətən də muasir və tarixi memarlıq üslublarının qovuşduğu bir şəhərdir.

Avroviziya Mahnı Müsabiqəsi üçün tikilən, 25 min nəfərlik “Kristal Saray” (Cristal Hall) mükəmməl gecə işıqlandırılması ilə şəhərdə çox gözəl görüntülərin meydana gəlməsinə səbəb olur. "Kristal Saray"da bu günədək Şakira, Cenifer Lopez, Rihanna kimi dünya ulduzlarının konsertlər verdiyini öyrənəndə jurnalist həmkarlarım çox təsirləndilər.

Bu günə qədər “Formula 1” yarışlarına Bakının 4 dəfə ev sahibliyi etmiş olması da bizi heyrətə düşürən mövzulardan biri oldu.

190 metr hündürlüydəki “Alov Qüllələri” ilə 310 metr hündürlükdəki “Teleqüllə” gecələr tərtib edilən göz qamaşdırıcı işıq şouları ilə Bakıya qonaq gələn hər kəsi büyüləyir.

Keçmişdə Parisə “Ville De Lumiere”, yəni, “İşıq Şəhəri” deyilirdi. Elə görünür ki, hazırda bu ünvan Bakıya daha çox yaraşır.

Nizami küçəsi o qədər gözəl işıqlandırılıb ki, gecələr belə gündüz kimi gəzə bilərsiniz. Burada restoranlar, kafelər, böyük alış-veriş mərkəzləri, istirahət parkları var. Bakının bir digər diqqət çəkən xüsusiyyəti isə təmiz, müasir və təhlükəsiz olmasıdır. Heç kim sizi narahat etmir. Oğurluq hadisəsi yox deyilə biləcək qədər azdır.

Bakıda dünyanın nadir markalarının yer aldığı mağazalar Paris, London və Milanı qisqandıracaq gözəllikdədir və şəhərə ayrı bir canlanma gətirir.

Bakının dünyanın heyran olduğu bir çox Avropa şəhərlərindən heç bir fərqi yoxdur. Hətta bəzi Avropa şəhərləri ilə müqaisədə Bakı daha təmiz və baxımlıdır. Bakı küçələri böyük bir diqqətlə yaşlı qadınlar tərəfindən təmizlənir. Təmizlənmə işləri adətən gecə saatlarda, ya da gün doğmadan əvvəl həyata keçirilir. Şəhərin təmizliyinə xüsusi önəm verilir.

Xalq tərəfindən “Köhnə şəhər” olaraq adlandırılan İçəri Şəhər Şərqin ən qədim yerlərindən biri olaraq içərisində Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə YUNESKO tərəfindən Dünya Mədəni İrsinə daxil edilib. İçərişəhərin küçələrində insan gəzərkən özünü tarix içərisində səyahət etmiş kimi hiss edir.

Qız Qalası Bakının simvollarından biridir. 27 metr hündürlüyə sahibdir və XII əsrdə inşa edilib. Rəvayətə görə, sevdiyinə qovuşa bilməyən bir xanın qızı özünü bu qaladan dənizə atıb və o günlərdən sonra qalaya “Qız Qalası” adı verilib.

Bakıda köhnə ilə yenini iç-içə görə bilmək mümkündür. İçərişəhərdə tarixi və mədəni anlamda köhnə olanı, davamlı olaraq özünü yeniləməkdə olan yeni şəhərdə isə göydələnlər və muasir memarlığın bir-birindən fərqli nümunələrini birlikdə görə bilərsiniz.

Bakıya səfər edən hər kəsin vaxt ayırıb Qobustan tarixi ərazisini ziyarət etməsini xüsusilə tövsiyyə edirəm. Qobustan qaya üstü rəsimləri petroqliflər baxımından olduqca zəngin bir sahədir. Arxeologiya və tarixlə maraqlanırsızsa Bakıda Qobustan Milli Parkını mütləq gəzməlisiz.

Heydər Əliyev Mərkəzi şəhərin ən gözəl binalarından biridir. Mərkəzdə konsert salonları, mədəniyyət qaleriyaları, müzey və kitabxana mövcuddur. Qeyri-adi memarlıq üslübü ilə seçilən Heydər Əliyev Mərkəzinin memarlarından biri Kipr türkü olduğunu bilirdiniz? Bu mərkəzin memarlarından biri Kipr türkü Saffet Qaya Bəkiroğludur.

Azərbaycanın müstəqilliyi qazanmasından sonra Bakıda tikilən ilk muasir binalardan biri olan “Land Mark 1” və “Land Mark 2” nin sahibi də Kipr türkü Əfruz Müdüroğludur. Bakıdakı Kipr nümayəndəliyi də bu binada yerləşir.

Bakıda Türkiyə Cumhuriyyəti səfirliyinin yaxınlığında yerləşən Atatürk heykəli olduqca diqqətçəkicidir. Çox böyük və bir o qədər də ehtişamlı olan heykəl Azərbaycan türklərinin Atatürkə məhəbbəti və hörmətinin simvoludur.

Bakıda həmçinin Turan Yazqan Vəqfinə aid olan Türk dünyası Bakı Atatürk Liseyinin uzun illərdir fəaliyyət göstərdiyini də qeyd etmək yerinə düşər.

Hər zaman olduğu kimi, bu dəfə də Bakıya səfər edəndə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib dua etdim...

Bu il Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 101-ci il dönümüdür. Nuru Paşa rəhbərliyində Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını xilas edib. Qafqaz İslam Ordusu Azərbaycan, Qarabağ və Dağıstanı düşmən işğalından azad edib.

Azərbaycan türklərinin Nuru Paşaya duyduqları məhəbbət və hörmətin nişanəsi olaraq qarşıdakı aylarda Bakıda bu görkəmli komandana heykəl qoyulacağını öyrəndim.

Mən və digər jurnalist həmkarlarım belə qənaətə gəldik ki, Bakı Xəzərin Parisi və Dubayı olmaq yolunda əmin addımlarla irəliləyir. Azərbaycandakı bu inkişafı müşahidə etməyim məndə böyük qürur və həyəcan hissi oyatdığını qeyd etməliyəm.

Əgər bu günədək Bakıya səfər etməmisizsə, ya da uzun müddətdir Bakını görməmisizsə Xəzərn Dubayı, Parisini vaxt itirmədən görməyinizi tövsiyyə edirəm...

Gökhan Güler ile ilgili görsel sonucu

Gökhan Güler,

Kipr Türk Mətbuat Şurasının İdarə Heyətinin üzvü 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı