"Ermənistanın müxtəlif təxribatlara əl atması yeni bir şey deyil və bununla heç kimi təəcübləndirə bilməz. İki dövlət arasındaki qısqanclıq və göz götürməzlik artıq sərhədləri keçir".
Bu sözləri Eurasia Diary-ə politoloq Ramiyə Məmmədova Azərbaycana məxsus pilotsuz ucuş apparatının qanunsuz olaraq Qarabağ ərazisində Ağdam səmasında uçması və onun vurulması haqda verilən məlumatlarla bağlı açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərini hər zaman korlamağa calışan Ermənistan bununla da yeni təxribata əl atıb:
“İsrail istehsalı olan pilotsuz ucuş aparatının qanunsuz olaraq Qarabağ ərazisində Ağdam səmasında uçması və onun vurulması haqda verdikləri məlumat Ermənistanın xəstə təxəyyülünün göstəricisindən başqa bir şey deyil. Ermənistan iki dövlət arasındakı isti münasibət və strateji əməkdaşlığı həzm edə bilmir. İsrail dövlətində səfirlik açmasına qərar verilsə də, Ermənistan anlamalıdır ki, bu dostluq tək diplomatik yollarla deyil, həm də insani faktorlara dayanır. Yəhudilər bü gün Azərbaycanı ən tolerant, multikultural və özlərinin yaşamaq ücün ən rahat hiss etdikləri ölkə sayır. Monomillət təxəyyüllü Ermənistan bunun nə olduğunu anlamağa çətinlik çəkər. Yaratdıqları insidentlər, zamanında ermənilərin yahudilərə qarşı törədikləri soyqırımlar və qırğınlar azərbaycanlı-yəhudi dostluğu yaşadıqca və öz torpağı kimi qoruduğu Azərbaycanı da qoruduqca, nə yaddan çıxmayacaq nə də bu münasibətlər soyumayacaq".
R.Məmmədovanın sözlərinə görə, bü gün verilən dezinformasiya xarakterli məlumatlar Ermənistanın bir daha yəhudi cəmiyyətinin gözündə alçalmasına gətirib çıxaracaq.