Oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Birliyinin (AİB) sammiti keçiriləcək. Bununla əlaqədar olaraq, AİB ölkələrinin başçıları, o cümlədən Vladimir Putin Ermənistana gələcək. Ermənistan KİV-də yazırlar ki, iki ölkə arasındakı münasibətlər o qədər gərgindir ki, Putin Ermənistanın paytaxtında bir neçə saat qalacaq və Paşinyanla görüşmədən uçacaq.
Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Ermənistan-Rusiya dövlətlərarası münasibətlərindəki mövcud vəziyyət barədə Eurasia Diary-ə eksklüziv açıqlama verib.
Politoloqun sözlərinə görə, Rusiyada Paşinyanın Moskvanın maraqlarına uyğunsuz olduğunu deyənlər Sarkisyan və Köçəryanın dövründə Ermənistanın Rusiyadan gələn çirkli pulların yuyulmasında “paltaryuyan maşını” funksiyası yerinə yetirməsinə çalışanlardır.
"Ancaq Paşinyan Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçəcək addım atmır, bu onun sonunu gətirə bilər. Bununla da o, Rusiyanın siyasi elitasını qane edir".
O.Kuznetsov hesab edir ki, Paşinyanın Kremlə qarşı etinasızlığı maskasının arxasında onun istənilən yolla hakimiyyətdə qalmaq arzusu gizlənir.
Kamal ƏLİ