Azərbaycandan Pakistana DƏSTƏK "Bakı bu işğalı tanımır"

Analitika 18:29 30.09.2019

Məlum olduğu kimi Kəşmir problemi sonuncu dəfə Hindistan parlamentinin 5 avqust 2019-cu il tarixində beynəlxalq hüquqa, hətta Hindistan qanunlara zidd olaraq, Cammu və Kəşmirin yüksək muxtariyyatını ləğv etmək haqqında qərarını qəbul etməsindən sonra yenidən aktuallaşdı. Bu qərarın ardınca Kəşmirdə yaşayan 200-ə yaxın müsəlman siyasətçinin həbs edilməsi, Kəşmirdə telefon və internet xətlərinin kəsilməsi, ərazidə yaşayan insanlara qarşı təzyiqlərin artırılması və regiona əlavə olaraq 180 min nəfərlik Hindistan qoşunun yeridilməsi Kəşmiri “açıq hava həbsxanası”na çevirdi və regiondakı vəziyyəti daha da kəskinləşdirdi. 

keşmir sorunu ile ilgili görsel sonucu

Kəşmirdə Hindistanın yeni bir işğal siyasət ilə üzləşən Pakistan çətin dövrlərdən keçməsinə baxmayaraq Qarabağ problemində Ermənistanın həyata keçirdiyi radikal siyasəti diqqətdən qaçırmadı və Ermənistan rəhbərliyinin münaqişəni alovlandıracaq addımlarını sərt şəkildə qınadı.

Belə ki, ötən günlərdə Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb etdi.

O qeyd etdi ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq.

sah mahmood kurehsi ile ilgili görsel sonucu.

Həmçinin Mahmud Qureşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.

Göründüyü kimi Pakistan ən çətin durumlarda belə Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Qeyd edək ki, Pakistan həm də Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Pakistan Ermənistanla demək olar ki, heç bir diplomatik əlaqə qurmur, hətta Ermənistanı müstəqil dövlət kimi tanımır. Eyni zamanda, Pakistan illərdir Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək olur, bütün beynəlxalq tribunalardan onun haqlı mövqeyini müdafiə edir.

Bəs Azərbaycan Respublikasının Kəşmir məsələsi ilə bağlı mövqeyi nədən ibarətdir?

Eurasia Diary-nin bu sualına cavab verən Xarici İşlər Nazirilyinin mətbuat katibi Leyla Abdullayevə nazir Elmar Məmmədyarovun bu məsələ ilə əlaqədar Nyu Yorkda verdiyi bəyanatı xatırladıb:

"Xarici İşlər naziri Elmar Məmmədyarov 25 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib”.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Tahir Rzayev Eurasia Diary-ə verdiyi açıqlamada Azərbaycanın Kəşmir məsələsində sərgilədiyi mövqeyi izah edib.

Tahir Rzayev ile ilgili görsel sonucu

T.Rzayev əvvəlcə Azərbaycan parlamentinin üzvlərinin və bütün xalqın İƏT toplantısında Azərbaycan mövqeyini müdafiə edən Pakistan Xarici İşlər nazirinə minnətdar olduğunu vurğulayıb:

“Pakistan Azərbaycan müstəqilliyini tanıyan sayca ikinci dövlətdir, qardaş respublikadır. Müstəqilliyimizin ilk illərindən biz Pakisanın dəstəyini müşahidə etmişik. O dövrlərdə biz Azərbəycan və Pakistan arasındakı əlaqələrin möhkəm olmasını istəyir və buna çalşırdıq. Çünki Pakistan əhalisinin sayına, hərbi imkanlarına və geosiyasi durumuna görə islam dünyasının öncül dövlətlərindən biri idi. İstər Ulu Öndər Heydər Əliyevin, istər sə də prezident İlham Əliyev dövründə Azərbaycan-Pakistan münasibətləri yüksələn  xətlə inkişaf etmiş və iki dövlətin qardaşlığı daha da möhkəmlənmişdir. Xüsusən siyasi və hərbi sahələrdə əməkdaşlıq Azərbaycan və Pakistan arasında son illərdə daha da intensivləşib. Pakistan rəsmiləri istər beynəlxalq ictimaiyyət qarşısında, istərsə də Azərbaycanda daim Dağlıq Qarabağ problemində Azərbaycanın haqq səsini müdafiə ediblər, problemin həllinə dəstək veriblər. Çox yaxşı haldır ki, İƏT-in sonuncu toplantısında da Azərbaycanın haqlı mövqeyi Pakistan tərəfindən müdafiə edildi və dəstəkləndi. Hər birimiz cənab Qüreşinin açıqlamalarınından qürur duyduq. Cənab  Qureşinin açıqlamalarına nəzər salanda bu fikirlərin Pakistanın deyil də, sanki Azərbaycanın yüksək vəzifəli bir məmurun Qarabağla bağlı danışdığını düşündüm. Həqiqətən də bu çox qürurvericidir. Ona görə də biz Pakistan rəhbərliyinə Cənab İmran Xan və Cənab Qureyşi başda olmaqla xüsusi minnətdarlığımızı bildiririk".

Deputat həmçinin Azərbaycanın daim Kəşmir məsələsində Pakistanın yanında durduğunu, ona dəstək olduğunu deyib.

“Azərbaycan hökuməti hər zaman bu məsələdə qardaş Pakistan Respublikasını dəstəkləyib. Və bu gün də mən Azərbaycan millət vəkili kimi bu fikirdəyəm ki, Pakistan öz torpaqlarının azadlığında, Kəşmir məsələsində haqlıdır və Azərbaycanla birlikdə bütün beynəlxalq ictimaiyyət Pakistana öz dəstəyini nümayiş etdirməlidir. Kəşmirdə və Qarabağda yaşayan əhali bənzər təcavüzlərlə, qırğın və işğallarla üz-üzə qalıb. Həm kəşir, həm Qarabağın bir hissəsi işğal edilib. Ona görə də Azərbaycan bu işğalı tanımır və Xarici İşlər nazirimizin də qeyd etdiyi kimi beynəlxalq hüququn həm Qarabağda, həm də Kəşmirdə bərqərar olmasını tələb edir, dəstəkləyir. Lakin təəssüflər olsun ki, BMT-nin həm Kəşmir, həm də Qarabağ haqqında qəbul etdiyi qətnamələrə riayət edilmir. Beynəlxalq ictimaiyyət Kəşmir və Qarabağ probleminə səssiz qalmamalıdır. Çünki bu səssizlik yeni münaqişə ocaqlarının formalaşmasına səbəb ola bilər”, - deyə T.Rzauyev bildirib.

Nicat İSMAYILOV

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Hamısı