"Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" Fərid Vaqifli

Analitika 18:08 03.10.2019

Bu gün, 3 oktyabr Azərbaycan tarixi üçün xüsusi əhəmiyyəti olan günlərdən biridir. Belə ki, 26 il öncə məhz bu gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. Bu günün tarixi əhəmiyyəti ilə bağlı, tarixçi Fərid Vaqifli öz fikirlərini Eurasia Diary oxucuları üçün bölüşüb:

XX-əsin 80-ci illərinin sonuna doğru SSRİ artıq öz süqut dövrünə qədəm qoydu. Bu sonu özü üçün başlanğıc hesab edən, müstəqillik mübarizəsinə qoşulan sovet respublikaları arasında Azərbaycanda yer aldı. Ancaq müstəqillik arzusunda olan ölkəmiz üçün bunu əldə etmək göründüyü qədərdə asan olmadı.

1987-ci ildə Heydər Əliyev Sovet İKP MK.Siyasi Bürosu üzvlüyündən istefa verməsi SSRİ-nin rəhbər orqanlarında Heydər Əliyev sayəsində Azərbaycanüzərində formalaşan “qoruyucu əlin” aradan qalxmasına səbəb oldu və Azərbaycan xalqının bütün faciələri, itkiləri də, məhz bundan sonra başladı.

SSRİ dövlət başçısının iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan Heydər Əliyevin istefasından sonra Parisdə, çıxışlarından birində Dağlıq Qarabağın Ermənistana verilməsinin iqtisadi cəhətdən məqsədə uyğun olduğunu iddia edərək Ermənistan Azərbaycan münaqişəsinin ilk qığılcımını yandırdı. Əslində görülən bu iş məqsədli idi. Çünki o zaman ki, Sovet rəhbərliyi Azərbaycanın müstəqilliyini birmənalı olaraq istəmirdi. Ermənistan tərəfindən Azərbaycana qarşı heç bir əsası olmayan torpaq iddiaları nəticəsində azərbaycanlılar öz tarixi torpağlarından qovularaq çıxarılmağa başlandı. Bu hadisələrin gedişində ölkə ciddi börhanla üz-üzə qaldı. Bir yandan totalitarizmdən demokratiyaya, digər yandan sosialist, qapalı iqtisadiyyatdan, azad bazar iqtisadiyyatına keçid edən Azərbaycan bir də Dağlıq Qarabağ problemi ilə qarşılaşdı. Bu dövr Azərbaycan üçün keçid dövrü idi və müstəqilliyə keçid xeyli sancılı olcaqdı...

heydər əliyev moskva yanvar ile ilgili görsel sonucu

 Ölkə rəhbərlərinin ardıcıl dəyişməsi ölkəni böhrandan xilas etməyin yerinə, əksinə, daha da böhranı dərinləşdirdi. Bu durum heç cür Müstəqil Azərbaycan ideyası ilə uzlaşa bilməyən SSRİ rəhbərliyi üçün əlverişli şərait yaratdı. SSRİ dərin dövləti təcavüzkar Ermənistanı dayandırmaq əvəzinə müstəqilləşən Azərbaycanı cəzalandırmaq yolunu tutdu. Bunun nəticəsi olaraq tərkibində ermənilərin də səfərbər edildiyi sovet qoşun hissələri 1990-cı ilin 19 dan 20-nə keçən gecə Bakıda dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törətdilər. Xalqımıza qarşı törədilən bu qanlı cinayətdən sonra Heydər Əliyev Moskvada özünün və ailə üzvilərinin həyatını təhlükəyə atmaq bahasına Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımıza qarşı qanlı yanvar hadisəsini törədənləri ittiham edərək ən çətin anlarda öz xalqının yanında olduğunu bir daha sübut etdi. Bu əslində yeni bir siyasi dalğanın başlanmasını özündə ehtiva edirdi. Heydər Əliyev Moskvadakı sərt açıqlamalarla meydanlara toplaşan azadlıq aşiqi gənclərə işarəni verdi: “Müstəqil olmalıyıq, artıq zaman yetişdi”.

Heydər Əliyevin Moskvadakı açıqlamaları Azərbaycanda yaşayan əhalidə böyük ruh yüksəkliyi yaratdı. Xalq artıq tək olmadığını və illərlə ona rəhbərlik edən bir liderin onun tərəfində, dəstəyində olduğunu hiss etmişdi.

20 Yanvar hadisələrindən sonra artıq Azərbaycan xalqı Sovet rəhbərliyi ilə yolunun bir olmadığı qənaətinə gələrək, öz müstəqilliyini elan etməsindən başqa yolunun qalmadığına bir daha əmin oldu. Respublikamız müstəqilliyinin bərpasının astanasında idi. Bu qanlı cinayətdən sonra Ümummilli Lider Heydər Əliyev Moskvada yaşamağın mümkün olmadığını görərək Azərbaycana, paytaxt Bakıya gəldi. Ancaq çox təssüflər olsun ki, Bakıdada o zaman ki, respublika rəhbərləri Heydər Əliyevə yaşamasına təminat vermədilər. Bu səbəbdən də Heydər Əliyev doğulduğu Naxçıvan rayonuna qayıtdı. 1990-cı ildə Heydər Əliyev Naxçıvan MR Ali məclisinin deputatı və sədri seçildi. Ümummilli liderin birbaşa rəhbərliyi ilə Naxçıvan MR-sı sovet dövrünün atributlarından imtina edərək Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağını Naxçıvanın rəsmi dövlət bayrağı kimi qəbul etdi. Bununlada Naxçıvan Azərbaycan Milli-dövlətçiliyinin bərpasının və qorunmasının bel sütununa çevrildi. Bu hadisə müasir tariximizin mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Liderin öz xalqı qarşısında tarixi xidmətlərindən biri idi. Naxçıvanda atılan bu addımlar Bakıda və digər şəhərlərdə istiqlal hərəkatını yeni bir mərhələyə daxil etdi. Artıq özümüzün bayrağı və özümüzün lideri var idi...

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Kanistitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tanklarıda artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

heydər əliyev naxçıvanda ile ilgili görsel sonucu

Lakin müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Müstəqillik qazanan xalqımız yenə onu itirmək təhlükəsi ilə üzləşdi. Səbəb isə həm müstəqilliyi qoruyacaq, müstəqilliyin qarşımıza qoyduğu vəzifələri yerinə yetirəcək liderlərin yoxluğu, həm də xaricdən, Ermənistan təcavüzü idi. O zaman qeyri-leqal seçkilərlə hökuməti ələ almış Mütəllibov iqtidarı ilə xalq arasında bütün körpülər qırılmışdı. Xüsusən Qarakənd və Xocalı facilələri bir əli, bir qulağı Moskvada olan Mütəllibovun olan-qalan nüfuzunu da heçə endirdi. Hakimiyyətin qanadları arasında ziddiyyətlər dərinləşdi.

Belə bir zamanda, 1992-ci ilin mayında ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Lakin yeni hakimiyyətdə respublikada vəziyyəti stabilləşdirə bilmədi. Yenidən hərc-mərclik yarandı. Ermənistanın işğalının davam etdiyi bir zamanda Gəncədə hərbi qiyam baş verdi. Qiyamı yatıra bilməyən o zamanki hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Bu tarixi gedişdə dövləti bu uçurumdan çıxara biləcək dövlət xadimi, bir lider lazım idi.

Qarabağda qanlı döyüşlərin getdiyi bir zamanda Gəncədə qardaş qanının tökülməsi tariximizə düşən qara ləkə hesab edilə bilər. Bu ağır dövrdə xalqı, xalqın yetişdirdiyi elitanı düşündürən yalnız bir sual var idi. Nə etməli? Belə kritik problemlemlərlə üzləşən xalqların edə biləcəyi ən yaxşı iş onu xilas edə biləcək bir lideri seçməkdir ki, zəngin dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqı bunu bacardı.

Ən mürəkkəb tarixi şəraitdə xalq Naxçıvana, Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Xalqda formalaşmış qəti inama görə yalnız o Azərbaycan dövlətini xilas etməyə, xalqı bu mənəvi böhrandan çıxarmağa, Ermənistanın davam edən işğalını dayandırmağa nail ola bilərdi. Beləliklə, xalq Heydər Əliyevi Bakıya dəvət etdi. Parlament sədri seçilən və prezident səlahiyyətlərini icra edən Ümummilli liderin qarşısında xeyli ağır vəzifələrin həll edilməsi dururdu. Lakin Umummilli Lider bu çətin vəzifənində öhdəsindən gəlməyi bacardı. 

Gəncə qiyamını heç bir güc tətbiq etmədən, diplomatik yollarla yatıran Heydər Əliyev “yanğınsöndürən lider tipi”nə şamil olunacaq keyfiyyətlərə sahib olduğunu ortaya qoydu. Qiyamın baş verdiyi Gəncə şəhərinə təkbaşına gedərək xalqın yanında oluğunu göstərdi. Hakimiyyətə 3 oktyabr seçkiləri ilə, topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində zor gücünə deyil, məhz xalqa arxalandı. Xalqı ətrafında cəmləyən Ulu Öndər cənubda və şimaldakı yeni seperatçı dalğanın böyüməsinin qarşısını aldı.

heydər əliyev prezident ile ilgili görsel sonucu

Seperatizm və daxili siyasi böhran kimi kritik məsələlər həll edilsə də keçid dövrü problemləri hələ də bitməmişdi. Ermənistanın hərbi təcavüzü davam edir, gənc övladlarımızın ardıcıl şəhid xəbərləri gəlirdi. Bu isə ölkədə sabitliyin təmin edilməsi və iqtsadi inkişafa zəmin yaradılmasına mane olurdu. Uzaqgörən siyasətçi, belə çətin bir vəziyyətdə riskə gedərək Atəşkəs yolunu seçdi. Bu yol Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi, üstünlük qazandırdı.

Heydər Əliyevin atəşkəs formulası işə yaradı, onun diplomatik səylərinin nəticəsində 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Əsrin müqaviləsi Azərbaycanın iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası baxımından həlledici hüquqi akt idi.

əsrin müqaviləsi ile ilgili görsel sonucu

Lakin ölkənin Heydər Əliyev öndərliyində qısa bir zamanda dirçəlişi və bir çox problemlərin qısa zamanda həllini tapması bir sıra xarici və daxili qüvvələrin aqressiyası ilə qarşılandı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında ölkədə ardıcıl dövlət çevrilişlərinə cəhdlər edildi, lakin Heydər Əliyevin yenilməz iradəsi, qətiyyəti, siyasi bacarığı ilə bunların da qarşısı məharətlə alındı. Hərbi çevrilişlərin qarşısının alınması həm Azərbaycanın dövlət müstəqilliyinin, həm də demokratik siyasi sistemin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Heydər Əliyev müstəqilliyin qorunub saxlanılması və strateji milli maraqların reallaşdırılmasına istiqamətlənən “balanslaşdırılmış xarici siyasət strategiyası”nın əsasını qoydu. Bu strategiyanın təməl istiqamətlərindən birini də Azərbaycan dövləti neft strategiyası təşkil edirdi. Heydər Əliyevin xarici siyasət strategiyası regionun geosiyasi kodunu dəyişdi, Azərbaycan müstəqlliyi möhkəmləndirildi.

Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqını parçalanmaqdan xilas etdi. Siyasi və iqtisadi sabitliyin formalaşmasını təmin etdi. Ölkəni inkişaf və islahatlar üçün hazırladı. Bütün bunlar bugün bizə deməyə əsas verir ki, Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Hamısı