Xalqın ölkənin ən pis iqtisadi böhranının qarşısını almaq üçün artan təzyiqləri fonunda, iqtisadi inkişafın davam etdiyini nümayiş etdirmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan, Yerevan şəhərində Avrasiya Ali İqtisadi Şurasının yüksək səviyyəli iclası ilə sadəcə özünü göstərmiş oldu.
Bu tədbirdə Avrasiya Ali İqtisadi Şurasına üzv dövlətlərlə yanaşı Avrasiya İqtisadi Birliyinə üzv olmayan dövlətlərin rəhbərləri, Sinqapurun Baş naziri Li Syan Lun və İran Prezidenti Həsən Ruhani də iştirak edirdilər.
Sinqapur kimi əsas üzv dövlətlərin və dövlət başçılarının iştirakı vacib bir sual doğurur ki, dövlət başçılarının bu toplantısı beynəlxalq aləmdə erməni təcridini necə azaldacaq?
Korrupsiya və zəif iqtisadiyyat Ermənistanda müxalifətin kütləvi etirazlarına gətirib çıxardı. Nəticədə 23 aprel 2018-ci ildə baş nazir Serj Sarkisyanı istefa verməyə məcbur oldu. Siyasi qarışıqlıq yeni hökumətin formalaşması ilə nəticələndi. Erməni xalqı bütün çətinliklərinin aradan qaldırılması üçün möcüzə gözləyərək Nikol Paşinyana mandat verdi.
Ölkənin böhranlı iqtisadiyyatını bərpa etmək hazırkı Baş nazir üçün asan məsələ deyil. Paşinyan seçki kampaniyası zamanı verdiyi vədini yerinə yetirməsini tələb edən insanların artan təzyiqi altında məhdud vaxtda böyük problemlərlə üzləşir.
Ermənistan uzun müddətdir ki, siyasi qarışıqlıqdan Nikol Paşinyanın yeni seçilmiş hökumətinin yürütdüyü nataraz siyasətə kimi çoxsaylı problemlərlə üzləşib.
Ölkədə ciddi iqtisadi problemlər var. Problemə həll yolu tapmaq əvəzinə, Nikol Paşinyan ictimaiyyətin diqqətini milli təhlükəsizlik məsələlərinə yönəltməyə çalışır. Xalqı qonşu Azərbaycana qarşı düşmən ritorikasına cəlb etmək seçicilərə verilən vədi yerinə yetirməkdən xeyli asandır.
Ermənistan əhalisinin təxminən 11 faizi günə 3.20 dollardan (1,530 erməni dramı) az qazanmaqla yoxsulluq həddində yaşayır. Hökumət davamlı olaraq büdcə kəsiri ilə qarşılaşır ki, bu da işsizliyin ən yüksək, 16 faizlik səviyyəsinə çatır.
Avrasiya Ali İqtisadi Şurası kimi görüşlər Ermənistanın korlanmış imicini dəyişmək üçün müsbət hadisədir. Lakin böyük hissənin iri balıqların payına düşdüyü belə tədbirlərdən Ermənistan nə qədər qazana bilər ki.
Bu təhlükə Nikol Paşinyanın seçildiyi dövrdə ölkənin iqtisadiyyatını yaxşılaşdırmaq və yoxsulluğa son qoymaqla bağlı irəli sürdüyü gurultulu iddialara qarşı çıxış edir.
Ermənistan daxili və xarici problemlər arasında qalıb. Xarici problemlər ölkənin daxili vəziyyətinə birbaşa təsir edir.
Dağlıq Qarabağla bağlı sürətlə inkişaf edən hadisələr Azərbaycanın 20 faiz ərazisinin qanunsuz işğalına son qoyması üçün Ermənistana qarşı təzyiqləri artırır. Erməni iddialarına beynəlxalq aləmdə ciddi əhəmiyyət verilmir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsinin Ermənistan tərəfindən pozulması qlobal təcridlə nəticələnir. Digər tərəfdən, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bu yaxınlarda Dağlıq Qarabağla bağlı verdiyi açıqlamanı rədd edib və erməni ritorikası iki ölkə arasında böyük bir uçurum yarada bilər.
Malik Ayyub Sumbal, geosiyasi analitik, şərhçi və mükafat qazanan jurnalistdir.
Məqalə https://malikayubsumbal.com/ saytında dərc edilib.