Rus tarixçisi Mariya Zaxarovanı müdafiə edərək Ermənistanın keçmiş təhsil nazirinə Njdenin kim olduğunu izah etdi

Analitika 18:33 22.10.2019

Ermənistan Respublikasının keçmiş naziri və deputatı cənab Armen Aşotyana açıq məktub

Hörmətli Armen Gevorkoviç!

Bu gün sizin artıq Milli Məclisin deputatı, Ermənistan Respublikasının Təhsil Naziri, hətta parlament partiyasının funksioneri belə olmadığınız bir vaxtda, mənim kimi eyni sosial statusa malik siravi bir şəxssiniz.

Mən sizinlə kişi kimi danışmaq üçün bu açıq məktubu yazıram. Sizin ötən gün yüksək tonda və qeyri-etik məzmunlu məktubla müraciət etdiyiniz Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Məlumat və Mətbuat Departamentinin direktoru, Mariya Vladimirovna Zaxarovanın müdafiə etməyi qərara aldım.

Əvvəlcə sizə bildirmək istəyirəm ki, bir məmura, xüsusilə bir qadına qarşı adı və atasının adı ilə  müraciət etmək Rusiyada kobudluq və savadsızlıq kimi qəbul edilir. Mən sizin nə təhsil səviyyənizi, nə də Ermənistan Respublikasının Təhsil Naziri olmağınızı müzakirə etməyəcəyəm və yalnız deyəcəyəm ki, belə açıq hörmətsizlik nümayiş etdirdikdən sonra Rusiya Xarici İşlər Nazirliyindən cavab ala bilməzsiniz. Xüsusilə, öz ölkənizdə müəyyən rəsmi statusu olmayan bir şəxsə çevrildikdən sonra.

Onu da xatırlatmaq istəyirəm ki, hörmətli Mariya Vladimirovna Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsidir, yəni rəsmi statusuna görə geniş ictimaiyyət və mətbuatla ünsiyyət hüququ həvalə olunan bir məmurdur. Siz Ermənistanda dövlət idarəçiliyində təcrübəsi olan bir insansınız. Buna baxmayaraq, başa düşməlisiniz ki, onun sizin ölkədə qəhrəman hesab edilən nasist Njdenin Ermənistan hökuməti tərəfindən qəhrəmana çevrilməsi ilə bağlı siyasətinə verdiyi qiymətləndirmənin məzmunundakı hər hansı bir dəyişiklik, onun şəxsi təşəbbüsü ilə deyil, ölkəmin siyasi rəhbərliyinin bu məsələyə münasibətinin dəyişməsinin əks olunması ilə bağlıdır.

Mən Ermənistanda nasizmin təbliği ilə bağlı dövlət siyasəti ilə bağlı Rusiyanın siyasi təbəqəsinin düşüncəsində hansı dəyişikliklərin baş verdiyini sizə başa salmaq istəyirəm. Eyni zamanda, Rusiya vətəndaşı olaraq, ömrüm boyu Njdenin nasist Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq mövzusunu araşdırmağı lazımlı və əhəmiyyətli hesab edirəm. Hörmətə layiq olmayan bu tarixi personaj Nürnberqdəki Beynəlxalq Hərbi Tribunalın hökmünə görə nasist cinayətkarıdır.

Siz, Ermənistanın keçmiş təhsil naziri və Respublikaçılar Partiyasının funksionerlərindən biri olaraq, yəqin ki bilirsiz, hələ 2000-ci ildə Ermənistanda nasist cinayətkar Njdenin qəhrəmanlaşdırılması dövlət səviyyəsində həyata keçirilməyə başlandı və bu prosesi Ermənistan Respublikası Milli Elmlər Akademiyası başlatdı. Sonra Mərkəzi Bank Njdenin şərəfinə sikkələr buraxdı, Ermənistan silahlı qüvvələrində onun adına medal təsis olundu, ölkənizin müxtəlif nazirlikləri tərəfindən poçt markaları, zərflər, kitablar, filmlər hazırlandı. Sonra Qapan və Gümrüdə Njdenin abidələri ucaldıldı. Ermənistanın müxtəlif şəhər və qəsəbələrində infrastruktur obyektlərinə onun adı verildi (şəxsən mən 14 belə ad bilirəm).

Bu prosesin davamı kimi 2016-cı ilin mayında İrəvanda Njdenin abidəsinin açılışı oldu. Nəyisə unutmadım ki? Nəticə etibarilə, müasir Ermənistanda Njdeyə qarşı pərəstiş Sovet İttifaqındakı Lenin və Stalinə qarşı şəxsiyyətə pərəstişlə müqayisə oluna bilərdi və demək olar ki, Kim Il-sung və onun Şimali Koreyadakı varislərinə pərəstişə yaxınlaşırdı.

Və bütün bu müddət ərzində Ermənistanın siyasi elitası və elmi ictimaiyyəti Njdenin Üçüncü Reyxə xidmət göstərdiyini və nasist cinayətkarı olduğunu yaxşı bilirdilər. Belə ki, SSRİ-nin dağılmasından sonra bu barədə məlumatlar ilk dəfə rus dilində nə rus, nə də  azərbaycanlılar tərəfindən deyil, erməni müəllifləri - Vaçe Ovsepyan və Rafael Ambarçumyan tərəfindən nəşr edilmişdir. Yalnız onlardan sonra, həmin nəşrlərə istinad edərək əvvəlcə azərbaycanlı, sonra rus tarixçiləri Njdenin bütövlükdə nasist rejimi ilə əməkdaşlığı və sonra Hitlerin təhlükəsizlik xidməti olan SS-dəki xidməti barədə danışmağa başladılar.

O, 1940-cı ilin martından 1944-cü ilin sentyabrına qədər, SS-in muzdlu agenti olub. Buna dair Rusiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Bolqarıstan xüsusi xidmət orqanlarının arxivlərində çoxsaylı danılmaz sənədli sübutlar var. 

Rusiya Xarici İşlər Nazirliyi, rəsmi İrəvana qarşı həmişə yüksək səviyyədə dözümlülük və sədaqət nümayiş etdirib, davamlı olaraq ölkə daxilində baş verən ictimai-siyasi dəyişiklikləri görməməyə çalışıb. Buna görə də, isz İrəvanda cəzasız qaldığınıza inanırsınız. Ancaq Rusiyanın digər idarələri, Xarici İşlər Nazirliyinin arxasından, ölkəniz və xalqınızla bunu etməməniz üçün sizə işarə edirdilər.

Xatırladım ki, hələ 2008-ci ildə Rusiya Federasiyası Təhlükəsizlik Xidməti Akademiyası "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Dövlət Təhlükəsizliyi Agentlikləri" adlı sənədlər toplusunu nəşr etdi. Onlardan birində Njde əvvəllər Bolqarıstanda yaratdığı "Hitler partiyasına bənzər erməni millətçi partiyası"nın təşkilatçısı və lideri, eləcə də “Milli Sosialist Erməni Qrupu”nun, Nasist Almaniyasının işğal olunmuş Şərq əraziləri üzrə İmperiya Nazirliyinin Ermənistan Milli Komitəsindəki nümayəndəsi kimi təsvir olunub.

2013-cü ildə Rusiya Müdafiə Nazirliyi "1941-1945-ci illər Böyük Vətən Müharibəsi" ensiklopediyasının bir cildində açıq şəkildə bildirmişdi ki, 1944-cü ildə Abverqrup-114 ("Dromedar") ilə əlaqəli bir cinayət işi çərçivəsində, əks-kəşfiyyat agentləri daşnak ordusunun keçmiş generalı Njde təxəllüsü ilə almanlara xidmət edən mühacir Ter-Harutyunyanı müəyyənləşdirib həbs etdilər".

Məhz bu ifadəni daha geniş formatda və mənbəyə istinad edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "qalmaqallı" adlandırdığınız MDB Dövlət Başçıları Şurasının oktyabrın 10-da Aşqabadda keçirilən iclasındakı nitqində sitat gətirmişdir. Ancaq o, Rusiya Müdafiə Nazirliyinin 5 il əvvəl yayınladığından daha artıq bin şey söyləmədi. Üstəlik, bütün bu illər ərzində Ermənistanda Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun redaktorluğu ilə nəşr olunan ensiklopediyada bu sitatın mövcudluğunu yaxşı bilirdilər. Belə ki, bunlar elektron Vikipediyada Njde haqqında məqalənin mətnində istifadə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev köməkçilərindən və çıxışını yazanlardan bu barədə məlumatı əldə etdikdən dərhal sonra onu MDB-dəki bütün həmkarlarına çatdırdı. Xüsusilə qeyd edək ki, təşkilat çərçivəsində II Dünya Müharibəsində Qələbənin 75 illik yubileyinin birgə qeyd olunması barədə müqavilə artıq imzalanmışdı. Nasist Njdenin abidəsi İrəvanın mərkəzi meydanlarından birində durduğu bir zamanda bu cür mərasimləri necə keçirmək olar? Beləliklə, Prezident Əliyevin çıxışı heç də qalmaqallı deyildi, əksinə olduqca konkret və işgüzar idi:

О, MDB ölkələri və xalqlarının yubiley mərasimini Ermənistan ərazisində nasist ləkəsi olmadan qeyd etmələri üçün ən qısa müddətdə maneənin götürülməli olduğunu qeyd etdi.

Və burada, 2012-ci ildə, Krasnodar diyarının Armavir şəhərindəki Müqəddəs Məryəm adına erməni-Qriqorian kilsəsinin ərazisində Vətən müharibəsinin həqiqi qəhrəmanları erməni millətinə mənsub - marşallar Baqramyan və Bağdasaryanın abidələri ilə birlikdə Njdenin də xatirə lövhəsinin qoyulması barədə məlumat verildi.

Bu müharibədə nasistlərin tərəfində vuruşan SSRİ-nin ideoloji düşməni Njdenin, nasistliyi və Hitlerizmi məğlub edən erməni komandirləri ilə bərabər sırada olmasını müasir Rusiyada erməni diasporundan heç kim gözləmirdi. Bundan 2017-ci ildə yenə Armavirdə yerli ermənilər İrəvandan birbaşa göstərişlə şəhərdə bu nasist cinayətkarına abidə ucaltmağı və küçələrdən birinin onun şərəfinə adlandırılmasını tələb etməyə başladılar. Bəyəm Rusiyanın Krasnodar diyarındakı Armavir şəhəri Moskvaya deyil, İrəvana tabedir?

İndi ümid edirəm, mənim imkanım daxilində nasizm qəhrəmanlığının Ermənistandan Rusiya ərazisinə yayılması cəhdlərinə qarşı çıxmaq üçün vaxtımı və səylərimi sərf etməyi vacib və zəruri hesab etdiyimi başa düşürsünüz. Mən övladlarımın və nəvələrimin sizin əlaqəli olduğunuz erməni nasizmi ideologiyasının daşıyıcıları ilə yan-yana yaşamalarını istəmirəm. İkinci Dünya Müharibəsi illərində atalarım döyüşüb, xəsarət alıb və yaralanıb, döyüş meydanında ölüb. Onlar nasizmlə ona görə vuruşmayıb ki, sonradan nəvələri və nəticələrinə Ermənistan Respublikaçılar Partiyası adlandıran bir ovuc fanatik erməni millətçisi öz milli qanunlarına görə yaşamağı öyrətsinlər.

Rusiyada, Konstitusiyaya uyğun olaraq, "Rusiya Federasiyasında  etnik mənşəyi və dininə görə bölünməyən çox sayda xalqlar" yaşayır. Bunu müasir Ermənistan haqqında söyləmək mümkün deyil. Biz Njde kultunu həmyerlilərinizə anlatdığımız vaxt, Rusiyada heç kim buna əhəmiyyət vermədi. Ancaq siz və həmfikirləriniz Rusiya ermənilərini öz ideoloji təsirlərinə salmaq qərarına gəldiniz və bununla da tamamilə sizə yad olan bir ölkənin vətəndaşlarına öz iradənizi diktə etməyə başladınız. Buna görə də, Ermənistanda nasizmin təbliğatı ölkənizin daxili işindən özünüz yaratdığınız beynəlxalq bir problemə çevrildi.

Əlbətdə, mən yaxşı başa düşürəm ki, siz Ermənistanda siyasi karyeranızda əsas məqsədiniz olan nasist cinayətkar Njdenin tanıdılması işini pozmamaq üçün Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasında ölkənizin iştirak etməsindən imtina etməyə hazırsınız. Sizin üçün bunu görmək çox ağrılıdır.

Sizi əmin edirəm ki, Ermənistanın nasistlərdən təmizlənməsi uzaqda deyil və bu proses ilk növbədə sizi narahat edəcək. Bu məsələdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı günahlandırmaq lazım deyil, çünki gələcək hadisələrdə o günahkar deyil. Siz artıq keçmiş siyasətçi və keçmiş məmursunuz və mənə elə gəlir ki, həyat sizə heç nə öyrətməyib. Əgər siz Njde nəzəriyyəsi ruhunda  nasist yönümlü fikirlərinizdən imtina etməsəniz, sabah tarixin bir küncünə atılmış insana çevriləcəksiniz.

İndi sizə son bir sualı vermək istəyirəm, tamamilə Qaregin Njdenin nasist ideologiyası ruhunda: bir gecədə cəmiyyətin gözü qarşısında nasist milliyyətçidən "milliyyəti olmayan", ancaq özünü düşünən birinə çevrilməyin nəticəsini öz üzərində hiss etmək necə bir duyğudur?

Oleq Kuznetsov, rus tarixçisi, hüquqşünas və politoloq

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı