İqtisadi Turana gedən yol Özbəkistan və Türkiyə örnəyi...

Analitika 14:20 14.11.2019

İllərdir, hətta əsrlərdir Turan, milyonlarla türk aydının xəyalı olub. Son bir əsrdə “Turan Birliyi” Ənvər paşanın xəyallarında, Əli bəy Hüseynzadənin ideyalarında, Məmmədəmin Rəsulzadənin Cumhuriyyətində, Atatürkün sözlərində, Alparslan Türkeşin davasında, Nazarbayevin diplomatiyasında, Heydər Əliyevin siyasətində vücud bulub.

Turan hər kəsin istəyidir. Lakin Turan arzu-niyyətdən əlavə uzun, keşmeşli və gediləsi bir yoldur. Və bu elə bir yoldur ki, onu sadəcə bir dövlət, bir lider hamı üçün gedə bilməz. Bu yolu türkdilli xalqlar birlikdə yürüməli, keçilməz, aşılmaz deyilən dağları birlikdə aşmalıdır. Çünki bu gün Turan hər bir türk cumhuriyyəti üçün zərurətdir...

 Hər bir siyasi-regional birlik kimi Turan birliyinin də qurulması üçün iqtisadi amillər mühüm rol oynayır. Başqa sözlə, Turana gedən yol iqtisadiyyatdan keçir. Çünki bu gün beynəlxalq münasibətlərdə ən önəmli təsiredici arqument ordudan çox iqtisadiyyatdır.

Türk Şurası Macarıstanın müşahidəçi statusla üzv qatılması, Özbəkistanın tamhüquqlu üzvə çevrilməsindən sonra regional birlik olmaq yolunda ciddi irəliləyişlər göstərib. Bir çox ekspertlər Türk Şurasının artıq regional-iqtisadi və ya siyasi inteqrasiya mərkəzinə çevrilmək zamanının gəldiyini düşünür.

Həm Türk Şurasının regional bir ittifaqa və güc mərkəzinə çevrilməsi, həm də Türk Birliyinin daha da möhkəmlənməsi Türk cumhuriyyətləri arasındakı ticari əlaqələrdən asılıdır. Lakin təəssüflər olsun ki, Türkdilli dövlətlər arasında ticarət əlaqələri dövlətlərin iqtisadi potensiallarının xeyli gerisindədir. Azərbaycan, Türkiyə və Macarıstan bir yana dursun, Orta Asiya türk dövlətləri arasında ticarət dövriyyəsi olduqca aşağıdır.

 2018-ci ilin rəqəmlərinə əsasən Türk Şurasına üzv olan türkdilli dövlətlər arasında ticarət dövriyyəsi göstəriciləri

Əvvəlcə Azərbaycanın və Türkiyənin digər Türk respublikaları ilə ticarət dövrüyyəsi nəzər salaq:

Azərbaycan – Türkiyə - 3,4mlrd. $

Azərbaycan – Qazaxıstan – 220 mln. $

Azərbaycan - Türkmənistan – 133 mln. $

Azərbaycan – Macarıstan – 67 mln. $

Azərbaycan – Özbəkistan – 43 mln. $

Azərbaycan – Qırğızıstan – 6 mln. $

Göründüyü kimi göstəricilər çox aşağıdır, bu rəqəmlər nə Azərbaycanı, nə də türkdilli partnyorlarını qane edə bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi haqqında danışdığımız “İqtisadi Turan”ın formalaşması üçün sadəcə bir və ya iki dövlətin çalışması fayda verməz. Digər dövlətlər də maksimum səviyyədə ikili və çoxtərəfli münasibətlərin inkişafına çalışmalıdır. 6 milyon dollar göstərici ilə Turan qurmaq sadəcə yuxularda mümkündür...

Türkiyə ilə digər Türkdilli dövlətlər arasında olan ticarət son dövrlərdəki artıma baxmayaraq bir o qədər də ürəkaçan deyil.

Türkiyə və Türkdilli dövlətlər arasında ticarət dövrüyyəsi göstəriciləri (2018-ci il):

Azərbaycan – Türkiyə - 3,4mlrd.$

Türkiyə - Macarıstan – 2,5 mlrd.$

Türkiyə - Qazaxıstan – 2,4 mlrd.$

Türkiyə - Özbəkistan – 1,7 mlrd.$

Türkiyə - Türkmənistan – 632 mln.$

Türkiyə - Qırğızıstan – 424 mln.$

Qeyd edək ki, Türkiyə ilə Macarıstan, Qazaxıstan və Özbəkistan arasında baş verən ticarət əlaqələri son 4 ildə yüksək inkişaf tempinə qədəm qoyub. Lakin Türkiyənin vitse-prezidenti Fuat Oktayın da qeyd etdiyi kimi artım olsa belə bu rəqəmlər Türkiyəni qane edə bilməz və rəsmi Ankara digər türkdilli dövlətlərlə ticarət dövrüyyəsi həcmini daha da artırmağı planlaşdırır...

Orta Asiya dövlətləri arasında son dövrlər ticarət əlaqələri xeyli inkişaf etsə də Türkmənistanın bir çox regional layihəyə qoşulmaması, Qırğızıstanın iqtisadiyyatında baş verən ardıcıl böhranlar bu dövlətlərin regional əməkdaşlığı qarşısında maniyə yaradır.

 Orta Asiyanın iki nəhəng dövləti Özbəkistan və Qazaxıstan arasında ticarət əlaqələri isə Şevkət Mirziyoyevin iqtidara gəlişindən sonra “qızıl dövrü”nə qədəm qoyub. 2018-ci ilin rəqəmlərinə görə iki dövlət arasında ticarət həcmi 2,5 mlrd. $ dəyərindədir.

Göründüyü kimi, İqtisadi Turan türk xalqlarının taleyi, rifahı, o cümlədən, Türk dövlətlərinin gələcəyi və istiqlalı baxımından nəqədər həyati əhəmiyyətə malik olsa belə yuxarıda qeyd edilən göstəricilərlə bu xəyalı gerçəkləşdirmək təəssüflər olsun ki, çox da mümkün görünmür.

Bəs nə etməli? – Özbəkistan möcüzəsi, Türkiyə örnəyi...

Zənnimcə bu sualı son dövrlər Türkiyə və Özbəkistan liderləri öz xarici siyasət strategiyaları ilə cavablayıblar. Belə ki, son illərdə Türkiyənin Türk Dünyası ilə iqtisadi bağlarını daha da qüvvətləndirmək yönündə atdığı addımlar, Özbəkistanın isə “öz qapalı qapıları”nı dünyanın üzünə açmaqla “özbək möcüzəsi”ni reallaşdırması digər türk dövlətləri üçün örnək təşkil edir.

Özbək möcüzəsi...

şevket mirziyoyev ile ilgili görsel sonucu"

Özbəkistan İslam Kərimovun prezidentliyi dövründə ekstraktiv iqtisadi və siyasi sistemə sahib olan, regionda və beynəlxalq aləmdəki dövlətlərlə sıx əməkdaşlıq etməyən bir dövlət olaraq diqqət çəkirdi. Lakin 2016-cı ildə iqtidara gələn Şevkət Mirziyoyev bu imici dəyişdi. Özbəkistanı regional siyasətin mərkəzi oyunçularından birinə çevirdi. Ən əsası isə ölkənin qapıları beynəlxalq investorların üzünə açıldı. Türk dövlətləri ilə əməkdaşlığa xüsusi diqqət yetirildi.

Mirzoyevin 3 ildə gördüyü işlər Özbəkistanın iqtisadi-siyasi həyatında baş verən reformlar və bu reformların səbəb olduğu müsbət dəyişikliklər bizi “özbək möcüzəsi”ndən bəhs etməyə vadar edir.

Son üç il ərzində Özbəkistana Cənubi Koreyadan, Almaniyadan, Fransadan, BƏƏ-dən, Türkiyədən 40 milyard dollardan çox invesitisiya cəlb edilib. Özbəkistanın siyasi problemlər yaşadığı Qırğızıstan və Tacikistan respublikaları ilə ziddiyətləri dinc yollarla həll edilib. Özbəkistanda azad bazar iqtisadiyyatında sərbəst rəqabəti əngəlləyən bir çox monopolist şirkət bağlanıb, bəzilərinin rəhbərləri həbs edilib. Mətbuat reformu ilə media azadlığı təmin edilib. Mirziyoyev həmçinin Kərimov dövründə həbs edilən 4 mindən çox jurnalist və ictimai fəal haqqında amnistiya fərmanı imzalayıb. Özbəkistan Türk Şurasının tamhüququqlu üzvünə çevrilib.

 Özbək möcüzəsi Özbəkistanın bütün dünya dövlətləri ilə, xüsusilə də Türk cumhuriyyətləri ilə güclü iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurmasını təmin etdi. Özbəkistan tamamilə dəyişdi və bu dəyişim daxildən başladı. Bu il Türk Şurasına tamhüquqlu üzv seçilən Özbəkistan hazırda İqtisadi Turana inteqrasiya üçün tam hazır durumdadır.

İqtisadi Turana keçid üçün Türk dövlətləri Özbəkistan örnəyində görüldüyü kimi əvvəlcə daxili islahatlara başlamalıdır. Mirziyoyev haqqında bəhs etdiyimiz möcüzəli reformasiyaya ölkə daxilində demək olar ki, bütün iqtisadi mexanizmlərə nəzarət edən dövlət məmurlarını işdən uzaqlaşdırmaq və cəzalandırmaqla başladı. Ölkənin baş prokrorunu həbs etdirməklə korrupsiya ilə məşğul olan məmurlar aparatına ciddi mesaj verdi. Özbəkistana investisiya qoyuluşunu şəffaflaşdırdı və buna mane olan bütün iqtisadi və siyasi ünsürləri aradan qaldırdı. Xalqla hökumət arasında kordinasiyanı gücləndirdi, demokratik təsisatların fəaliyyətini stimullaşdırdı. Nəticə mükəmməl idi, Özbəkistan iqtisadiyyatı 5,1% böyüdü, xarici ticarət dövrüyyəsində rekord göstəricilər əldə edildi.

Özbəkistanın bu uğurlu dəyişimi Türk dövlətləri ilə arasındakı münasibətlərə də təsir göstərdi. Bir il ərzində Özbəkistanla Azərbaycan arasındakı ticarət dövrüyyəsi əvvəlki ilə nisbətən 30%, Türkiyə ilə 40%, Qazaxıstanla 25% artdı.

Göründüyü kimi Özbəkistanın dəyişimi digər Türk dövlətlərinə də həm iqtisadi, həm də siyasi cəhətdən müsbət təsir göstərdi. Bu dəyişimin isə çox sadə üslubu var idi. Yüksək çinli dövlət məmurlarının əlini bazardan çəkmək, xalqla hökumət arasında kordinasiyanı formalaşdırmaq, ölkənin qapılarını beynəlxalq investorlara açmaq. Bu gün Azərbaycanda və Qazaxıstanda kadr, iqtisadiyyat, məhkəmə və digər sahələrdə həyata keçirilən islahatlar Qazax və Azərbaycan möcüzələrinin gerçəkləşmələri üçün böyük ümidlər doğurur...

Türkiyə örnəyi

 

erdoğan kırgızistanda ile ilgili görsel sonucu

Türkiyənin son dövrlər ABŞ, Rusiya və Çin kimi böyük güclərdən əlavə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Macarıstan kimi Türk Şurası üzvləri ilə ticarət dövrüyyəsində müşahidə edilən artım diqqət cəlb edir. Belə ki, 2018-ci ildə Türkiyə ilə Qazaxıstan arasında ticarət dövrüyyəsində 18,7% artım olub. 2019-cu il üçün isə 40%-ə qədər bir artım proqnozlaşdırılır. Hazırda Türkiyə ilə Qazaxıstan arasında 2019-cu ilin ilk 9 ayı üçün ticarət dövrüyyəsinin həcmi 2,9 milyard dollara çatıb. Həmçinin 10 noyabr tarixində Türkiyə vitse-prezidenti Fuat Oktayla Qazaxıstan Baş Naziri Asker Mamin arasında 1,4 milyar dollar dəyərində yeni bir ticari razılaşma imzalanıb. Qeyd edək ki, iki dövlət arasında ticarət dövrüyyəsində qarşıya qoyulan hədəf 10 mlrd. ABŞ dollarına çatmaqdır.

Bənzər şəkildə Türkiyə ilə Özbəkistan arasında da ticarət dövrüyyəsində ciddi artım müşahidə edilir. 2018-ci ildə bu rəqəm 26% təşkil edirdi, bu ilin ilk 6 ayında isə 32%lik artım olub. Ümumilikdə il sonunadək 40%-lik artım proqnozlaşdırılır. Son 3 il ərzində türk investorların Özbəkistana istiqamətlənməsi tendensiyası müşahidə edilir. Yalnız 2019-cu ildə Özbəkistanda nə az, nə çox 251 Türk şirkəti yaradılıb.

Türkiyə Macarıstan münasibətlərində də son bir il həm siyasi, həm iqtisadi sferada xeyli uğurlu olub. Türkiyə ilə Macarıstan arasında ticarət dövrüyyəsi son 4 ildə 1,6 mlrd. $-dan bu ili də nəzərə almaqla 3 mlrd. $-a qədər artıb. Bu isə 4 ildə 100%-ə yaxın artım deməkdir.

Türkiyənin Türk Şurası üzvləri ilə son dövrlər müşahidə edilən ticarət dövriyyəsi artımının təməl səbəblərindən biri Bakı-Tiblisi-Qars dəmiryolunun istifadəyə verilməsi və Orta Asiya respublikaları ilə Türkiyə və Azərbaycan arasında nəqliyyat sisteminin inkişaf etdirilməsidir. Digər bir səbəb isə Türkiyənin Çinin “Kəmər Yol” iqtisadi kəmərinə qoşulması və bu layihə çərçivəsində Türkiyə-Cənubi Qafqaz-Mərkəzi-Asiya-Çin dəhlizini birləşdirən Orta Kardior və ya Qərb-Şərq layihəsinə start verilməsidir. Bundan savayı Türkiyə ilə Türk Şurası üzvləri arasında siyasi və iqtisadi əməkdaşlığın xeyli intensivləşməsi ticarət dövrüyyəsindəki artımı şərtləndirən əsas amillərdəndir.

Həmçinin Türkiyənin Turqut Özaldan miras qalan “iş adamları” diplomatiyası bu uğurun formulalarından biri hesab edilə bilər. Türkiyə xüsusilə də Azərbaycan, Macarıstan, Özbəkistan və Qazaxıstana uğurlu iş adamlarını, investorlarını yönəldir. Türk şirkətlərinin Turan ölkələrinə qoyduğu invesitisya həcmi ilbəil artır. Eyni zamanda Türkiyə bu dövlətlərlə ticari münasibətlər üçün xüsusi komitələr və komissiyalar qurur. Bu komitələrin tərəflərin görüşləri öncəsi intensiv çalışması və yeni iqtisadi əməkdaşlıq perspektivlərini üst qurumlara təqdim etməsi ticari əlaqələrin inkişafına müsbət təsirini göstərir.

Beləliklə, İqtisadi Turanın reallaşması üçün digər Türk Cumhuriyyətləri Özbəkistanla Türkiyənin daxili və xarici siyasətdə atdıqları uğurlu addımları təkrarlamalıdır. Başqa sözlə, Qazax, Qırğız, Türkmən, Azər və Macar möcüzələri baş tutmadan Ənvər Paşaların, Əli bəy Hüseynzadələrin xəyalları gerçəkləşə bilməz...

Politoloq və araşdırmaçı jurnalist Nicat İsmayılov

Hadrutdan yeni görüntülər - VİDEO

Xəbər xətti

İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Hamısı