Türkiyənin Azərbaycandakı səfirinin mətbuat müşaviri Hüseyn Altınalan dünən ABŞ Senatının 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini qəbul etməsini sərt şəkildə tənqid etdi.
Hüseyn Altınalanın Eurasia Diary-yə verdiyi özəl açıqlamanın tam mətnini təqdim edirik:
"Qanuni əsası olmayan bu qərarı tanımırıq.
ABŞ, müstəqil hərəkət edən və öz maraqlarını müdafiə edən Türkiyəni öz aləmində cəzalandırmaq, sıxışdırmaq və tələblərini qəbul etdirmək kimi bəzi hədəflərinə çatmaq üçün belə bir siyasi qərar qəbul etmişdir.
Bu qərar heç bir fakta əsaslanmır. Belə ki, tarixi soyqırım, qan, vəhşilik və qətliamlarla dolu olan ölkələrin siyasi səbəblərə görə qəbul etdiyi qərarlarının heç bir hökmü yoxdur.
Türkiyə hər zaman olduğu kimi bu gün də insanlığın vicdanıdır. Tariximizə güvəndiyimiz üçün "budur meydan, buyurun arxivlərinizi açın" dedik.
Ancaq iddiaları yalan olduğu üçün həqiqətlə üzləşmək istəməyənlər bu çağırışdan qaçırlar. İddialarına güvənənlər bizim çağırışımıza müsbət cavab verməlidir ... "