Türkiyənin ən etibarlı sosial-strateji araşdırma mərkəzlərindən biri olan “METROPOL”-un həyata keçirdiyi tədqiqat nəticəsində Türkiyədə iqtidar partiyası olan AKP-yə xalq dəstəyinin ilbəil azaldığı təsbit edilib.
Diaqramdakı narıncı cizgiyə nəzər yetirin:
Göründüyü kimi, 2013-cü ilin sonunda Ərdoğana dəstək %71.1 olub. 17 dekabrda korrupsiya halı aşkara çıxanda dəstək 48%-ə düşür. 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində səslərin 43%-ni toplayıb. 7 iyun 2015-də isə 37,5 % səs toplayır. Beləliklə, il yarım ərzində Ərdoğanın topladığı səs sayı yarıbayarı azalıb.
Ərdoğana sosial dəstəyi azaldan faktorlar:
- İqtisadiyyatda baş verən geriləmə və bunun "əsnaf" adlandırılan, Türkiyədə əsas elektorat gücü hesab edilən kiçik və orta sahibkarların durumuna ciddi mənfi təsir göstərməsi;
- 17 dekabr rüşvət skandalından sonra xalqın iqtidara etibarının azalması;
- Xarici siyasətdə planlaşdırılmamış atılan addımlar və bu addımların səbəb olduğu diplomatik gərginliklər;
- İqtidarın 17 dekabr və 15 iyul hadisələrindən sonra muxalif qüvvələrə qarşı sərgilədiyi sərt mövqe və bunun nəticəsində söz azadlığı və insan haqları probleminin yenidən ölkə gündəminə çevrilməsi;
- Son günlərdə Əli Babacan, Abdulla Gül və Əhməd Davudoğlu kimi AKP-nin qurucu simalarının partiyadan ayrılıb müxalifətə keçməsi.