Qarabağda İslam ordusu generallarını yanımızda görmədik Politoloqdan sensassion açıqlamalar

Analitika 15:04 05.01.2020
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi dünya, eləcə də Azərbaycan mətbuatının gündəminə çevrilib. Sosial medianın da müzakirə obyekti olan hadisə ictimaiyyət arasında qütbləşmə yaradıb. Belə ki, Qasım Süleymanini qəhrəman kimi təqdim edib, onun ölümünə üzülənlərlə yanaşı, əks atqument ortaya qoyanlar da var.
 
Eurasia Diary BakuPost-a istinadən xəbər verir ki, bu mənada, Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri, politoloq Anar Əsədlinin məsələyə yanaşması maraq doğurub.
 
Onun fikrincə, Qasim Süleymaninin öldürülməsi ciddi siyasi təlatümlərə səbəb olacaq hadisə deyil və azərbaycanlıların məsələyə ideoloji baxımdan yanaşması gərəkdir: 
 

"Seçki prosesi ilə bağlı gündəmdəki məsələləri şərh etməyimiz yubana bilər. Ancaq elə vacib məqamlar var ki, gec və ya tez olmasından asılı olmayaraq, orada mövqe nümayiş etdirmək vacib və mütləqdir. 

Bəzi siyasi analitiklərin qeyd etdiyi kimi, Qasım Süleymaninin qətli Amerikanın prezidenti Donald Trampın hakimiyyətə gələndən sonra apardığı siyasətin məntiqi hissəsidir. Lakin vurğulamalıyıq ki, İranın mövcud rejiminin varlığı Amerika və İsrail üçün tamamilə uyğundur. Rejimin sözdə Amerika və İsrail düşmənliyi sayəsində bölgə ölkələrinə milyardlarla dollarlıq silah satılır. Ümumiyyətlə, bugünkü İran rejimindən ən çox qazanan Amerika, İsrail və Avropa ölkələridir. Baxın, bircə faktı deyəcəm, Amerika və ya Avropa İraqda, Suriyada, bütövlükdə Yaxın Şərqdə qarışıqlıq yaratmaq istəyəndə İran o saat dövriyyəyə girir. Bu baxımdan Amerika və Avropanın İranda ciddi şəkildə rejim dəyişikliyi etməsi inandırıcı görünmür. Doğrudur, Amerika və Avropanın hər zaman bir B planı olur. Və biz bəzən media, sosial şəbəkədə yer alan insanlar, siyasi analitiklər bu B planı üzərində baş sındırırıq. 

Onu da nəzərə alaq ki, bu il Amerikada seçki ilidir. Ölkə daxilində Tramp hakimiyyəti dövründə bir sıra iqtisadi məsələlər həllini tapsa da, siravi amerikalının həmişə ökəsini siyasi güc kimi görmək istəyi var. Törədilən qətl də Amerikanın beynəlxalq gücünü bütün dünyada bir daha sübut etmək üçün vasitə oldu. Buna görə də, belə hesab edirəm ki, Qasim Süleymani kimilərin öldürülməsi ciddi siyasi təlatümlərə səbəb olacaq hadisə deyil. Təbii ki, dünyanın siyasi gündəmini təşkil edən məsələdir. Bu hadisəylə bağlı İranın səsləndirdiyi sərt bəyanatların da hər biri daxili auditoriyaya hesablanmış çıxışlardır. Təsadüfü deyil ki, yüksək səviyyədə səslənən bəyanatlardan birində “qisas”ın uyğun zaman və məkanda alınacağı bildirildi. Təbii ki, bu, məsələni qeyri-müəyyənliyə aparmaqdan başqa bir şey deyil. 

Baş vermiş hadisənin siyasi təhlili ilə bağlı sosial şəbəkələrdə kifayət qədər baxış sərgilənir. Ancaq məni daha çox narahat edən və bu gün bizim üçün qorxulu və təhlükəli olanı, bəzi yurddaşlarımızın bu prosesdə yanlış mövqe tutaraq Qasım Süleymanini İslam Ordusunun qəhrəmanı kimi təqdim etmələridir. Azərbaycan uzun illərdir Ermənistanla savaşdadır və biz bu müddət ərzində İslam Ordusu generallarını yanımızda görmədik. Qarabağ məsələsində İranın mövqeyi bəllidir: O həmişə Ermənistanın yanında yer aldı. Buna baxmayaraq, bəzi vətəndaşlarımızın belə həssas məsələdə fərqində olmadan sərgilədikləri mövqe dövlət və millətimizin mənafeyinə ziddir. 

Bir müddət əvvəl də bununla bağlı fikirlərimi yazmışdım. İndi bizim üçün əsas məsələ Azərbaycanda milli kimliyə malik vətəndaş formalaşdıracaq demokratik dövlət qurmaq eşqini, düşüncəsini yaratmaq və bu iddia ilə prosesi başlatmaqdır. Bu, artıq zərurətə çevrilib: öz kimliyimiz, öz dövlətimiz, öz millətimiz və vətəndaşımız üçün savaşmaq. İndi bizim üçün əsas qayə bütün məsələlərə ideoloji aspektdən baxış sərgiləmək və milli kimlik məsələsinin üzərində düşünməkdir. Bu zaman Azərbaycanda nəinki İran, heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməz. Ancaq bu gün cəmiyyətdə ideoloji boşluğun olmasıyla yanaşı, həm də regionda böyük bir çaxnaşma yaranıb. Bu gün Quzey Azərbaycanın ən ciddi problemlərindən biri gəncliyimizin həm də milli kimliklə bağlı bilgilərinin yetərincə olmamasıdır. Bu barədə dəyərli dostlar Nazim Cəfərsoy, Araz Aslanlı və digər analitiklərin təhlili yazılarını da oxumağınız və düşünməyiniz arzuolunandır".

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı