Hərbi jurnalist açıqladı "Üç həftə keçsə də Xocalı hadisələri gizli saxlanırdı"

Analitika 09:01 27.02.2020

Xocalı qətliamının şahidlərindən biri Litvadan olan hərbi müxbir, fotoqraf Riçardas Lapaitisdir. O, Azərbaycana gələrək Qarabağ müharibəsinin hər anını Azərbaycan əsgəri ilə birlikdə yaşayan jurnalistlərdəndir. Riçardas Lapaitis 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə yaxından dostluq və əməkdaşlıq edir.

Qarabağ savaşlarında müxbir kimi fəliyyət göstərən Lapaitis, xüsusilə Xocalı qırğını zamanı havada uçan güllələr altında çəkilən çox sayda fotoşəkillərin və sənədli filmlərin müəllifidir. Hərbi jurnalist müharibədə şahidi olduğu bütün hadisələri sanki dünən kimi xatırladığını deyir. O, xüsusi işgəncə ilə öldürülən körpələrinin cəsədləri üzərində fəryad qoparan anaları xatırladığını və onlardan bəhs edərkən dərin kədər hissi keçirdiyini bildirdi.

"Xocalıdakı vəhşiliklər dünya ictimaiyyətinin gözü qarşısında bunu törədənlərə heç bir haqq qazandıra bilməz. Xocalı ötən əsrin bəşəriyyətə qarşı törədilmiş ən pis və qəddar cinayətlərindən biridir. Bu qətliamı hətta Xatın və ya digər qətliamlarla müqayisə etmək mümkün deyil. Erməni hərbçiləri təkcə insanları vəhşicəsinə öldürdürmədilər, onlar öldürülənlərin cəsədləri ilə əylənərək həzz alırdılar. Onları hətta diri-diri işgəncə ilə doğrayırdılar və bu azmış kimi öldürülən azərbaycanlıların cəsədləri ilə şəkil çəkdirdilər. O zaman düşündüm ki, hətta o olanları məşhur fotoqraf Viktoriya İvleva çəksəydi bu Beynəlxalq Haaqa məhkəməsində sübut üçün kifayət edərdi! Təəssüf ki, dünya çox dəyişdi, bəzən düşünürəm bizlərə nə oldu belə?! Bu gün əksinə Xocalı günahkarları öldürülən uşaqlara qarşı vəhşilikləri haqqında kitablar yazır və hələ də sərbəst şəkildə dünyanı gəzib dolaşırlar!"

Jurnalist o dövrün bəzi məqamlarını da ətraflı izah etdi. Əlavə etdi ki, mediada Xocalı soyqırımı ilə bağlı xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulduğundan hadisə barədə məlumatlar bir ay sonra Avropada yayımlandı.

"Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən qanlı qırğından üç həftə keçməsinə baxmayaraq, bu vəhşiliklər hələ də Avropanın demək olar hər yerində gizli saxlanıldı. Bütün məlumatlar Çernobıl hadisəsi kimi gizlədildi. Rus mediası tamamən susurdu.  Ermənilərin qisas məqsədilə azərbaycanlılara qarşı törətdiyi qətliam xəbəri mart ayının əvvəllərindən başlayaraq dünyaya yayılmağa başladı.”

Ağdam Xocalıda öldürülmüş sakinlərin cəsədlərinin gətirildiyi məkan idi, bura sonradan əsl cəhənnəmə çevrildi. Şəhər xəstəxanası yaralılar və donmuş xəstələrlə dolu idi. Vaqonlarda quraşdırılan sanitar məntəqələr şəhərdən kənarda idi və orada işləyən həkimlər sanki ölüb yenidən dirilirdilər. Qısa müddət ərzində şəraitsiz bir yerdə 500-dən çox amputasiya və cərrahi əməliyyatlar edildi. Ağdamın özündə elektrik xətti kəsilmişdi. Otellər və inzibati binalar yandırılaraq fəaliyyətsiz bir hala salınmışdı. Orada erməni əsirliyindən qaçaraq canını qurtaran şahidlərin danışdıqlarını dinlədikcə dəhşətə gəldim; mənə dedilər ki, onları gecə və gündüz ac saxlayırdılar. Erməni əsgərləri onları ələ salır, vaxtaşırı döyür və yemək vermirdi. Xüsusilə erməni ekstremistləri Xocalıya hücumdan əvvəl insanların qaçmasına kömək edən azərbaycanlıları tutub işgəncələr verirdilər. Ermənilər döyüşdə qəhrəmanlıq göstərənlərin cəsədlərini belə axtarıb tapır və onlarla əylənərək həzz alırdılar.

Bəzən cütlüklər, bacı-qardaşlar özlərini guya qohumlarını tanımamazlığa vururdular ki, onların da cəsədlərini gözləri önündə lağa qoymasınlar. Bir çox hərbi əsir erməni yaraqlılarına müəyyən məbləğdə pul ödədikdən sonra yaxınlarına qovuşmaq üçün azad edildi. Belə təəssürat yarandı ki, ermənilər cəsədləri lağ etməklə öz qələbələrini qeyd edirdilər. Xocalıdan sonra hər şey dəyişdi. İnsanlarda haqq və ədalətə inam sarsıldı. Xəbər digər kəndlərə də yayılarkən, oradakı sakinlər də uşaqlarının həyatından qorxaraq, doğma kəndlərini tərk etməyə başladılar.

Fevralın 28-də iki vertolyotda bir qrup yerli jurnalist azərbaycanlıların meyitlərinin olduğu yerə gələ bildi. Uşaqlar, qadınlar və qocaların cəsədləri ilə dolu bir ərazi gördük. Erməni qoşunları atəşi gücləndirdikcə, əraziyə girmək çətin olurdu. Bununla erməni ekstremisləri dəhşətli cinayətlərin izlərini örtmək istədilər. İddia olunsa da, o vaxt ermənilərin guya dinc sakinlərin qaçması üçün yaratdıqları dəhliz barədə nə eşitdim nə də gördüm."

Jurnalist əlavə olaraq qeyd etdi ki, fevralın 12-də erməni ekstremistləri Malıbəyli və Quşçular kəndlərini ələ keçirdilər və Malıbəyli kəndində baş verən tək atışma nəticəsində 50-dən çox azərbaycanlı öldürüldü.

O, həmçinin bir neçə bazada gizli hərbi dəstəyə malik erməni ASALA və daşnak qruplarını da xüsusi vurğuladı.

"Ermənilərdən ibarət  ASALA və daşnaklar Suriya və Livanda gizli hərbi düşərgələrə və silah anbarlarına sahib idilər. Onlar Azərbaycanın mülki əhalisinə qarşı amansız müharibəyə əvvəlcədən hazırlanmışdılar," deyə Lapaitez belə vuröuladı.

"Xocalıda ermənilərin əlindən qaçaraq sağ qalanların tük ürpədən təəssüratları məni dəhşətə gətirirdi. Oradakılar üçün nə qədər dözülməz olduğunu anladım. Ağacdan asdıqları bir azərbaycanlının meyiti qarşısında əylənərək qələbələrini sevinclə qeyd edirdilər! Bu qələbə, həyat üçün ən pis və cinayətkar qisas aktı kimi tarixə düşəcək! Memorial İnsan Hüquqları Mərkəzinin hesabatında belə bir qeyd var - cəmi dörd gün ərzində 200-ə yaxın cəsəd Ağdama aparıldı. Məhkəmə tibbi ekspertizanın cəsədlər üzərində apardığı müayinədən sonra həmin ölənlər arasında 51 qadın, 13 uşaq və 181 kişi cəsədinin çoxsaylı işgəncələrə məruz qaldığı aşkar edildi. Məhkəmə tibbi müayinələri birbaşa Bakıda həyata keçirildi. Cəsədlərdən birinin diri-diri başının kəsilərək öldürüldüyü aşkar edildi."

Tarixi danışdıqca göz yaşlarına qərq olan hərbi jurnalist  Xocalı qurbanlarına görə kədərləndiyini bildirdi. O, bütün hərbi jurnalistləri dünyaya yalnız həqiqətləri söyləməyə çağırdı və beynəlxalq məhkəmənin tezliklə cinayətkarları cəzalandırılmasını tələb etdi.

"Xocalı faciəsinin günahkarları və onun təşkilatçıları layiqincə cəzalandırılmalı və Haaqa məhkəməsinin tribunalında cavab verməlidirlər. Erməni ekstremistləri, terrorizm və etnik təmizləmə kimi mənfur əməlləri ilə Xocalı faciəsini ötən əsrin ən qatı cinayətləri sırasına çatdırıblar. İndi də texnologiyanın inkişf etdiyi bir əsrdə, erməni cinayətkarları hadisələri  müxtəlif formlarda təhrif edib saxtalaşdırmağa çalışırlar, lakin bu vandallar dəhşətli cinayətlər haqqında həqiqəti gizlədə bilməzlər!  Buna görə də bütün hərbi jurnalistləri dünyadakı erməni diasporasının rədd edilməsi ilə əlaqədar həqiqəti söyləməkdən çəkinməməyə çağırıram. Xocalıdakı qurbanlar üçün ədalət istəyirəm!”

Elnur ƏNVƏROĞLU
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı