Türkiyə və Rusiya münasibətləri üçün tarixi gün – Moskva Görüşü Ya güzəşt, ya savaş...

Analitika 15:24 03.03.2020

Martın 5-ində Türkiyə və Rusiya prezidentlərinin görüşü baş tutacaq. Qeyd edək ki, 27-si fevralda Suriyanın İdlib vilayətində Türk ordusuna qarşı həyata keçirilən hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olmuşdu. Martın 1-də isə Türkiyənin Müdafiə Naziri Hulusi Akar İdlibdə Türk ordusunun “Bahar Qalxanı” əməliyyatına başladığını elan etdi.

Belə bir gərgin dövrdə Ərdoğanla Putin arasında baş tutacaq görüş Rusiya və Türkiyə arasındakı münasibətlərin taleyini müəyyən edəcək. Məlumdur ki, İdlib problemində nə müxalifləri dəstəkləyən Türkiyə, nə də Əsəd rejimini dəstəkləyən Rusiya geri addım atmır. İdlib və ətrafından hər gün rus və türk əsgərlərinin ölüm xəbərləri gəlir. Mövcud siyasi situasiyada iki liderin görüşməsi ya tərəflərdən birinin kompromisə getməsi üçün vasitə, ya da savaş öncəsi verilən son ultimatum xarakteri daşıyacaq.

Türkiyə İdlibdə nə istəyir?

türk ordusu idlibde ile ilgili görsel sonucu

Türkiyə 2011-dən bu yana bütün gücü ilə Suriyadakı mülayim müxalifləri dəstəkləyir. Ərdoğan Əsəd rejiminin tez bir zamanda devrilməsini və Türkiyəyə yaxın, mülayim müxaliflərin iqtidara gəlməsini gözləyirdi. Lakin Rusiya və İranın Suriyada müharibə meydanına daxil olub, Əsədi müdafiə etməsi nəticəsində rejim iqtidarda qaldı. Suriyadakı yeni siyasi şəraitə Ərdoğan uyğunlaşdı və 2017-ci ildən başlayaraq Əsədi dəstəkləyən Rusiya və İranla Astana formatı və Soçi razılaşmaları əsasında Suriyanın gələcəyinin müəyyənləşdirilməsində rol oynamağa çalışdı. Lakin Soçi razılaşmasının şərtlərini yerinə yetirə bilməyən Türkiyə rusların hava dəstəyi ilə Əsəd qüvvələrinin İdlibə ardıcıl hücumlarına müqavimət göstərdi və nəticədə rus-türk münasibətləri gərginləşdi.

Belə bir zamanda Ankaranın da İdlibdə və Suriyadakı hədəfləri dəyişdi. Artıq Ankara Əsədin devrilməsi üçün yox, sərhədlərini Əsədi dəstəkləyən qüvvələrdən və PKK-PYD terrorçularından qorunmaq üçün mübarizə aparır. Türkiyənin hədəfi Suriyanın şimalında, Türkiyə ilə sərhədə nəzərat etməkdir. Türkiyə öz sərhədlərini Suriyanın 30 km dərinliyinə və Suriya-Türkiyə sərhəd zolağına yaymağa çalışır. Türkiyənin belə bir strateji hədəf seçməsinin səbəbləri milli təhlükəsizliyi ilə bağlıdır. Belə ki, 2011-ci ildən bəri Türkiyə-Suriya sərhədi İŞİD, PKK-PYD, ƏL-Nusra, Hizbullah və digər terror təşkilatlarının fəaliyyət göstərdiyi məkana çevrilmişdi. Nəticədə Türkiyə bir tərəfdən qaçqın axını ilə, digər tərəfdən isə terror hücumları ilə qarşı-qarşıya qalmışdı. Zeytun Budağı, Fərat Qalxanı və Barış Pınarı əməliyyatları da məhz bu bölgənin, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şimal qərb zolağının terrordan təmizlənməsi məqsədilə həyata keçirilmişdi.

Bu günsə Türkiyə İdlibi və daha sonra Münbiçi terrordan (və ya Əsədi dəstəkləyən terrorçulardan) təmizləməklə həm buradan gələ biləcək 3 milyondan çox yeni qaçqın selinin qarşısını almağı, həm də öz ölkəsindəki 4 milyon suriyalı qaçqını Türkiyə-Suriya sərhəddindəki terrordan və Əsəddən təmizlənmiş zolaqda yerləşdirmək istəyir.

Rusiya İdlibdə nə istyəyir?

rus ordusu idlibde ile ilgili görsel sonucu

Putinin Suriyadakı əsas hədəfi Böyük Pyotrdan bu günə Rus dövlət başçılarının ən böyük geostrateji hədəfi olan isti dənizlərə çıxışı əldə etməkdir...

İsti dəniz dedikdə söhbət məhz qışda donmayan, Aralıq dənizindən gedir. Əsəd indidən liman şəhəri olan Tarsusu rus hərbiçilərinin əmrinə verib. Suriyanın bir digər liman şəhəri olan Lazkiyə isə İranın nəzarətindədir. Bu liman şəhərlərə nəzarət üzərində ruslar və iranlılar arasında incədən bir rəqabət də mövcuddur.

Beləliklə, illər sonra isti dənizlərdə hərbi baza qurmuş ruslar bu üstünlüyü itirmək istəmir. Putin sadəcə Pyotrun vəsiyyətini icra etmir, həm də Rusiyanın milli maraqları üçün çox ciddi bir layihəni Aralıq dənizi sahilində yerləşən Suriyada qalmaqla əngəlləyir. Bu layihə 2007-ci ildən sonra çox ciddi müzakirələrə səbəb olan Ərəb qazının Suriya və Türkiyə üzərindən Aralıq dənizinə, oradansa Avropaya ixracı layihəsidir. Sözügedən layihə məhz Avropanın enerji təhlükəsizliyində rusların rolunu azaltmağa istiqamətlənmiş addım idi. Ruslar Əsədi iqtidarda saxlamaqla bunu əngəllədi. Putin bu gün də İdlibdə və bütünlükdə Suriyada Əsədi eyni məqsədlə dəstəkləyir. İdlibin muxaliflərin əlinə keçməsi və Suriyanın Şimal sərhəddinin türk ordusu tərəfindən kontrol edilməsi Əsədin iqtidarı üçün təhlükə yaradır. Putin bu riskə görə İdlibdə türk ordusuna manilələr törədir, hətta yeri gəldikdə havadan zərbələr endirir.

 Türkiyənin İdlibə və bütövlükdə Suriyanın Şimalına nəzarət etməsi isə gələcəkdə Suriyadakı qüvvələr balansında onun gücünü artıracaq. Məhz bu səbəbdən Putin İdlib məsələsində sona qədər dirənir və güzəştə getmir.

Bəs Moskva görüşü nəylə nəticələnəcək?

Bu sualı Türkiyənin ən nüfuzlu siyasi analitiklərindən biri olan Sərdar Sementə yönəltdik:

serdar sement ile ilgili görsel sonucu

- İdlibdə üç qüvvə mübarizə aparır. Ruslar (ayı), türklər (canavar) və amerikalılar (qartal). Hər bir dövlətin siyasi hədəflərinə çatması üslubunu heyvanların ovlanma üslubu ilə müqayisə etsək ruslara daha çox ayı, türklərə qurd, amerikalılara isə qartal bənzətməsi daha uyğundur. Qartal yüksəkliklərdən ovlanan yırtıcı quşdur, sürətli və çevikdir. Yerdə fəaliyyət sahəsi dar, havada isə genişdir. Ona görə də özü havada olarkən yerdə ovunu yaralayacaq və ya qaçmasına mane olacaq müttəfiqə ehtiyacı var. Bu ən yaxşı halda qurddur. Ayı isə qartalın əksinə ləngdir. Dar sahədə ovlamağı sevir. Ovunun dalınca uzun uzadı qaçmaq, alacağı kalorini yolda itirmək onun üçün heç də sərfəli deyil. Ona görə də ayı üçün eynilə qartal kimi ovunun dalınca qaçıb geniş sahədə onu yaxalaya biləcək müttəfiqə ehtiyac var. Həm ayı, həm də qartal üçün ən yaxşı müttəfiq canavardır. Canavar sürətli, güclü, dözümlü və iradəlidir, sürü halında ovlayır. Qoxu bilmə hissiyatı çox güclüdür.

- Bəs İdlibin canavarı olan Türkiyə hansıyla müttəfiq olmalıdır, qartalla ya ayıyla?

kartal kurt ile ilgili görsel sonucu

Qartalla (ABŞ-la) birgə ovlamaq canavar üçün çətindir. Qartal ova müdaxilə etmir, havadadır, işin böyük əksəriyyəti canavarın üzərinə düşür. Buna baxmayaraq ovdan canavar qartaldan daha çox pay götürür. Qartal sadəcə içalatın bir qismini yeməklə kifayətlənir.

Bundan savayı canavarla qartalın müttəfiqliyi qısa müddətli olur. Çünki qartalın yaddaşı zəifdir. Ayının isə yaddaşı güclüdür. Müttəfiqliyi uzunmüddətlidir. Ovlama baxımından canavar üçün ən uyğun müttəfiq ayıdır. Çünki hər ikisi də meydanda ovun arxasında olur. Ovu zərərsizləşdirmədə və parçalamada bərabər iş görür. Lakin problem ovu bölüşdürmədə yaranır. Ayı qartala nisbətən ovdan daha çox pay istrəyir. Bu zaman canavar sona qədər mübarizə aparıb payını qorumağa məcburdur.

Savaş zamanında isə qartalla canavarın savaşında qartal açıq şəkildə güclüdür. O havadan hücum edib heç olmasa canavar sürüsündən bir qurdu məhv edə bilmək iqtidarındadır. Ona görə də qartal heç bir yara almadan qurdu öldürə bilər, lakin ayının yara almadan qurdu öldürməsi mümkün deyil. Qurdu ölümcül hala salmaq istəyən ayı özü də ölümcül yara almaq riskini gözə almalıdır.

Ona görə də bütün bunları nəzərə aldıqda Türkiyə İdlibdə sona qədər mübarizə aparıb ayıyla, (ruslarla) müttəfiq olmalıdır. Hərbi xərcləri ilbəil azalan və havadan müdafiə sistemlərindən məhrum olan Türkiyə regionda Rusiyasız güclü ola bilməz.

- Niyə ABŞ yox, Rusiyayla?

Çünki adi anlaşmazlıq zamanı ABŞ müttəfiqi Türkiyəni yarı yolda qoya bilər. Həmçinin müttəfiqlikdə maraq toqquşmalarını da nəzərə almaq lazımdır. Türkiyə ABŞ maraqlarına ziddi fəaliyyət göstərərsə ağır zərbələrə məruz qala bilər. ABŞ istədiyini diktə edər və alar, ala bilməsə qarşı tərəfi cəzalandırar. Ruslar da daim öz istəyini diktə edər, lakin Türkiyəyə zərbə vurmağa risk edə bilməz. Ayı sadəcə qurdu test edir, test məkanıysa İdlibdir. Türkiyə sona qədər dirəşsə İdlibdə niyyətinə çatacaq. Türkiyənin İdlibdə istədiyini alması Moskva görüşlərinə öz müsbət təsirini göstərə bilər. Bu halda Moskva görüşündə Türkiyə və Rusiya arasında olan iqtisadi və strateji əməkdaşlıq qaldığı yerdən davam edəcək.

Lakin əksinə, Türkiyə İdlibi uduzarsa Rusiya ilə münasibətlər heç vaxt olmadığı qədər gərginləşə bilər. Çünki bir gecədə 33 şəhid verdikdən sonra Türkiyənin heç nə olmamış kimi İdlibi tərk etməsi çox da mümkün görünmür. Əksinə, Türkiyə ASO-ya dəstəyini daha da arıtraraq İdlibə nəzarət baxımından strateji əhəmiyyətə malik Səraqib qəsəbəsini yenidən ələ keçirib. Belə bir zamanda Səraqibə iki gündür rejim qüvvələri ardıcıl hücumlar təşkil edir. Türk ordusu bütün imkanlarını səfərbər edərək Səraqibi qoruyur. Səraqib 5 mart görüşünə qədər Ankaranın nəzarətində qalsa Moskva görüşündən yeni bir Soçi bənzəri anlaşma çıxa bilər. Türk ordusu bunun fərqindədir və Səraqibi var gücüylə müdafiə edir.

Həmçinin Səraqib Türk ordusunun nəzarətində qalsa və ASO-nun İdlibin cənubuna doğru irəliləyişi davam edərsə qısa zamanda iranlı milislərlə rus zabitlər bir-birinə girəcək. Bu durum isə Ankara və Moskvanı daha da yaxınlaşdıracaq...

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Hamısı