Azərbaycan döyüş hazırlığı üçün təlim təyyarələri ilə silahlanır

Analitika 10:38 04.03.2020

Azərbaycan İtaliyadan beşinci nəsil qırıcı pilotlarının təlim üçün istifadə etdiyi M-346 təyyarələrini satın alır.

"M-346 təyyarəsi müasir qırıcıların və digər aviasiya vasitələrinin parametrlərinə uyğun dizayn edilmişdir. Azərbaycan pilotlarının məhz bu təyyarələrdə təlimi son dərəcə vacibdir,”- deyə hərbi ekspert Şair Ramaldanov Trend-ə bildirib. 

İtaliyanın Leonardo S.p.A şirkəti tərəfindən istehsal olunan M-346 təyyarələri İtaliya, İsrail, Sinqapur və Polşa hərbi hava qüvvələri tərəfindən döyüş təlimlərində istifadə olunur.

Ermənistanda yayılan məlumata görə Azərbaycanın sifariş etdiyi Alenia Aermacchi M-346 təlim təyyarəsi NATO standartlarına uyğun yığılıb və hərbi məqsədlər üçün istifadə edilə bilər. Bu təyyarələr 500 kq yük daxil olmaqla, havadan quruya hədəflənən silahları dəstə şəklində daşımaq qabiliyyətinə malikdir. Erməni hərbi ekspert Van Hambardzumyan yazır ki, bu təyyarələr Ermənistanın hərbi hava sistemlərini sıradan çıxarmaq gücünə malik olan Türkiyənin uzaq mənzilli SOM - B1 raketlərini daşımaq qabiliyyətinə də sahibdir.

Ultra-müasir SOM-B1 raketləri gizli texnologiya ilə təchiz olunmuşdur və xüsusilə hava hücumundan və raketdən müdafiə vasitələrini sıradan çıxarmaq üçün istehsal edilmişdir.

Erməni hərbi ekspert qeyd edir ki, Bakı əvvəlcə bu təyyarədən 10 ədəd və daha sonra 15 ədədini də almaq qərarına gəlib. “Pilot döyüşçülərinin təlimində belə təyyarədən 4 ədəd istifadə edilməsi Azərbaycan üçün yetərlidir. 16 supersonik qırıcısı olan bir ölkə bu təyyarədən 25 ədəd almır. Azərbaycanın hətta bu gün çox sayda hərbi təyyarəçisi yoxdur,”-deyə Van Hambardzumyan vurğulayır.

Ednews.net bu məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovdan müsahibə götürüb:

Sizin fikrinizcə, İtaliyanın M-346 təlim təyyarələri hərbi vasitələrdə və döyüşlərdə istifadə edilə bilərmi?

Azərbaycan hərbi texnika və hərbi ləvazimatları əsasən iki məqsəd üçün alır. Birincisi, biz hərbi təyyarələrdən sərbəst şəkildə təlimlərdə istifadə  edirik, ikincisi təyyarələri çox asanlıqla döyüş vəziyyətinə gətirə bilirik. Prezident İlham Əliyevin bu yaxınlarda İtaliyaya səfəri zamanı Azərbaycan Müdafiə Naziri Zakir Həsənov İtaliya şirkəti ilə müqavilə imzalayıb və bu təyyarədən artıq bir neçəsi ordumuzun ixtiyarındadır.

Bu təyyarələrin hərbi aviasiya səviyyəsində istifadə edilməsində kimlər iştirak edəcək? NATO öz texnikasının Ermənistanla müharibə şəraitində olan Azərbaycana satıldığına nə deyəcək?

İtaliyadan hərbi texnikanın alınmasında bizə heç kəs əngəl törədə bilməz. Hətta Fransa, Pakistan və digər ölkələrdən də silahların alınması gözlənilir. Heç kim bizə bir iddia irəli sürə bilməz. Özümüz də bu təlim təyyarələrini təchiz edə bilərik, bunun üçün mütəxəssislərimiz İtaliyada təhsil alıblar. Mütəxəssislərimiz həmin təyyarələri  qısa müddət ərzində döyüş vəziyyətinə gətirib çıxara bilərlər.

Ermənilər buna necə reaksiya verirlər?

Ermənilər bunu bilir və buna görə də  təcili sürətdə Hindistandan və digər ölkələrdən silah almağa qərara gəliblər. Qaldı ki, başqaların iddialarına, özümüzə sərfəli olan silahların alınması suveren haqqımızdır. Hər şey beynəlxalq hüquq və qanun çərçivəsində aparılır.

Sizcə, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün nə zaman müharibəyə başlayacaq və Azərbaycanda son zamanlar həyata keçirilən geniş hərbi təlimlər hansı mesajı verir?

Ancaq rəsmilər bu suala dəqiq cavab verə bilərlər. Mən bu məsələni yaxşı başa düşürəm, lakin onu da bilirəm ki, ölkəmizdə heç kəs əvvəlcədən müharibə barədə çox danışmır. Dağlıq Qarabağda yaxın gələcəkdə gərginliyin artacağını proqnozlaşdırmaq olar. Vəziyyət o yerə çatır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün güc üsulundan istifadə etməyə məcbur olacaq. Hazırki hərbi təlimlərə gəlincə isə bu ölkənin qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə istiqamətlənib. Lakin ordumuzun bir vəzifəsi var – ölkəmizin ərazi bütövlüyünü bərpa etmək.

Sabiq təyyarəçi M-346 təyyarəsi ilə bağlı fikrini bölüşdü:

"Əlbəttə nəzəri cəhətdən, Leorardo şirkətinin istehsal etdiyi bu təyyarəni yaxın məsafədən bombardmançı hesab etmək olar, ancaq radar sisteminin (Radio Yer Sistemi) olmaması bu təyyarəni döyüşdə aciz edir. Mənə elə gəlir ki, "Leonards"-ya məxsus bu təyyarə uçuşda mükəmməl ola bilər, lakin döyüşdə bu təyyarənin effekti yetərli deyil.

Azərbaycanlı ekspertlərin fikirlərini dinlədikdən sonra, son zamanlarda, Azərbaycanın Türkiyədən havadan quruya hədəflənən raketlərini alması barədə Van Hambardzumyanın fikirlərini də bura əlavə edirik. Bu raketlər yalnız hava hücumu və raketdən müdafiə sistemlərini alt-üst etmək yox, həmçinin onları birbaşa məhv etmək qabiliyyətinə malikdir. “Ermənistan Silahlı Qüvvələrinin xidmətdə olan S-300 PS və S-300 PT zenit-raket sistemləri həmin raketlərin hədəfində ola bilər. Bu uzaqmənzilli raketlər 250 kilometr məsafəyə, minimum 10 metr uçuş hündürlüyünə malikdir. Eyni zamanda, bu raketlər qurğuların obyektlərini 75 kilometr məsafədən və 27 kilometr yüksəklikdən məhv edə bilər”-deyə Hambradzumyan bildirib. 

“Türkiyənin yeni raketləri uçuş zamanı ərazidə dövr etmək qabiliyyətinə malikdir. Ermənistanın dağlıq bir ölkə olması hava hücumundan və raketdən müdafiə sisteminin işlərini xeyli çətinləşdirir. Dağlarda hədəfi ayırmaq daha çətindir" deyən Ambardzumyan, onu da əlavə etdi ki, Ermənistan ordusunun xidmətində olan 9K317 Buk-M2 zenit-raket sistemlərinin bu tip raketin qarşısını almağa qadir deyil.

Ekspert həmçinin bildirib ki, Bakı yalnız İtaliya istehsalı olan təyyarələrin alınması ilə məhdudlaşmaq istəmir, eyni zamanda, Rusiyanın bir çox effektiv xüsusiyyətlərə malik olan Su-30 ICA qırıcılarını da əldə etmək niyyətindədir. Bunun üçün Azərbaycan pilotlarının bir hissəsini Su-30 İCA-də təlim keçmək üçün Əlcəzirəyə göndərib. Ambardzumyanın sözlərinə görə, bu təyyarələr İrəvanın Rusiyadan  müqavilə əsasında 2020-ci ildə alacağı Su-30 SM tipli təyyarələrdən də üstündür.

Hambardzumyan sonda qeyd etdi ki, hazırda erməni pilotları keçən il Rusiyadan alınan təyyarələrdə təlim keçmirlər.

Müəllif: Kamal Əli

Tərcümə etdi: Yunis Abdullayev


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Hamısı