Ordumuz 3 ayda 4 şəhid verib Quşçu Ayrımdan gələn TƏHLÜKƏ

Analitika 11:40 06.03.2020

Ötən gün, 2020-ci ilin 5 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Orxan Nazim oğlu Paşazadə ile ilgili görsel sonucu

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur.

Vəliyev İbrahim Ələmşah oğlu ile ilgili görsel sonucu

2020-ci ilin 15 fevral tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Ələsgərov Seymur Eldar oğlu ile ilgili görsel sonucu

2020-ci ilin 7 yanvar tarixində saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.

Fərzəliyev Fərzəli Əlimürsəl oğlu ile ilgili görsel sonucu

Beləliklə, rəsmi məlumatlara əsasən 2020-ci ilin ilk 3 ayında ordumuz 4 şəhid verib. Düşmən tərəfin itkisi bizi bir o qədər də maraqlandırmadığından Ermənistan ordusundakı itkilər barədə araşdırma aparmadıq. Belə ki, bir Azərbaycan əsgərinin həyatına bütün ermənistan ordusunun leşi tay deyil!

2019-cu ildə isə Xəzər Hərbi Tədqiqatlar insitutundan verilən məlumata görə 46 hərbi qulluqçumuz həlak olub. Bunlardan 9-u döyüş şəraitində, Ermənistan ordusunun təxribatları nəticəsində şəhid olub.

2020-ci ilin ilk 3 ayında şəhid olan 4 hərbi qulluqçumuzun 3-ü də məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində öldürülüb, ikisi snayper atəşi nəticəsində, biri isə düşmən təxribatının qarşısını alarkən şəhid olub. Son iki ildə Azərbaycan-Ermənistan dövlət sərhədində, xüsusilə də Quşçu Ayrım istiqamətində düşmənin hərbi aktivliyi xeyli artıb. Sözügedən istiqamətdə erməni hərbi birləşmələrinin daha yüksək mövqelərdə yerləşməsi erməni snayperləri üçün münbit şərait yaradır. Normal bir dövlət üçün başqa dövlətin sərhədçiləri tərəfindən öz əsgərinin öldürülməsi müharibə səbəbidir. Əgər bir dövlət düşmənlə sərhəddə, eyni istiqamətdə, düşmən təxribatları nəticəsində ardıcıl şəhidlər verirsə, bu zaman təhlükəsizlik şurası toplanmalı, sözügedən ərazinin strateji əhəmiyyəti və bu istimqamətdəki düşmən postların mövqeyi araşdırılıb müzakirə edilməli, bir taktiki əməliyyat planı hazırlanmalı və bu plan üzrə minimum itki ilə ərazi düşməndən təmizlənib, iki dövlətin sərhəddində təhlükəsizlik koridoru yaradılmalıdır. Əks təqdirdə, düşmənə layiqli cavab verilməsə itkilərimizin sayı daha da arta, hətta postlarımız erməni hərbiçilərinin nəzarətinə düşə bilər”. Lakin Azərbaycanda belə bir ideyanı dilə gətirdiyin zaman özünü ikinci dünya müharibəsi qəhrəmanı kimi aparan boşboğazlar çıxıb “sən elə bilirsən ki, düşmən postu götürmək asan işdir?!” deməyə başlayırlar. Diqqət edin, Ermənistan torpaqlarımızın 20%-dən çoxunu işğal etməyə başlayarkən biz onlardan təxmini sayca 3 dəfə çox, ərazicə böyük, maddi cəhətdən xeyli üstün idik. Lakin adamlar torpaqlarımızı işğal edib bizə qarşı soyqırım təşkil etməyi qərara alanda onlardan heç kim durub demədi ki, “ara türklərin torpağını işğal etmək asan iş deyil”. Və bacardılar...

Qonşuluğumuzdakı dövlətlərsə, öz milli maraqlarını qorumaq üçün regionda hərbi aktivliyini durmadan artırır.

Hazırda Türkiyə 4 mindən çox əsgəriylə Suriyanın şimalında və İdlib ətrafındadır. Üstəlik, bu ərazidən çıxmamaq üçün Rusiya kimi bir böyük gücə dirənir. Cənub qonşumuz İran “Ərəb Baharı”ndan sonra bütün müsəlman coğrafiyasına epidemiya kimi yayılıb. Suriyada, Fələstində, İraqda, Bəhreyndə, Livanda və Yəməndə həm ideoloji, həm də hərbi varlığını davam etdirən İran dünya supergücü ABŞ-a dirənir. Bəli, deyəcəksiniz ki, biz İran və Türkiyə qədər güclü deyilik, lakin mübarizə apardığımız qüvvə də ABŞ və ya Rusiya deyil ki, Qarabağda hərbi varlığını günü-gündən artıran Ermənistandır. Bəs biz nəyi gözləyirik? Ermənilərin Quşçu Ayrımı da işğal etməsinimi?

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Hamısı