Səudiyyə Ərəbistanı və Rusiya arasında "neft müharibəsi" niyə başladı? "Hədəf rus iqtisadiyyatına zərbə vurmaqdır" - MÜSAHİBƏ

Analitika 17:01 10.03.2020

Məlum olduğu kimi neft bazarında brend markalı neftin qiyməti kəskin ucuzlaşaraq 37 dollara düşüb. Bu ucuzlaşmanın səbəbi isə ötən həfətinin cümə günü OPEC + formatında keçirilən toplantıda Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatının azaltmaq məsələsində uzlaşa bilməməsi və hər iki dövlətin neft hasilatını artıracağını açıqlaması olub.

Neft qiymətinin kəskin ucuzlaşması bütün ölkələrin, ələfsus neft ixrac edən dövlətlərin iqtisadiyyatı üçün böyük risklər doğurur. Ona görə də Azərbaycan başda olmaqla bir çox ölkələrin ictimaiyyəti Səudiyyə Ərəbistanı və Rusiya arasında baş verən neft müharibəsinin nə zaman bitəcəyini gözləyir. Çünki bu savaş bitmədən neft qiymətləri stabilləşəyəcək.

Beləliklə, mövzu ilə bağlı Vaşiqtonda yaşayan Körfəz Ölkələri üzrə analitik Dr. Umud Şükri EdNews-a eksklüziv müshaibə verib:

Rusiya nə üçün OPEC və Səudiyyə Ərəbistanı ilə 2016-cı ildə imzalanan neft hasilatının azaldılması razılaşmasından çıxdı?

Bunun olacağı hələ OPEC toplantısından öncə bəlli idi. Vladimr Putinlə Rusiyanın energetika naziri Aleksandr Novak toplantı öncəsi dedilər ki, OPEC ölkələri neft hasilatını azaldacaqsa Rusiya bunu dəstəkləyəcək. Lakin Rusiyanın neft hasilatında heç bir azalma olmayacaq. Bu artıq toplantıdan bir pozitiv qərar çıxmayacağına işarə idi.

Rusiyanın belə bir taktiki gediş etməsinin səbəbi regionda bir çox məsələdə Səudiyyə Ərəbistanıyla maraqlarının toqquşmasıdır. 2016-cı ildə Putin OPEC və Səudiyyə ilə sözügedən razılaşmanı imzalarkən Səudiyyənin şirkətlərinin Rusiyanın enerji layihələrinə investisiya qoymasını, Səudiyyə Ərəbistanının Rusiyadan daha çox silah almasını hədəfləyirdi Ona görə də bu hədəflərə nail olmaq üçün neft hasilatı məsələsində uzlaşmaya getdi. Xüsusilə 2019-cu ilin sentyabrında Səudiyyəyə məxsus ARAMCO mədənlərinə edilmiş hücumdan sonra Putin Səudiyyənin Moskvadan hava hücumundan müdafiə sistemləri alacağını gözləyirdi. Lakin bunların heç biri reallaşmadı və nəticədə Rusiya ABŞ-ın da neft hasilatını durmadan artırdığını görərək razılaşmadan çıxmağı qərara aldı.

Bu sualı Səudiyyənin ABŞ-la müttəfiq olduğunu nəzərə alaraq soruşuram: Səudiyyə və Rusiya arasındakı neft mübarizəsində ABŞ-ın qazancı nədir?

Qısa müddətdə ABŞ təbii ki, bu durumdan faydalanacaq. Lakin Trampın seçki öncəsi əsas şüarının daha çox iş yerləri və daha çox iqtisadi inkişaf olduğunu nəzərə alsaq, neftin qiymətinin uzun müddət ucuz qalması Ağ Evin də maraqlarının əlehinədir. Çünki ABŞ şist neft istehsal edən ölkədir. Neftin qiymətinin uzun müddət ucuzlaşması ABŞ-ın şist neftinin istehsalına motivasiyanı aşağı salacaq. Bu da bəzi şist neft istehsalçısı şirkətlərin fəaliyyətini dayandırmasına, minlərlə insanın işsiz qalmasına gətirib çıxaracaq. Bu ssenari 2020-ci ilin payızında seçkilərə gedəcək Tramp üçün heç də uğurlu ssenari deyil. Məsələ sadəcə seçkilər də deyil. ABŞ-ın enerji təhlükəsizliyi konsepsiyasına əsasın ABŞ enerjidə xaricdən asılı ola bilməz. Yəni, şist neft istehsalı dayandırıla bilməz...

Neft hasilatını kəskin artırmaqla Rusiyaya meydan oxuyan Səudiyyə Ərəbistanının məqsədi nədir?

Güclü dövlətlər, ələfsus neft ölkələri enerji ixracatını xarii siyasətdə təzyiq aləti kimi istifadə edirlər. Səudiyyə Ərəbistanı da bu metoddan ən uğurlu istifadə edən dövlətlərdən biridir. Rusiya ilə bir çox məsələlərdə maraqları toqquşan Səudiyyə Ərəbistanı neft hasilatını 11 milyon barrelə çatdırmaq və neft qiymətlərini aşağı salmaqla, onsuz da çətin durumda olan rus iqtisadiyyatına həlledici zərbəni vurmağı hədəfləyir.

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqla neftin qiymətinin daha da ucuzlaşacağını bilirlər. Bəs nə üçün rəqabətdə olan tərəflər nefti bu qədər ucuza satmağı gözə alırlar?

Beynəlxalq enerji bazarında durum gərgindir. Hazırda Liviyada vətəndaş müharibəsinin davam etməsi Liviya neftinin bazara çıxarılmasını gecikdirir. Əgər bu ölkədə vuruşan tərəflər olan Həftarla Əbu Sərrac hökuməti razılığa gəlsə önümüzdəki aylarda Liviya bir milyon barrelə qədər neft ixrac edə bilər. İran da sərt embarqo və Carona virus dalğasından sonra neft hasilatını minimuma endirib. Lakin ABŞ-la yeni razılaşma imzalansa İran nefti də qısa zamanda neft bazarına daxil ola bilər. Ona görə də ABŞ, Rusiya, Səudiyyə kimi hazırda enerji bazarına nəzarət edən dövlətlər maksimum dərəcədə daha çox neft satmaqla Libiya və İran nefti bazara daxil olmadan daha çox paya sahib olmağa çalışırlar. Yəni, bu məsələdə böyük dövlətlər üçün neftin qiymətindən daha vacib  olan məsələ bzarada daha çox paya sahib olmasıdır. Çünki yaxın gələcəkdə, İran, Liviya və digər dövlətlərin nefti bazara daxil olanda neftin qiyməti onsuz da düşəcək. Bu zamansa daha çox neft satan daha çox qazanacaq.

Neft savaşları və neftin qiymətində kəskin ucuzlaşma nə vaxtadək davam edəcək?

Hazırkı enerji rəqabəti nəticəsində Rusiya, Səudiyyə Ərəbistanı, İraq və digər neft istehsal edən dövlətlərin hər birinin iqtisadiyyatı zərər görəcək. Neft qiymətinin kəskin ucuzlaşması xüsusilə OPEC üzvlərinin iqtisadiyyatı üçün risklər doğurur. Ona görə də bu rəqabətin nə zamana qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Hazırda OPEC-lə OPEC+ formatının üzvü olan dövlətlər arasında danışıqlar davam edir. Bu durum iqtisadi cəhətdən bu rəqabətə girən bütün dövlətlərin əlehinədir. Yeganə qazanan dövlətsə ABŞ-dır. Belə ki, ABŞ-ın enerji təhlükəsizliyi yanacaqdoldurma məntəqlərində satılan benzinin qiymətindən asılıdır. Benzinin qiyməti düşərsə ABŞ-ın enerji təhlükəsizliyi sağlamdır, qiymət artarsa bu ABŞ üçün təhdiddir. Ona görə də neftin qiymətinin düşməsi, eyni zamanda yanacağın qiymətinin ucuzlaşması ABŞ maraqlarına qısa müddətdə uyğundur. Lakin neft qiymətlərinin uzun müddətli ucuz olaraq qalması ABŞ-ın şist neft və qaz sənayesinə zərər vura bilər. Ona görə də neft müharibəsinin uzun müddət davam etməsi o qədər də gözlənilən deyil.

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı