Hindistan niyə Ermənistanı silahlandırır? Asiyadan Qafqaza geosiyasi həmlə

Analitika 14:57 24.03.2020

Şimal-Cənub Nəqliyyat Dəhlizi (ŞCND) layihəsi Hindistan üçün Avrasiyada öz nüfuzunu artırma imkanıdır. Ekspertlər bu layihənin Hindistanı sözügedən regionda əsas oyunçulardan birinə çevirəcəyini iddia edirlər. Layihəsinin reallaşması üçün Cənubi Qafqaz regionu xüsusi strateji əhəmiyyətə malikdir.

Hindistan da son dövrlər Cənubi Qafqazın üç dövləti, Azərbaycan, Gürcüstan və Ermənistanla təmaslarını artırıb. İllərdir Azərbaycandan neft idxal edən Hindistan, Gürcüstanın kənd təsərrüfatı və turizm sektorunda qoyduğu invesitisiya, Ermənistanla isə hərbi sahədə əməkdaşlığını genişləndirməsi ilə diqqət çəkir.

Yeni Dehlinin Cənubi Qafqazdakı diplomatik fəallığı bir neçə faktorla bağlıdır. Əvvəla, Hindistan ŞCND işə düşdükdən sonra öz malları üçün region ölkələrini əlverişli bazar hesab edir və indidən güzəştli tariflər üçün təmaslarını artırır. Həmçinin Hindistan son dövrlər xeyli inkişaf etmiş hərb sənayesinin məhsullarını ABŞ, Rusiya və Çin kimi ixrac etmək niyyətindədir. Cənubi Qafqazda yerləşən hər üç dövlət də Hindistan istehsalı olan hərbi məhsullar üçün real alıcılar hesab edilə bilər. Və ən önəmlisi Cənubi Qafqazın neft və qaz ehtiyatları ilə zəngin ölkəsi Azərbaycanla əməkdaşlıq, dünyanın ən çox neft idxal edən üçüncü ölkəsi olan Hindistan üçün hər zaman maraqlıdır. Azərbaycanı Hindistan üçün maraqlı edən yeganə detal sadəcə təbii ehtiyatları deyil, həm də onun Pakistanla müttəfiqliyidir.

Ona görə də Hindistan Cənubi Qafqazda “oyunun içində qalmağa” çalışır. 2016-cı ilin Aprel müharibəsindən sonra Hindistan həm Azərbaycana, həm də Ermənistana öz hərbi texnikalarını təklif etdi. Ermənistan bu təklifə pozitiv reaksiya versə də Pakistanla müttəfiqliyini nəzərə alan Azərbaycan bundan diplomatik nəzakətlə imtina etdi. Ardınca isə Azərbaycan JF-17 Thunder və Super Mushak təyyarələrini almaq barədə Pakistanla razılaşdı. Hindistanın gepolitik həmləsi bundan sonra başladı...

Bu hadisədən sonra Hindistanla Ermənistan arasında olan əməkdaşlıq daha da intensivləşdi. 2017-ci ilin fevralın 11-də Ermənistanın o zamanki prezidenti Serj Sarkisyan hind Baş Naziri Modinin dəvətiylə Hindistana rəsmi səfər etdi. İki dövlət başçısı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi.

2017-ci ilin 26 aprel tarixində isə Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari Ermənistana rəsmi səfər etdi. Ermənistan prezidentiylə görüşdən sonra Ənsari jurnalistlərə açıqlama verdi və qeyd etdi ki, Hindistan və Ermənistan liderləri hərbi və digər sahədə birgə əməkdaşlıq məsələlərini müzakirə edirlər. Hindistan hərbi-texniki sahədə əldə etdiyi təcrübəsini Ermənistanla bölüşməyə hazırdır.

2018-ci ildə “Times of India” nəşrinin verdiyi məlumata görə Ermənistan Hindistan istehsalı olan “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanıb və bu sistemləri almaq niyyətindədir. Qeyd edək ki, sonradan bu xəbəri Ermənistan Müdafiə Naziri Artsrun Hovanesyan təsdiq etdi.

27 sentyabr 2019-cu ildə Ermənistanın yeni baş naziri Nikol Paşinyan mətbuata verdiyi açıqlamada Kəşmir problemində Ermənistanın birmənalı olaraq Hindistanın mövqeyini dəstəklədiyini açıqladı. 17 dekabr 2019-cu ildə isə mükafat olaraq Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval Ermənistan müdafiə naziri David Tonoyan görüşdü və hərbi məsələlərdə birgə əməkdaşlıqla barədə razılaşmaya qol çəkdi.

2 mart 2020-ci ildə isə Hindistanın sövdələşmə çərçivəsində Ermənistana 40 milyon dollar dəyərində 4 ədəd “Svati” radar sistemi verəcəyi məlum oldu. Qeyd edək ki,  Erməni ekspertlər Ermənistanın Hindistan istehsalı olan hərbi texnikalara marağının daha da artacağını proqnozlaşdırır. Buna səbəb, Paşinyanın Rusiyadan  əvvəlki hökumət dövründə alınan hərbi texnikalardan narazı qalmasıdır.

Ermənisanla hərbi əməkdaşlıq Hindistanın Cənubi Qafqazda ən ciddi geopolitik həmləsidir. Bu həmlə ilə Hindistan həm Pakistanla müttəfiq olan Azərbaycanı “cəzalandırır”, həm də Ermənistandan Azərbaycanı öz tərəfinə çəkmək üçün təhdid kartı kimi istifadə edir. Hindistana regionda oyun aparmaq üçün Azərbaycan lazımdır. Azərbaycan həm hind məhsulları üçün sərfəli alıcı, həm də əlverişli enerji mənbəyidir. Bundan savayı Kəşmir problemində müsəlman bir dövlətin dəstəyini qazanmaq Hindistan üçün əlamətdar diplomatik zəfər olardı.

Beləliklə, Hindistan Cənubi Asiyadan Cənubi Qafqaza diplomatik həmlə edəcək qədər genişmiqyaslı və cəsarətli siyasət yürüdür, lakin bu siyasət Hindistan üçün Avrasiyada Rusiya ilə kəllə-kəlləyə gəlmək kimi yeni problemlər yarada bilər...

 

Nicat İSMAYILOV

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Hamısı