Təmiz okeanlar: Asiya və Sakit okeanını xilas edək - BMT Baş katibinin müavini | Eurasia Diary - ednews.net

29 May, Cümə


Təmiz okeanlar: Asiya və Sakit okeanını xilas edək - BMT Baş katibinin müavini

Analitika A- A A+

Evdə qaldığımız müddətdə çimərliklər və böyük dalğalarla bağlı xatirələr çox uzaqda görünə bilər. Buna baxmayaraq, Asiya və Sakit okeanı regionunda okeanın uzunmüddətli tarixini qiymətləndirmək üçün çox da uzağa baxmaq lazım gəlmir. Nəsillər boyu region dənizlərin qoynunda çiçəklənib. Sakit Okean bölgəmizdəki milyardlarla insanın rifahını təmin edən bir su məkanıdır. Dənizlər xüsusilə Sakit okean adalarının sahilyanı icmalarını qida ilə, dolanışıqla və identiklik hissiylə təmin edir.

Təəssüf ki, dəniz mühitində artan gərginlik inkişafımızı və həyat tərzimizi korlamaq təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bir əsrdən az bir müddətdə iqlim dəyişikliyi və ehtiyatların dayanızsız şəkildə idarə olunması ekosistemləri dağıtmış və bioloji müxtəlifliyi azaltmışdır. Balıqçılıqda qoyulmuş normanın aşılması balıq ehtiyatları və ərzaq sistemlərini həddən artıq həssas vəziyyətə salmışdır. Bölgə çayları ilə dənizə tökülən plastik məhsullar tullantıların böyük bir hissəsinin okeana axmasına səbəb olub. COVID-19 pandemiyası okeanda tullantı və çirklənmə səviyyəsini müvəqqəti olaraq azaltsa da, fəaliyyətsiz qalmaq olmaz. Əksinə, bərpaetmə üçün göstərilən səylər davamlılıq və dayanıqlıqla qurulmuş yeni bir gerçəkliyi yenidən ortaya çıxara bilər. Sakit okeanı üçün birgə transformasiya tədbirləri görməyin vaxtı gəlib.

Tədqiqatlar göstərir ki, dəniz məkanının ümumi təsəvvürümüzdə xüsusi yer tutmasına baxmayaraq, okean barədə təsəvvürümüz dayazdır. İstiqamətini dəyişən yelkənlər tədqiqat işi: Asiya və Sakit Okeanda davamlı Okeanlar üçün regional fəaliyyətlərin sürətləndirilməsi, bu il Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyanın araşdırması məlumatsızlıqdan dolayı zülmətə büründüyümüzü göstərir. Davamlı İnkişaf Məqsədlərinin (DİM) on hədəfindən yalnız ikisi üçün məlumatlar mövcuddur: Suyun Altında Həyat. Metodologiya və milli statistika sistemlərindəki məhdudiyyətlərdən dolayı ölkələr arasında məlumat sferasındakı çatışmazlıq müxtəlif ölkələrdə fərqli səviyyədə qalmaqdadır. COVID-19-u məğlub etmək rəqəmlərlə mübarizəyə çevrildi və bizə sahillərimizdəki vəziyyəti bilmək üçün məlumatlara çox ehtiyacımız var.

Görə bilmədiyimiz çox şey olsa da, plastik çirklənməni müşahidə etmək adi hala çevrilib. Asiya və Sakit okean həcminə görə qlobal plastik kütləsinin təxminən yarısını istehsal edir ki, bunun da 38 faizi istehlak olunur. Plastik tullantılar okean üçün ikiqat yük anlamına gəlir: onların istehsalı okeana qarışan CO2-ni yaradır və son məhsul kimi çirklənmə olaraq okeana daxil olur. Bu problemi həll etmək üçün effektiv milli siyasət və təkrar istehsal barədə yenidən düşünmək lazımdır.

Ətraf mühitin korlanması da balıq ehtiyatlarının azalmasına təsir göstərir. Dünyanın ən böyük balıq istehsalçısı olan bölgəmizin bu mövqeyi ehtiyatların həddindən artıq istismarı bahasına başa gəlib. Dayanıqsız formada tutulan balıq ehtiyatlarının faizi üç dəfə artaraq 1974-cü ildəki 10 faizdən 2015-ci ildə 33 faizə çatmışdır. Balıq ehtiyatları haqqında bütün məlumatların toplanması, qanunsuz balıq ovu ilə mübarizə və dəniz sularının qorunması prioritet olmalıdır.

Dənizçilik sahəsindəki iqtisadi fəaliyyət də davamlı olmalıdır. Ən çox əlaqəli şəkildə inkişaf etmiş gəmiçilik sənayesi Asiyada olsa da, Sakit okeanın inkişaf etməkdə olan kiçik ada dövlətlərində bu əlaqələr daha aşağı səviyyədədir ki, bu da onları qlobal iqtisadiyyatdan nisbətən təcrid edir. Dənizçilik əlaqələrində boşluğun aradan götürülməsi regional nəqliyyat əməkdaşlığı səylərinin mərkəzində durmalıdır.

Biz həmçinin yaşıl dənizçiliyə nail olmaq üçün dənizçilik icması ilə işləməliyik. Okeana bağlı sənaye olmaqla dənizçilik ekosisteminin sağlamlığına birbaşa təsir göstərir. Dəniz suyunun çirkliliyini azaltmaq üçün davamlı gəmiçilik siyasətini həyata keçirmək vacibdir.

Okeanımızın sahəsi və problemlərimiz həll yollarının nə qədər çoxşaxəli olduğunu və birgə səylər tələb etdiyini göstərir. Transsərhəd okean idarəetməsi və okean məlumatlarının əlaqəliliyi bölgə ölkələri arasında sıx əməkdaşlığa çağırır. Güclü milli statistik sistemlər vasitəsi ilə okean statistikasını qurmaq, ölkələri istiqamətləndirmək, vaxtında reaksiya vermək və maneələri aradan qaldırmaq üçün əsas təşkil edəcək. ESCAP Okean Hesabları Tərəfdaşlığı vasitəsilə okeana dair məlumatları uyğunlaşdırmaq və davamlı dialoqun qurulmasına görə məkan təmin etmək üçün ölkələrlə işləyir. Beynəlxalq müqavilələrin və standartların milli fəaliyyətə çevrilməsi də vacibdir. Qlobal müqavilələrdən nəzərə çarpacaq dərəcədə yüksək nəticələr əldə etmək üçün ölkələri və bütün okean mühafizəçilərini bütünlüklə təchiz etməliyik. ESCAP Beynəlxalq Dəniz Təşkilatının tullantıların azaldılması və ətraf mühit standartlarına dair tələblərinin yerinə yetirilməsi üçün üzv ölkələrlə işləyir.

Okeanı plastik tullantılardan kənarda tutmaq təkrar iqtisadiyyata yanaşmanı təşviq edən siyasətdən asılı olacaq. Bu strategiya resurslardan minimum və mümkün qədər uzun müddətli istifadəni nəzərdə tutur. Bunun üçün həyat tərzinin əsaslı dəyişiklikləri ilə birlikdə iqtisadi stimul və rəvanlıq tələb olunur. Regionun bir sıra ölkələri plastikdən birdəfəlik istifadə ilə bağlı qadağaları uğurla tətbiq etdi. ESCAP'ın layihəsi, ASEAN-dakı şəhərlərin ətraf mühitə təsirini plastik tullantılarla çirklənmənin və dəniz sularına qarışmasının qarşısını almaqla həll edir.

Okeanlarımız sağlamlığımızı, iqtisadiyyatımızı və həyatımızı dalğaların üzərində  saxlayır. COVID-19-dan sonrakı dövrdə, donanmamızı davamlı okeanlara doğru yönəltmək üçün önümüzdəki həlledici dövrdən istifadə etməliyik. Əminəm ki, ümumi ehtiyatlar və öhdəlikllər sayəsində doğru istiqamətdə üzə bilərik.

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və ESCAP-ın İcraçı katibi Armida Salsia Alishahbana

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...