“Vurulmaqdan” qorxan məmurlar dövlət çevrilişinə cəhd edə bilərmi?

Analitika 16:57 15.05.2020

Məlumat verildiyi kimi, iki gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Bundan əvvəl də 5 icra başçısı və Mədəniyyət Nazirinin muavini DTX tərəfindən saxlanılmışdı.

Ötən gün isə Baş Prokuror Kamran Əliyev Azərbaycanda 5 rayon prokurorunu təqaüdə göndərib. Təqaüdə göndərilən prokurorlar arasında sabiq Daxili İşlər Naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudası, uzun illərdir Xətai rayon prokuroru vəzifəsini daşıyan Yusif İldırımzadə də olub. (O, eyni zamanda bir müddət əvvəl bağlanan "AmrahBank"ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır. Yusif İldırımzadə 2007-ci ildən Xətainin prokuroru idi) Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğlu Salman Məmmədli və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı Elxan Pənahov da vəzifəsindən azad edilən prokurorların siyahısındadır.

Görünür, iqtidar bu həbs və işdən çıxarmalarla sadəcə korrupsiyanın deyil, nepotizmin də qarşısını almağa çalışır. Bəs iqtidarın bu əməliyyatlarını islahatlar kampaniyası adlandırmaq olarmı? Hökumətin bu istiqamətdəki fəaliyyətinə hansı əngəllər yaradıla bilər?

Bu və digər sualları politoloq Hikmət Hacızadə EDNews.net üçün cavablandırıb:

Hikmət Hacızadə: "Seçki komissiyalarının tərkibinə müğənniləri ...

“Mən əfsuslar olsun ki, bu əməliyyatlarda köklü islahat proqramını görə bilmirəm. Bəli, çox müsbət haldır ki, ölkə rəhbərliyi korrupsiyaya qurşanmış məmurları cəzalandırır. Lakin bu cəza kampaniyasını hələlik islahat anlandırmaq olmaz. Üstəlik bəzən cəzalar da tam ünvanlı olmur. Məsələn, Mədəniyyət nazirinin müavinini həbs edirlər, qurumdakı bir neçə rüşvətə qurşanmış vəzifəli şəxsləri həbs edirlər, lakin nazirə dəymirlər. Ola bilməz ki, burada törədilən cinayətdən nazirin xəbəri olmasın. Bu məsələnin sadəcə birinci tərəfidir. Digər tərəfdən həbslərlə iş düzələcəkmi? Bəs icra başçısı həbs edilən rayonlardakı polis rəisləri, prokurorlar, təhsil şöbəsinin rəhbərləri və digər vəzifəli şəxslər necə olacaq? Onlar illərdir rüşvətə alışıblar, bir gündə fəaliyyətlətini şəffaflaşdıracaqlarmı? Başçı ilə alt qurumdakı məmurlar ortaq şəbəkənin ünsürləridir. Şəbəkəni ləğv etmək üçünsə ictimai və media nəzarəti bərpa edilməli və sistemli islahatlar aparılmalıdır. İndiki vəziyyətdə icra başçılarının həbs olunduğu rayonlarda vətəndaşı incidən, vətəndaşdan rüşvət edən bir məmura qarşı vətəndaş nə edəcək? Onu kimə şikayət edəcək? Əvvəlki başçı ilə eyni şəbəkədən olan prokurora, polisəmi? Ona görə də mən bu əməliyyatları hələlik islahat adlandırmıram”.

Azərbaycanda hazırda general rütbəsi daşıyan şəxslərin də həbs edildiyini nəzərə alsaq bu korrupsiyaya qurşanmış bir çox məmur və nazirlər üçün, o cümlədən, bəzi generalallar üçün ciddi narahatlıq doğuran məqamdır. “Vurulmaqdan” qorxan bu məmurların iqtidarın “təmizləmə” əməliyyatlarının qarşısını almaq üçün qruplaşaraq ölkədə bir dövlət çevrilişi və ya təxribatlar törətmə imkanları varmı? sualına H.Hacızadə belə cavab verib:

“Hazırda iqtidarı devirə biləcək mütəşəkkil bir qruplaşma yoxdur, lakin sizin sualınızın fəlsəfəsi çox doğrudur. Bu məsələ araşdırılmalıdır. Çünki bir çevriliş olmasa belə bu məmurlar “vurulmamaq” üçün müxtəlif üsullara əl ata, “təmizləmə”yə müqavimət göstərə bilər. Korrupsiyaya qurşanmış təbəqə Azərbaycanda kifayət qədər genişdir və böyük maaliyyə imkanlarına sahibdir. Əgər bu təbəqə çox incidilsə hökumətdən narazı siyasi qüvvələrə bu və ya digər formada dəstək verə bilər. Mənim yadımdadır ki, 1988-1989-cı illərdə Azərbaycan SSRİ-nin rəhbəri Əbdülrəhman Vəzirova Moskvadan əmr gəlmişdi ki, ölkədəki qurumlarda “təmizlik” işləri aparsın. Xüsusilə Heydər Əliyevə yaxınlığı olan və ya onun tərəfindən vəzifəyə gətirilmiş şəxslər azad edilsin. Bax o dövrdə Ramiz Mehdiyev, Hacıbala Abutalobov, Murtuz Ələsgərov kimi kadrlar Xalq Cəbhəsini bu və ya digər formada dəstəkləməyə başadılar. Bu gün də özünü təhlükədə hiss edən bəzi məmurların müxalif siyasi qüvvələri dəstəkləməsi ehtimalı var”.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı